CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aktiv koronavirus xəstələrinə cinayət işi açıldı

© Sputnik / Murad OrujovBakıda sərtləşdirilmiş xüsusi karantin rejimi
Bakıda sərtləşdirilmiş xüsusi karantin rejimi  - Sputnik Azərbaycan
Abunə olmaq
Evində oturmayan altı koronavirus xəstəsi barəsində Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi başlanılıb

BAKI, 31 dekabr - Sputnik. COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.  

Sputnik Azərbaycan-ın məlumatına görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 30-da respublika ərazisində 8 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib saxlanılaraq yaşadıqları evlərə qaytarılıb. 6 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Xəbər lenti
0