: Distant təhsil, arxiv şəkli

Dövlət İmtahan Mərkəzindən vacib xəbər var

22
Xidmətə keçid linkinin ünvanı təqdim olunan arayışda, həmçinin DİM-in saytının baş səhifəsində aktiv banerlər siyahısında yer alır.

BAKI, 21 dekabr — Sputnik. Məlum olduğu kimi, 2019-cu ildən etibarən Dövlət İmtahan Mərkəzi bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə imtahan verən abituriyentlərin "Şəxsi kabinet"lərinə yeni elektron xidmət inteqrasiya edib.

Sputnik Azərbaycan Dövlət İmtahan Mərkəzinin məlumatına istinadla xəbər verir ki, bu xidmət vasitəsilə abituriyentlər 2020-ci və 2019-cu ildə iştirak etdikləri birinci və ikinci mərhələ üzrə qəbul imtahanlarında topladıqları ballar, həmçinin ümumi balları haqqında məlumatı vahid arayış şəklində əldə etmək imkanına malik idilər.

Dövlət İmtahan Mərkəzi tərəfindən istifadəçilərin sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılması, məlumatın sərbəst əldə edilməsinin təmin olunması, eləcə də koronavirus pandemiyası ilə əlaqədar ölkədə və dünyada tətbiq olunan məhdudiyyətlər nəzərə alınaraq bu xidmətin imkanları daha da genişləndirilib. Belə ki, artıq 2018-ci və 2017-ci illərdə qəbul imtahanı verən abituriyentlər də qeyd olunan elektron xidmət vasitəsilə nəticələri haqqında arayış əldə edə bilərlər.

Hər bir arayışda qeyd olunan məlumatlarla yanaşı "unikal kod" da verilir. Arayışda göstərilən "unikal kod" vasitəsilə həmin arayışın həqiqiliyini yoxlamaq mümkündür.

İmtahan nəticələri ilə bağlı arayışı tələb edən təşkilatlar hər bir arayışın üzərində olan "unikal kod"u aşağıdakı linkdə müvafiq xanaya daxil etməklə məlumatların həqiqiliyini elektron qaydada özləri yoxlaya bilərlər.

Xidmətə keçid linkinin ünvanı təqdim olunan arayışda, həmçinin DİM-in saytının baş səhifəsində aktiv banerlər siyahısında yer alır.

Xidmətə keçid: http://ekabinet.dim.gov.az/pBArayis.aspx

22

Azərbaycanda sərt karantin rejimi yumşaldılır - SMS icazə ləğv olundu

4
Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib. Amma yumşaldılmalar olacaq

 

BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərərgahdan daxil olan məlumatda qeyd olunur ki, dünyada, o cümlədən Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilmişdir.

Eyni zamanda bir sıra ölkələrdə və Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən:

● Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri "SMS" icazə, "icaze.e-gov.az" portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur.

2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə verilir:

● ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, "Mall"ların fəaliyyəti istisna olmaqla);

● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

● muzey və sərgi zallarının fəaliyyəti;

● şəhərlərarası və rayonlararası hərəkət.

2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

2021-ci il 18 yanvar saat 00:00-dan 25 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin ərazilərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışa Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada müvafiq təşkilatların əməkdaşlarına xidməti vəsiqə, ezamiyyə vərəqəsi, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşlarına isə müvafiq akkreditasiya kartları əsasında, habelə Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən digər şəxslərin qeyd olunan ərazilərə giriş-çıxışına həmin şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə "icazə.e-gov.az" portalına daxil edildikdən sonra ezamiyyə vərəqəsi əsasında icazə veriləcəkdir. Yaxın qohumunun dəfnində iştirakla əlaqədar Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) arasında və onların hüdudlarından kənara hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin "102" Xidməti – Zəng Mərkəzi vasitəsilə alınmış icazə əsasında hərəkət edə bilər.

2021-ci il 18 yanvar saat 00:00-dan 25 yanvar saat 00:00-dək beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) arasında və onların hüdudlarından kənara hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin həmin ərazilərə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında icazə verilir.

Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət hazırda qüvvədə qalır.

Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.

Qeyd edək ki, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir. Həmçinin sosial məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən ictifadə etmək zəruridir.

4
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Xəstəxana

Bakı sakinlərinə zəhərlənmə ilə bağlı xəbərdarlıq

2
(Yenilənib 10:28 16.01.2021)
İstifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

BAKI, 16 yanvar — Sputnik. Ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə uyğun olaraq Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı tədbirlər daha da genişləndirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı şəhərində koronavirusla (COVID-19) bağlı mövcud vəziyyət nəzərə alınaraq yanvar ayının 16-da səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən yeni 2021-ci ildə ikinci, ölkədə əks-pandemiya tədbirlərinin əvvəlindən isə artıq 20-ci dəfə paytaxtdakı əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı cəlb edilməklə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.

Gün ərzində mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə bərabər, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Sonuncu geniş dezinfeksiya tədbirləri zamanı paytaxtın 554 küçəsi kimyəvi maddələrlə yuyulmuşdu.

Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronavirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.

2
Teqlər:
xəbərdarlıq, zəhərlənmə, dezinfeksiya, Bakı
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar