CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kürdəmirdə ağır qəza olub, 2 nəfər hadisə yerində ölüb

© Sputnik / Ibrahim HashimovQəza, arxiv şəkli
Qəza, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücü Quliyev Ərzuman və onun sərnişini 53 yaşlı Quliyev İlqar Səməd oğlu elə hadisə yerindəcə dünyalarını dəyişiblər.

BAKI, 27 dekabr - Sputnik. Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə rayonun H.Əliyev prospektində yerləşən körpünün üzərində qeydə alınıb.

Beləki “KAMAZ” markalı yük maşınının sürücüsü Kürdəmir rayon sakini 42 yaşlı Cavadov Xaliq Durmuş oğlu həmin körpüdə hərəkətdə olarkən, onunla əks istiqamətdə hərəkət edən sürücü 29 yaşlı Quliyev Ərzuman İlqar oğlunun idarə etdiyi VAZ-2107 markalı avtomaşınla toqquşub. Nəticədə sürücü Quliyev Ərzuman və onun sərnişini 53 yaşlı Quliyev İlqar Səməd oğlu elə hadisə yerindəcə dünyalarını dəyişiblər. Onların meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0