Manat, arxiv şəkli

İpoteka girdabı: Fors-major halında banklar vətəndaşların xirtdəyindən niyə yapışırlar

67
(Yenilənib 20:13 22.12.2020)
Şəxs ödənişini ödəyə bilmədikdə bank onu hərraca çıxara bilər. Lakin hansısa fors-major hallar baş verərsə, bu nəzərə alınmalıdır. Pandemiyanın özü də fors-major hal hesab edilməlidir." - Ekspert

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 22 dekabr — Sputnik. Bu gün yeni növ koronavirus infeksiyasının yaratdığı ən böyük problemlərdən biri ipoteka kreditlərinin ödənilməsi ilə bağlıdır. Artıq bir sıra banklar tərəfindən vətəndaşlara problemlər yaradılır, fors-major hallar, vətəndaşların bəzilərinin iş yerlərini itirmələri, o cümlədən də daha az gəlirlə işləmələri nəzərə alınmır və onlardan ödənişlər məcburi qaydada tələb olunur.

"Yeni növ koronavirus (COVID-19)  infeksiyası ilə bağlı hazırkı vəziyyət hər birimizin maddi vəziyyətinə öz təsirini göstərib. Lakin mövcud vəziyyətin getdikcə normallaşdığını nəzərə alaraq bank ödənişlərində olan gecikmələri aradan qaldırmaq lazımdır. Kreditdə olan hər bir mənzilə MTK zamin dayandığı üçün bank qarşısında məsuliyyət daşıyır. Bankın təzyiqi nəticəsində MTK da sakinlərə təzyiq göstərir və ödənişləri tələb edir. Bir daha nəzərinizə çatdırırıq ki, MTK ilə sizin aranızda bağlanmış müqavilənin 8.1 bəndinə əsasən aylıq ödənişlər 2 aydan artıq gecikdirildiyi halda kommunal xidmətlər dayandırılır və müqavilə birtərəfli qaydada pozularaq mənzil MTK tərəfindən geri alınır. MTK və bank ilə qarşılıqlı razılıq əsasında bağladığınız müqavilənin şərtlərinə əməl etməyiniz xahiş olunur. Əks halda, kommunal xidmətlər dayandırılacaq və bu barədə başqa ciddi tədbirlər görüləcək", - deyə bu gün MTK-ların sakinlərə çağırışlarında bildirilir.

Bəs, pandemiya şəraitində, ümumiyyətlə fors-major hallarda MTK və bankların müştərilərə belə bir münasibət sərgiləməsi qanunidirmi? Belə olan halda vətəndaşın hansı hüquqları yaranır?

Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov bu məsələnin günün ən aktual problemindən biri olduğunu deyib:

"Dövlət öz tərəfindən ipoteka kreditlərinin ödənişlərində gecikmələri olan şəxslərə kreditlərin restrukturizasiyasını təklif edir. İndividual məsələlərə baxılmalıdır, gecikmələrin səbəbləri müəyyən edilməlidir. Ümumiyyətlə, hər hansı bir bank ipoteka ilə mənzil verdikdə müəyyən öhdəliklər yaranır. Yəni, zamin tərəf olan tikinti şirkəti bu ödənişləri ödəməyi üzərinə götürür. Müqaviləyə xitam verilənədək MTK pulu ödəyir. Bəzən mənzilin haqqının ödənişi ilə bağlı mübahisələr 6 ayadək çəkir və mənzil başqa ada keçirilir".

Ekspertin sözlərinə görə, belə müqavilələrdə fors-major hallar çox olur. Vətəndaşın üzərinə götürdüyü öhdəliyi özündən asılı olmayaraq həyata keçirə bilməmə ehtimal var. Bu kimi hallar son zamanlar daha da artıb.

"Bir tərəfdən tikinti şirkətini də başa düşmək olar. Çünki belə olan halda vəsaiti tikinti şirkəti ödəməli olur. Eyni zamanda faizlər də tikinti şirkətləri tərəfindən ödənilir. Bu zaman bankla tikinti şirkəti arasında bağlanan müaviləyə baxmaq lazımdır ki, onların arasında fors-major halları var, ya yox", - deyə ekspert bildirib.

E.Azadov deyir ki, borcu ödəmədiyi üçün şəxsin elektrik enerjisini, kommunal xidmətləri kəsmək qanuna ziddir.

Tikinti üzrə digər ekspert Elnur Fərzəliyev isə deyir ki, mənzillər iki halda kreditlə verilir:

"Birinci, MTK-nın özü tərəfindən daxili kreditlə, ikinci, bankla bağlanan müqaviləyə əsasən. İkinci halda mənzil MTK-dan çıxaraq banka aid olur. Şəxs ödənişini ödəyə bilmədikdə, bank mənzili hərraca çıxara bilər. Lakin hansısa fors-major hallar baş verərsə, bu, nəzərə alınmalıdır. Pandemiyanın özü də fors-major hal hesab edilməlidir. Sadəcə, bizim banklar bu vəziyyəti fors-major hal kimi qiymətləndirmək istəmirlər".

Ekspertin sözlərinə görə, vətəndaş problemin yaranmaması üçün bağlanan iş yerinə görə arayış almalıdır. Əsaslandırmalıdır ki, karantinlə əlaqədar ya iş yeri bağlanıb, ya da həmin sahə fəaliyyətini dayandırıb. Bu arayışı verdikdə banklar güzəşt edirlər. 

67
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

17
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

17
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

8
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

8