Qadın silueti, arxiv şəkli

Pandemiya ailədağıdan obrazda: Evlənən yoxdur, amma bir ucdan boşanırlar

109
(Yenilənib 01:30 02.01.2021)
Psixoloq: "Seanslarda xanımlar deyir ki, evlilikdə yoldaşımda görmədiyim xarakteri və ya xarakterləri pandemiya dövründə gördüm".

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 2 yanvar - Sputnik. 2020-ci ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 29 580 nikaha daxilolma, 12 347 boşanma halları qeydə alınıb.

Qeyd edək ki, digər aylara nisbətən ən çox nikaha daxilolma halları yanvar ayında müşahidə edilib.

"Bu ayda qeydiyyat şöbələri tərəfindən 4280 nikah rəsmiləşdirilib. May ayında isə ən çox boşanma halı qeydə alınıb. Mayda 1501 boşanma halı rəsmiləşib".

Bu müddət ərzində əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub.

Psixoloq Zeynəv Əyyubova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya dövrü ilə əlaqədar olaraq nigahların sayı azalıb. Yəni əhalinin çox hissəsi ailə həyatı qurarkən, dövlət nikahına girirlər. Bu səbəbdən də nikahların sayı durmadan azalır. Bu fonda da boşanmaların sayı artmaqdadır.

Psixoloqun sözlərinə görə, pandemiya insanların psixoloji durumuna dərindən təsir edib və bu da ailədaxili münasibətlərdə özünü qabarıq şəkildə göstərir:    

"Nəinki Azərbaycanda bütün dünyada yaşamadığımız bir vəziyyət yarandı. Psixoloji gərginlik, ölüm qorxusu, yaxınlarından uzaq qalma, sosial məsafə saxlama, müharibə insanların gərginləşməsinə səbəb oldu. Ən əsası isə ölüm qorxusu, panik -atak, insanların işsiz qalması bir evdə cəmlənməsi və sair. Bu gərginliyi bir qədər də artırdı. Seanslarda xanımlar deyir ki, evlilikdə yoldaşımda görmədiyim xarakteri və ya xarakterləri pandemiya dövründə gördüm".

Əyyubovanın dediyinə görə, pandemiya bəzi ailələri mehribanlaşdırsa da, boşanmaların sayının artmasına mane olmayıb. İşsizlik, əsəb, aqressiya, bir-birinə fikirlərini düzgün ifadə etməmək, bir-birləri ilə münasibətin sağlam olmaması, boşanmalara səbəb olub.

Sosioloq Təranə Quliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, boşanmaların müxtəlif səbəbləri var. Boşanmalar əksərən xəyanət, hörmətsizlik, zorakılıq və s. səbəblərdən meydana gəlir:

"Evlilikdən əvvəl insnaların bir-birini yaxşı tanıya bilməməsi də əsas səbəblərdəndir. Ancaq boşanma üçün müraciət edən şəxslərin "səbəblərinə" nəzərə salanda daha çox xəyanətin boşanmaya səbəb olduğunu görə bilərik. Diqqətsizlik, ailə quran şəxslərin bir-birinin işinə həddən artıq qarışması, validyenlərin ailəyə müdaxiləsi, ər və ya arvaddan birində xroniki xəstəliyin olması, qısqanclıq, kişinin işləməməsi, cinsi münasibətlərdə uyğunsuzluq, ailənin sadəcə cinsi münasibət üçün qurulması, inanclarda olan fərqlilik, kasıblıq, qadının həddən artıq lüks yaşamaq istəyi, alkoqollu içkilər, pis vərdişlər, narkotiklərin qəbulu, sonsuzluq, fərqlilik arzusu, çox erkən yaşlarda ailə qurma, sevmədiyi biri ilə ailə qurmağa məcbur edilmə, evlənməmişdən öncə əsl simanı gizlətmə, dözümsüzlük, internetin təsiri, təhsildə olan fərqlilik, dedi-qodu və s. ailə həyatının bitməsinə səbəb olur".

Sosioloq qeyd edib ki, günümüzdə təhlil edərkən, aldatma, xəyanət üzündən boşanmaların 40 faiz təşkil etdiyi məlum olur. Sevginin bitməsi, yalan danışma, mütəmadi olaraq mübahisə etmək 20 faiz evliliklərin bitməsinə səbəb olur.

Sosioloqun fikrincə, nə qədər qəribə olsa da, ailədə maddi vəziyyətin yaxşılaşması da bəzən boşanmaya səbəb ola bilir.

Hüquqşünas Fərid Həmidli isə deyir ki, bəzən ailədə varlanma şansı meydana gəlir və bu zaman maddi gəlirləri artan tərəf ayrılıq qərarı verir:

"Pandemiya dövrünün boşanmalara o qədər də böyük təsiri yoxdur. Evlilik elə bir müəssisədir ki, hər bir halda problem yarana bilər. Problem yarandığı zaman isə cütlüklər əvvəl psixoloqa, sonra hüquqşünasa müraciət etməlidirlər".

Mütəxəssislərin fikrincə, ailədə yaranan hər problem üçün boşanma qərarı vermək olmaz. Boşanma qərarı verməmişdən öncə, psixoloqlarla, sosioloqlarla məsləhətləşmək, narahat edən problemi aradan qaldırmağa çalışmaq lazımdır. Yox əgər, insanlar artıq bir yerə yaşamamağa qərar veribsə, bu zaman heç bir bəhanə gətirmədən addım atmaq lazımdır.

Xatırladaq ki, ötən ilin martından koronavirus pandemeyası ilə əlaqədar tətbiq edilən sərt karantin rejimi səbəbilə Azərbaycanda toyların keçirilməsi qadağandır. Məhkəmələr də bir müddət bağlı olduğundan, boşanma işlərinə baxılması təxirə salınıb. 

109
Teqlər:
sosioloq, psixoloq, ailə, boşanmaq, boşanma
Göranboyda hadisə yerində

Goranboyda gecə qəzası: "Opel" xarab olub yolda qalan maşına çırpılıb - FOTOLAR

16
(Yenilənib 00:04 22.01.2021)
Qəzaya düşmüş Tovuz, Tərtər, Kürdəmir rayonlarının sakinləri Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 yanvar - Sputnik. Gecə saatlarında Goranboyda yol qəzası baş verib. Hadisə Goran-Naftalan yolunun rayonun Bolusulu kəndindən keçən hissəsində qeydə alınıb.

Sputnik Azərbaycan xəbər verir ki, qəfildən nasazlıq yaranan tinglə yüklü “Vaz 21-011”-in sürücüsü maşını yol kənarında dayandırmalı olub. Sürücü və sərnişinlər minik maşınından düşərək nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman yolda hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq nasazlıq yaranan “Vaz”-a çırpılıb. Qəza zamanı 3 nəfər Elçin Qurbanov, Həmid Əsgərzadə və Yadigar Quliyev müxtəlif dərəcəli xəsarət alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Göranboyda hadisə yerində

Məlumata görə, “Vaz” markalı minik maşının sürücüsü və sərnişinləri Tərtər rayonundan satış üçün müxtəlif meyvə ağaclarının tinglərini daşıyırmış. Goranboy rayonunun Boluslu kəndi ərazisində avtomobil xarab olduğundan yol kənarında dayanmağa məcbur olub. Qəza da qəfildən, onlar maşını düzəldən zaman baş verib.

Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan meyvə ağacları da ətrafa dağılıb. Qeyd edək ki, xəsarət alan şəxslər Tovuz, Tərtər və Kürdəmir rayon sakinləridir. Faktla bağlı araşdırma aparılır.

16
Şəmkirdə vaksinasiya

Şəmkirlilər koronavirusa qarşı vaksinasiyaya "hə" dedilər

14
(Yenilənib 23:53 21.01.2021)
Şəmkirdə COVİD-19 pandemiyasına qarşı vaksinasiyaya başlayıb. Peyvəndləmədən keçən tibb işçiləri özlərini yaxşı hiss etdiklərini bildiriblər.

İlham Mustafayev, Sputnik Azərbaycan

21 yanvar - Sputnik. Şəmkir rayon sakinləri COVID-19-a qarşı peyvəndləməyə cəlb edilib. Rayon mərkəzi xəstəxanasında bunun üçün 4 vaksin otağı yaradılıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, “Sinovac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan sakinlərə könüllülük əsasında vurulacaq. Şəmkirdə təlimata uyğun olaraq tibbi müayinədən keçən sakinlər peyvənd edilib. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir. Peyvəndin əks təsirinin olmadığını bildirmək üçün tibb işçiləri  vaksinasiyada ön sıralarda olub.

Tibb işçisi Sevda Məmmədova peyvəndləməyə çox müsbət yanaşdığını söyləyib:

 “Mən də bir tibb işçisi olaraq bu günkü vaksinasiyada iştirak etdim və peyvəndi qəbul etdim. Özümü çox yaxşı hiss edirəm. Heç bir narahatçılığım yoxdu”, - deyə bildirib.
  • Şəmkirdə vaksinasiya
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə vaksinasiya
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə vaksinasiya
    © Sputnik / Ilham Mustafa
1 / 3
© Sputnik / Ilham Mustafa
Şəmkirdə vaksinasiya
.

Koronoviruslu xəstələrin müalicəsi üzrə çalışan həkim Coşqun Yusibov isə peyvəndləmədən sonra tezliklə normal həyata qayıtmağın mümkünlüyünü bildirib:

“Dövlətin yaratdığı imkanlardan ilk istifadə edənlərdən biri də mən oldum. Özümü çox rahat hiss edirəm. Çox yaxşıyam, heç bir kənar reaksiya yoxdur”, –  deyə həkim C. Yusibov əlavə edib.

Şəmkir rayonunda tibbi işçilərinin sayı 2000-dən çoxdur. İlkin mərhələdə rayona 1115 doza vaksin göndərilib. Günədlik olaraq Rayon mərkəzi Xəstəxanasında 150-200 nəfərin peyvənd olunması planlaşdırılır. Tibb işçiləri ilə yanaşı risk qrupuna daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları əks-epidemik tədbirlərə cəlb olunacaq.

14

Məşhur italyan mafiyasının 50 üzvü həbs edilib - sıralarında partiya sədri var

0
(Yenilənib 00:26 22.01.2021)
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.

İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

0
Teqlər:
mafiya, İtaliya