CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şaxta baba... ləğv olunur

© Sputnik / Murad OrujovПредновогодний Баку
Предновогодний Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Ənənəvi olaraq şəhər sakinlərini və qonaqları bayram vaxtı təbrik edən Şaxta babaları bu il Bakıda görməyəcəyik. Çünki şəhərin İcra Hakimiyyəti bir dənə də olsun lisenziya verməyib

Zarina Orucəliyeva, Sputnik Azərbaycan 

BAKI, 31 dekabr - Sputnik. Bakı ilk dəfə olaraq yeni ili Şaxta babasız qarşılayacaq. Sputnik Azərbaycan bildirir ki, Bakı şəhər İcra Hakimiyyətinin məlumatına görə, qurumun Ticarət və Xidmət Departamenti Şaxta baba və Qar qızlara paytaxt küçələrində xidmət göstərmələri üçün bir dənə də olsun lisenziya verməyib.

Qaxda qar - Sputnik Azərbaycan
Azərbaycanın şimal-qərbində bu dəfə Yeni İli bayram kimi qeyd etməyəcəklər

Hər il bu lisenziyaları onlarla şəxs əldə edir, yeni il kostyumları geyinərək paytaxtın park və meydanlarında qurulan bəzəkli yolkaların yanında dayanaraq şəhər sakinləri və qonaqları əyləndirirdi. Karantindən öncə Şaxta baba olmaq üçün sadəcə şəxsiyyət vəsiqəsi və 60 manat həcmində dövlət rüsumu tələb olunurdu.  

Qeyd etmək lazımdır ki, karantin tədbirləri çərçivəsində bu il şəhərin bəzəyini də azaldıblar. Yeganə Yeni il şamı Azadlıq meydanında qurulub. Belə desək, Şaxta baba dayanmağa heç yer də yoxdur. 

"Bu il Şaxta baba lisenziyası almaq üçün heç kim İcra Hakimiyyətinə müraciət etməyib. Əgər bizə müraciət etsəydilər, yəqin ki, biz lisenziya verərdik, çünki lisenziya verilməsini dayandırmaq barədə qərar olmamışdı. Ancaq bu dəfə ümumiyyətlə heç bir müraciət olmayıb. Ola bilsin ki, kütləvi bayram tədbirlərinin olmaması səbəbindəndir. Keçən il Şaxta babalara lisenziyaları səkkiz ünvan üzrə verdik. Onlar əsasən bayram vaxtı xeyli sayda uşaqlı ailələrin üz tutduğu Dənizkənarı Milli Parkda işləmək üçün icazə alırdılar", - Bakı İH nümayəndəsi İntiqam Məmmədov deyib. 

Onun sözlərinə görə, bu il Qarabağ müharibəsində şəhid olan igidlərimizin əziz xatirəsinə görə Yeni il də əvvəlkilərdən fərqli olacaq. Əgər ötən illərdə İH əməkdaşları dekabrın son günlərini küçələri bəzəməklə keçirirdilərsə, bu il ancaq təmizliyə diqqət yetirməklə kifayətlənirlər. Uşaqları birbaşa yaşadıqları ünvanda təbrik etməyə hazır olan Şaxta babalara gəlincə isə, məmurun sözlərinə görə, bu cür animatorlara İH heç vaxt lisenziya verməyib. Çünki bu halda gərək onların davranışlarına da cavabdeh olasan.

Работа почты, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bayram günləri poçtlar növbəli işləyəcək

Lisenziyalı Şaxta babalar isə ötən illərdə Dənizkənarı Milli Parkda, Atatürk, Dədə Qorqud, Heydər Əliyev parklarındakı, Heydər Əliyev sarayının yanındakı, Əhmədlidəki və şəhərin digər parklarındakı bəzəkli yolkaların yanında qonaqları əyləndirirdilər. 

Bu il isə küçədə Şaxta baba geyimində olanların işi çətin olacaq. Bu barədə Sputnik Azərbaycan-a DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev danışıb. 

"Bayram günlərində İcra Hakimiyyətinin müvafiq orqanının icazəsi olmadan kütləvi tədbirlərin təşkili və keçirilməsinə edilən bütün cəhdlərin qarşısı alınacaq. Epidemiya əleyhinə sanitar-karantin rejimi zamanı insanların kütləvi şəkildə toplaşması qanunla qadağandır", - şöbə rəisi deyib. 

Onu da qeyd edək ki, animatorların fəaliyyəti Nazirlər Kabinetinin fəaliyyətinə icazə verilən sahələr haqda 488 saylı qərarında yer almır. 

Xəbər lenti
0