CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah qış hər üzünü göstərəcək

© Sputnik / Murad OrujovСнег в Габале
Снег в Габале - Sputnik Azərbaycan
Abunə olmaq
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, dekabrın 18-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.

BAKI, 17 dekabr — Sputnik. Sabah Bakı və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, günün ikinci yarısında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında zəif duman olacaq, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Dekabrın 18-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, qərb rayonlarından başlayaraq gündüz tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-4, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, dekabrın 18-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.

Xəbər lenti
0