Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi

Peşə təhsili diplomunun tanınması üzrə xidmət haqları müəyyənləşib

14
(Yenilənib 00:51 26.12.2020)
Peşə təhsili üzrə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsinin və tanınmasının nəticəsi olaraq təkrar peşə təhsili sənədinin yenidən verilməsi üzrə bir xidmətin haqqı 20 manat məbləğində müəyyən edilib.

BAKI, 26 dekabr — Sputnik. Nazirlər Kabineti “Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”ni təsdiq edib.

Sputnik Azərbaycan xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Bildirilib ki, “Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ödəniləcək haqların məbləğləri”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin Qərarı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 iyul tarixli 1088 nömrəli Fərmanının 1.1-ci bəndinin icrasının təmin etmək məqsədilə qəbul edilib.

Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması ölkəmizin təhsil sistemində yeni bir sahə olduğundan, bu sahədə yüksək bilik və bacarıqlara malik peşəkar ekspertlərin prosesə cəlb edilməsinə xüsusi zərurət vardır. Yerli əmək bazarında bu yeni sahə üzrə yüksəkixtisaslı kadrların çatışmazlığı və ən əsası, prosesin dövlət təhsil sənədinin verilməsi ilə nəticələnməsindən doğan həssaslıq, sahə üzrə ixtisaslaşmış xarici şirkətlərin, o cümlədən xarici mütəxəssislərin bu prosesə cəlb edilməsini labüd edir.

Beynəlxalq standartlara əsasən göstərilən xidmətin dəyərinin müəyyən edilməsi üçün həmin xidmətin göstərildiyi zaman sərf olunan birbaşa və dolayı xərclər, qiymətləndirmə zamanı müvafiq texniki avadanlıqlar olmadığı təqdirdə avadanlıqların icarəsinə sərf olunan xərclər, eləcə də Təhsildə Keyfiyyət Təminatı Agentliyinin işçilərinə vəzifə maaşlarına əlavələrin verilməsi və mükafatlandırma sisteminin tətbiq edilməsi ilə əlaqədar xərclər nəzərə alınıb.

Yuxarıda göstərilən xərc istiqamətləri nəzərə alınmaqla peşə təhsilinə dair qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş biliklərin müvafiq ixtisas üzrə qiymətləndirilməsi və tanınması üzrə bir xidmətin haqqı 100 manat məbləğində, peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bacarıq, səriştə və təcrübənin müvafiq ixtisasın təhsil proqramının (kurikulumun) bir modulu üzrə qiymətləndirilməsi üzrə bir xidmətin haqqı 80 manat məbləğində müəyyən edilib.

Eyni zamanda peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsinin və tanınmasının nəticəsi olaraq təkrar peşə təhsili sənədinin (diplom, sertifikat) itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsi üzrə bir xidmətin haqqı 20 manat məbləğində müəyyən edilib.

 

14
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

17
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

17
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

8
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

8