CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni gətiriləcək avtobuslar bu istiqamətlərə salınacaq - Rəsmi

© Sputnik / Murad OrujovАвтобус Bakubus, фото из архива
Автобус Bakubus, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
"Məsələn bu avtobuslar vasitəsi ilə Zabrat, Binəqədi, Suraxanı, Sabunçu qəsəbələri və digər bu kimi yaşayış sahələri istiqamətində marşrut şəbəkəsi tam yenilənəcək"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 dekabr — Sputnik. Dövlət başçısının tapşırığına əsasən, Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaları əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq. Bu, paytaxtın marşrut şəbəkəsi üçün yenilik hesab olunan BMC markalı Neocity 9 metrlik sərnişin avtobuslarının alınması sayəsində mümkün olacaq. Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, avtobusların paytaxta çatdırılmasına növbəti aylardan başlanılacaq.

Bəs görəsən sərnişindaşımada problemlər əsasən hansı marşrutlar üzrədir. Yeni gətiriləcək avtobuslar hansı xətlərə salınacaq?

Автобус в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu küçələrdə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılacaq

Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, bu gün sərnişindaşımalarda onları qayğılandıran ən əsas məsələlərdən biri məhz Bakıətrafı kənd və qəsəbələr üzrə hələ də köhnə, istismar müddətini demək olar başa vuran sərnişin avtobuslarının mövcudluğudur: "Dövlət başçısının vətəndaşlarımıza keyfiyyətli, rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi ilə bağlı qarşımızda qoyduğu tapşırığın icrası çərçivəsində 2015-2019-cu ildə 603, 2020-ci ildə isə 115 avtobus alınıb. Alınan avtobuslardan 21 ədədi 18 metrlik qalanları isə 12 metrlikdir. 2020-ci idlə alınan 115 avtobusdan artıq 80 ədədi şəhərimizdədir. qalan 35 ədəd 9 metrlik avtobuslar isə qarşıdakı aylarda çatıdırlacaq. 2021-ci ildə isə əlavə olaraq 320 ədəd sərnişin avtobusu alınacaq ki, bunlarında 170 ədədi 9 150-i isə 12 metrlikdir. Avtobusların alınması işin bir hissəsidir. Buna paralel olaraq həmin avtobusların hansı xətlər üzrə istismara veriləcəyinə dair təhlillər aparılır, sərnişin axını öyərnilir. Bu mənada biz həm sosial şəbəkələr, həm KİV, həm də birbaşa müraciət formasından vətəndaşlardan gələn fikirləri rəy və təklifləri də analiz edirik. Çünki atdığımız addım məhz onların rahatlığı üçündür. Deyə bilərəm ki, 9 metrlik avtobusların alınması bizim qəsəbələr üzrə sərnişindaşımaların keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Məsələn bu avtobuslar vasitəsi ilə Zabrat, Binəqədi, Suraxanı, Sabunçu qəsəbələri və digər bu kimi yaşayış sahələri istiqamətində marşrut şəbəkəsi tam yenilənəcək".

Qeyd edək kİ, BNA ilə qardaş Türkiyə Respublikasının "BMC Otomativ Sənaye və Ticarət" şirkəti arasında avtobusların alınması məqsədilə müqavilə imzalanıb. Müqavilə dekabrın 10-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə imzalanıb. Bundan dərhal sonra isə BMC markalı Neocity 9 metrlik avtobusa sınaq baxışı keçirilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyətini qardaş ölkənin İzmir şəhərinə səfər edib. Neocity 9 metrlik avtobuslar geniş manevr imkanlarına malikdir və nisbətən ensiz dar yollarda rahat hərəkət edir. Avtobusun ümumi sərnişin tutumu 72 nəfərdir və fiziki imkanları məhdud şəxslər üçün də əlçatandır. Bu avtobuslar da Avro 6 standartına uyğun ekoloji baxımdan təmiz sıxılmış təbii qaz (CNG) mühərriklidir.

Xəbər lenti
0