CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Eksternat imtahanları üçün 500-dən çox müraciət daxil olub

© Sputnik / Rahim MuradovPandemiya zamanı imtahan
Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan
Abunə olmaq
Bu imtahanlarda uğur qazanmış şəxslər attestat almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

BAKI, 18 dekabr — Sputnik. Əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə bitirə bilməyən şəxslər üçün eksternat qaydasında aralıq imtahanları üçün onlayn sənəd qəbulu başa çatıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Eksternat imtahanlarında iştirak etmək üçün eksternat.senedqebulu@baku.edu.gov.az elektron poçt ünvanına 500-dən çox müraciət daxil olub.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Xəbər lenti
0