Odun, arxiv şəkli

Qırmayın, pulunu verib, alın - qış tədarükü edənlərə çağırış

15
(Yenilənib 18:55 24.12.2020)
"Əhalidən xahişimiz odur ki, özbaşına meşələrə üz tutmasınlar, ağacları zədələməsinlər, ağac kəsərək meşələri məhv etməsinlər. Əlavə oduncağa ehtiyacınız yaranarsa, mütləq qaydada regional meşə təsərrüfatı mərkəzlərinə müraciət edin. Mərkəzlərdə oduncaq ehtiyatı var".

BAKI, 24 dekabr — Sputnik. Əhalinin yanacaq odununa olan tələbatını təmin etmək məqsədilə regional meşə təsərrüfatı mərkəzlərinin xidməti ərazilərində aparılan oduncaq tədarükü başa çatıb.

Rayon icra hakimiyyətlərinin bölgüsü və müvafiq qurumların sifarişi əsasında Müdafiə Nazirliyinin, Sərhəd Qoşunlarının hərbi hissələri, Təhsil, Səhiyyə nazirliklərinin müəssisələri və qazlaşdırılmayan ucqar kəndlərin əhalisinin oduncağa olan tələbatı tam təmin olunub.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Sputnik Azərbaycan-a bildirib ki, regional meşə təsərrüfatı mərkəzlərində bu günədək ölkə üzrə ümumilikdə 67295 m3 həcmində oduncaq tədarük edilərək dəyəri ödənilməklə ehtiyacı olan əhaliyə və təşkilatlara verilib.

Nazir müavini oduncağa əlavə ehtiyacı olan vətəndaşlara odun əldə etmək üçün özbaşına meşələrə üz tutmamağı, qaydalar çərçivəsində regional meşə təsərrüfatı mərkəzlərinə müraciət etməyi tövsiyə edib: "Əhalidən xahişimiz odur ki, özbaşına meşələrə üz tutmasınlar, ağacları zədələməsinlər, ağac kəsərək meşələri məhv etməsinlər. Əlavə oduncağa ehtiyacınız yaranarsa, mütləq qaydada regional meşə təsərrüfatı mərkəzlərinə müraciət edin. Mərkəzlərdə oduncaq ehtiyatı var".

15
Teqlər:
ekologiya, meşə, ehtiyat, əhali, müraciət, ETSN, odun
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

21
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

21
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

10
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

10