Milli Qəhrəman Şükür Həmidov, arxiv şəkli

Şəhid polkovnik Şükür Həmidov medala layiq görüldü

112
(Yenilənib 10:02 16.12.2020)
Prezident İlham Əliyev Şükürün doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini bildirib.

BAKI, 15 dekabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçularını medalla təltif edib.

Sputnik Azərbaycan bildirir ki, Prezidentin imzaladığı Sərəncamla təltif olunanlar arasında şəhid polkovnikimiz Həmidov Şükür Nəriman oğlu da var. O, “Vətən uğrunda” medalı ilə təltif olunub.

Qeyd edək ki, Şükür Həmidov oktyabrın 22-də Qubadlı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyev Şükürün doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini bildirib.

 

112
Teqlər:
Prezident İlham Əliyev, təltif, Şükür Həmidov, polkovnik, şəhid

Ölkədə vaksinasiya ilə əlaqədar vəziyyət açıqlanıb

10
(Yenilənib 23:31 31.07.2021)
Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2880131, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2092231 təşkil edir.

BAKI, 31 iyul — Sputnik. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 86790 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52276, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34514 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4972362, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2880131, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2092231 təşkil edir.

Azərbaycanda peyvəndləmə prosesi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19 əleyhinə canlı növbə əsasında vaksinasiyanın davam etdiyini bildirib. TƏBİB-dən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, COVID-19 əleyhinə vaksinlərə əlçatanlığı təmin etmək məqsədilə "Yeni Klinika" Tibb müəssisəsində peyvəndləmə prosesi davam edir.  Tibb müəssisəsində “CoronaVac” və “Biontech/Pfizer” peyvəndləri vurulur. Vaksinlərin tətbiqi canlı növbə əsasında həyata keçirilir. Peyvənd məntəqəsi həftə içi 5 gün, səhər saat 9:00-dan axşam 16:00-a kimi fəaliyyət göstərir.

Ölkəmizdə hazırda koronavirus infeksiyasına qarşı 4 peyvənd tətbiq olunur. Bunlar "CoronaVac", "Vaxzevria", "Sputnik V", "Pfizer" vaksinləridir. Vətəndaşlar peyvənd olunmaq üçün ilk növbədə randevu.its.gov.az saytından qeydiyyatdan keçərək növbə götürməlidirlər.

Koronavirus bəlası

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.

Həmçinin oxuyun:

Ailə qurmazdan öncə vaksin olunun! - TƏBİB

Nazirlər Kabinetindən sərt qərar - Vaksin olunmayanlar bu yerlərə buraxılmayacaqlar!

QMİ dindarları vaksin olunmağa çağırıb

10

Baş Prokurorluq bıçaqlanan polis serjanti ilə bağlı məlumat yayıb

337
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 31 iyul - Sputnik. İyulun 30-u saat 22 radələrində Cəbrayıl rayon sakini Qurban Qurbanovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Respublika Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, aparılmış araşdırmalarla, zərərçəkmişin tanışı Sərvan Yaqubovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı polis serjanti Qurban Qurbanova xidmətdən kənar vaxtda bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Sərvan Yaqubov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

Həmçinin oxuyun:

Deputatın polisi döyməsi faktına görə cinayət işi açılıb

Polisi döyən deputatın məsələsi parlamentdə müzakirəyə çıxarılacaq

337