Atmosfer havasının keyfiyyətini ölçmək üçün müasir avtomat stansiya

Havamızı da avropalılar kimi ölçəcəklər

38
Dövlət investisiya layihələri çərçivəsində 2025-ci ilə qədər  25 ədəd bu cür avtomatik stansiyanın alınması və ölkə ərazisində monitorinq məntəqələrinin qurulması planlaşdırılıb.

BAKI, 19 dekabr — Sputnik. Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva ölkədə atmosfer havasının vəziyyətini təhlil edib, bu sahədə monitorinq xidmətlərinin keyfiyyət və sürətinin yaxşılaşdırılması məqsədilə görülən işlərlə bağlı sualları cavablandırıb:

- Hazırda ölkəmizdə atmosfer havasının vəziyyəti necə səciyyələndirilir?

Cəbrayıl rayonunda ağacəkmə tədbiri
© AR Ministry of Ecology and Natural Resources

- Ölkədə olan vəziyyətə keçməmişdən əvvəl qeyd edim ki,  Ümumdünya Səhiyyə Təşkilatının Hava Keyfiyyəti Təlimatlarında göstərilir ki, dünyada əhalinin 95%-dən çoxu bu sahəyə aid Avropa standartlarına cavab verməyən şəhərlərdə yaşayır. Ölkədə olan vəziyyəti səciyyələndirəndə, nəzərə alınmalıdır ki, ümumi mənzərə çox fərqli olacaq. Və dünyanın iri şəhərlərinə xas olan tendensiyalar, təbii ki, bizdə də müşahidə olunur.

Belə ki, Bakı, Sumqayıt, Gəncə kimi iri sənaye şəhərlərində atmosfer havası, digər aqrar bölgələrlə müqayisədə, çirklənməyə daha çox məruz qalır. İri şəhərlərdə atmosfer havasını çirkləndirən mənbələr əsasən sənaye müəssisələri və nəqliyyat vasitələridir. Lakin müəssisələrin az tullantılı texnologiyalarla təmin olunması, həmçinin nəqliyyatda "smart" yanaşmaların tətbiqi ilə atmosfer havasına olan təsirləri azaltmaq mümkündür.

Müqayisə üçün bəzi statistik rəqəmləri nəzərdən keçirək. Belə ki, əgər 1990-cı ildə ölkəmiz üzrə sənaye müəssisələrindən atmosferə buraxılan tullantının miqdarı 2108 min ton olmuşdursa, bu göstərici 2019-cu ildə 177 min ton təşkil etmişdir. Azərbaycan sürətlə inkişaf edən ölkədir. Lakin bu inkişafı, Azərbaycanda ekoloji tarazlığı təmin etmək üçün qəbul olunan dövlət proqramlarının və uğurlu ekoloji layihələrin həyata keçirilməsi hesabına, “yaşıl”, təbiətə dost inkişaf kimi qiymətləndirmək olar. Təkcə son il ərzində Abşeron yarımadasında milyonlarla ağac əkilib. Bildiyiniz kimi, yaşıllıqların karbon qazının udulmasında rolu əvəzsizdir. Belə iri miqyaslı layihələr ümumi ekoloji vəziyyətin sağlamlaşdırılmasına xidmət edir.

- Bəs bu baxımdan nəqliyyatın rolundan nə deyə bilərik?

- İri şəhərlərin atmosfer havasına əhəmiyyətli dərəcədə təsir göstərən sahə nəqliyyat sektorudur. Statistik rəqəmlər bir daha bunu təsdiqləyir.

Nəqliyyatdan buraxılan tullantıların miqdarı 1990-cı illə müqayisədə 207 min ton artımla (2019-cu ildə 945 min ton) qeydə alınmışdır ki, bu da nəqliyyat vasitələrinin sayının bir neçə dəfə artması ilə izah edilir. Nəticə etibarı ilə ölkəmizdə 1990-cı ilə qədərki dövrdən fərqli olaraq, atmosfer havasına tullantıların buraxılmasında nəqliyyatın payı sənaye müəssisələrinin payını üstələmiş olub.

© AR Ministry of Ecology and Natural Resources
ETSN-nin mobil laboratoriyası

- Nəqliyyatla bağlı göstəricilərin yaxşılaşdırılması üçün hansı vasitələrdən istifadə etmək mümkündür?

- Şübhəsiz ki, təhlillər bu sektorda ciddi addımların atılmasını zəruri edir.

Bakı Nəqliyyat Agentliyinin son dövrlərdə Bakını smart şəhər konsepsiyasına töhfə verən bəzi yeniliklərini qeyd etmək yerinə düşər. Belə ki, sərnişin avtobuslarına dair norma və standartlar müəyyən edilən zaman ekoloji məqamlar da nəzərə alınıb. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənən tələblərdə qeyd olunduğu kimi 2022-ci ildən yalnız sıxılmış təbii qaz və elektrik mühərrikli avtobuslar istismara qəbul olunacaq. Dizel mühərrikli avtobuslar isə tədricən istismardan çıxarılacaq.

Buna müvafiq olaraq ötən müddətdə dövlət başçısının birbaşa tapşırığına əsasən, paytaxta Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən sıxılmış təbii qaz (CNG) mühərrikli ümumilikdə 603 ədəd müasir avtobus gətirilib.

Qeyd olunan avtobusların əsas xüsusiyyəti CNG mühərriki sayəsində ətraf mühitə minimum təsir göstərməsidir.

- Atmosfer havasının keyfiyyətinin monitorinqi sahəsində nə kimi yeniliklər var?

-  Atmosfer havasının vəziyyəti insan sağlamlığına təsir göstərən amildir. Bunu nəzərə alaraq, havanın keyfiyyəti ilə bağlı məlumatlara əlçatanlığın təmin edilməsini qarşımıza bir məqsəd kimi qoymuşuq.

Ölkədə mövcud olan hava keyfiyyətinin monitorinq şəbəkəsi bir çox amillər baxımından müasir standartlara, beynəlxalq meyarlara cavab vermirdi. Ölçülən çirkləndiricilərin seçimi ictimai səhiyyənin tələblərinə uyğun deyildi, monitorinq ləng və zəhmət tələb edən mexaniki analizlərə əsaslanırdı.

© AR Ministry of Ecology and Natural Resources
Atmosfer havasının keyfiyyətini ölçmək üçün müasir avtomat stansiya

Buna görə də hava keyfiyyətinə dair cari monitorinq şəbəkəsinin modernizasiyası işlərinə başlanılıb. Ölkəmizdə həyata keçirilən "Avropa İttifaqının nümunəvi təcrübələri əsasında Azərbaycana Milli Ekoloji Monitorinq Sisteminin (MEMS) təkmilləşdirilməsi" layihəsi çərçivəsində monitorinq şəbəkəsi üçün modernizasiya planı hazırlanıb. Layihənin həyata keçirilməsi nəticəsində real vaxt rejimində çalışan avtomatik analizatorlardan daxil olan məlumatlar mərkəzi məlumat bazasında toplanılacaq.

Avropa təcrübəsinə uyğun olaraq bu məlumatlara əhalinin onlayn rejimdə çıxışı təmin olunacaq, hər bir insan ETSN-nin saytında bu məlumatlarla tanış ola biləcək.

Modernizasiya planının birinci mərhələsinə əsasən Dövlət İnvestisiya Layihəsi hesabına beş avtomatik rejimdə çalışan stansiya və bir ədəd mobil laboratoriya alınaraq Bakı şəhərində 3, Sumqayıt və Gəncədə 1 avtomatik stansiya quraşdırılıb. Stansiyalar dünyada ətraf mühit üzrə analizator istehsalına görə öndə gedən “Thermo” (ABŞ) şirkətinin cihaz və avandanlıqları ilə komplektləşdirilib.

Eyni zamanda, stasionar müşahidə məntəqələri ilə əhatə edilməmiş ərazilərdə hava keyfiyyətinin operativ şəkildə monitorinqinin həyata keçirilməsi üçün dövlət investisiya layihəsi çərçivəsində bir ədəd  Mobil Laboratoriya alınıb. Mobil laboratoriya beynəlxalq standartlara uyğun müasir cihaz və avadanlıqlarla təchiz olunub. Bu laboratoriya ərazidə havanın keyfiyyət göstəriciləri üzrə analitik araşdırma aparmaqla vəziyyətin yerində qiymətləndirilməsini təmin edəcək.

- Monitorinq şəbəkəsinin genişləndirilməsi planlaşdırılırmı?

- Dövlət investisiya layihələri çərçivəsində 2025-ci ilə qədər 25 ədəd bu cür avtomatik stansiyanın alınması və ölkə ərazisində monitorinq məntəqələrinin qurulması planlaşdırılıb.

38
Teqlər:
nəqliyyat, çirkli hava, laboratoriya, monitorinq, atmosfer, hava, ekologiya
Distant təhsil, arxiv şəkli

Onlayn dərslərdən yayınan müəllimlərə xəbərdarlıq

8
Yanvarın 11-dən ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.

BAKI, 15 yanvar — Sputnik. Onlayn dərslərə qoşula bilməyən müəllimlərin qeydiyyatı aparılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Pandemiya şəraitində tədrisin və imtahanların təşkili" mövzusunda vebinarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru Eldar Aslanov deyib.

O bildirib ki, həmin müəllimlərin müqavilələrinin uzadılması zamanı bu məsələ nəzərə alınacaq: "Biz bu faktlar üzrə qeydiyyat aparırıq. Seçkilər və qeydiyyatlar zamanı bu amil nəzərə alınacaq. Bəzi tələbələr də yaranmış vəziyyətdən sui-istifadə edirlər. Amma bu, ən çox onların kadr kimi yetişməsində özləri üçün problem yaradacaq".

Xatırladaq ki, yanvarın 11-dən ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. İmtahan sessiyası 4 həftə davam edəcək.

8
Aida Mahmudovanın PASTPRESENTFUTURE sərgisi

Azərbaycanlı rəssamın ABŞ-da ikinci fərdi sərgisi açılıb

3
(Yenilənib 21:11 15.01.2021)
Fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

BAKI, 15 yanvar — Sputnik. Tanınmış azərbaycanlı rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb.

Sputnik Azərbaycan xəbər verir ki, fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

"Sapar Contemporary" inkubatoru varlığın fraqmentar təbiətini zamanla və landşaftda təhrif olunmuş xatirələr vasitəsilə tədqiq edən yeni "Aida Mahmudova: PASTPRESENTFUTURE" seriyasını təqdim edib. Qalereyanın Mərkəzi Asiya və Qafqazda fəaliyyət göstərən nüfuzlu qadın rəssamlara dəstək istiqamətində fasiləsiz səyləri çərçivəsində təşkil edilən "PASTPRESENTFUTURE" rəssamın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisidir.

Rəssam yeni əsərində yaradıcılıq prosesinin sırf emosional və instinktiv tərəfini önə çəkmək üçün xarici məhdudiyyətlərdən (ideoloji, siyasi və ya dini) kənarda mövcud olan əsərlər yaratmaq məqsədilə keçmişi, bu günü və gələcəyi vəhdət halında birləşdirir. Nəticədə birbaşa olaraq rəssamla rəsm texnikası arasındakı əlaqədən ilhamlanan və məfhumları çılpaq şəkildə göstərən güclü əsərlər yaradılır.

Ot və quru bitkilərdən istifadə edilərək və rəssamın impressionist toxunuşları nəticəsində ərsəyə gələn "Roots" (2020) kimi əsərlər rəssamın vətəni Azərbaycanda rast gəlinən landşaftın canlandırıcı detallarını üzə çıxarır. Yer kürəsinin səthi ilə bağlı reallıqlara baş vuran Aida Mahmudovanın təsvir etdiyi bu proses təbiəti xatirələri oyadan nostalji hissi ilə doldurur. Təbəqələrin yaradılması və ya onların bir-birindən ayrılması, habelə quru bitkilər, keramika, mis də daxil olmaqla müxtəlif materialların qarışdırılması prosesi rəssam üçün fiziki olaraq böyümə və emosional şəfa tapma məqsədilə edilən məşğələyə çevrilir.

Azərbaycanın paytaxtı Bakıda yaşayıb fəaliyyət göstərən Aida Mahmudovanın rəsm əsərləri onun seçdiyi materialların fiziki təbiəti və üstünlük verdiyi dünyəvi palitrası ilə ahəngdar şəkildə uzlaşır. Onun olduqca intuitiv xarakter daşıyan axtarışları xarici sədlərdən yan keçən sevgi, itki, yaddaş və istək kimi universal insan hisslərinin bütün spektri üzrə inkişaf etməyə davam edir. Rəssamın sözlərinə görə, "cəmiyyətin bir hissəsi olaraq, biz varlığın təbiətini, başqaları ilə qarşılıqlı münasibətlərimizi müəyyən dərəcədə məhdudlaşdırırıq və bununla da ibtidai ünsiyyət kanallarını itiririk. Mənim üçün incəsənətin heç bir sərhədi yoxdur - o, ünsiyyətin istənilən forması üçün açıqdır, yaradıcılıq prosesi isə insan tərəfindən yaradılmış və buna görə də olduqca kövrək olan fundamental prinsipləri bu və ya digər dərəcədə məhv edir".

3
Prezident İlham Əliyev Şuşada

İlham Əliyev: "Gəlin alın, görüm necə alırsınız?"

0
(Yenilənib 21:49 15.01.2021)
"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq?

BAKI, 15 yanvar — Sputnik. "Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada Molla Pənah Vaqifin büstünün və məqbərəsi ziyarət edərkən bildirib.

"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik", - deyə İlham Əliyev qeyd edib.

0