Azərbaycan hərbçiləri, arxiv şəkli

Bakıya gətirilən hərbi qulluqçular mülki vətəndaşların tam siyahısı açıqlandı - FOTO

90
(Yenilənib 16:21 15.12.2020)
Hazırda adları qeyd edilən hərbi qulluqçularımız və mülki vətəndaşlarımız müayinə və müalicə olunurlar

BAKI, 15 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində erməni əsirliyindən və girovluğundan azad olunaraq 14 dekabr 2020-ci il tarixdə Bakıya gətirilmiş hərbi qulluqçuların və mülki vətəndaşların tam siyahısı açıqlanıb.

Sputnik Azərbaycan Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı siyahını təqdim edir.

  • Yolçuyev Nurəddin
    © Photo : State Security Service of the Republic of Azerbaijan
  • Əlizadə Nurlan
    © Photo : State Security Service of the Republic of Azerbaijan
  • Həmidov Nahid
    © Photo : State Security Service of the Republic of Azerbaijan
  • Abdinov Yəhya
    © Photo : State Security Service of the Republic of Azerbaijan
  • Əliyev Anar
    © Photo : State Security Service of the Republic of Azerbaijan
  • Ələkbərov Ömər
    © Photo : State Security Service of the Republic of Azerbaijan
  • Quliyev Şahbaz
    © Photo : State Security Service of the Republic of Azerbaijan
  • Əsgərov Dilqəm
    © Photo : State Security Service of the Republic of Azerbaijan
  • Əhmədzadə Mobil
    © Photo : State Security Service of the Republic of Azerbaijan
  • Əliyev Şərif
    © Photo : State Security Service of the Republic of Azerbaijan
  • Vəliyev Vəliəhəd
    © Photo : State Security Service of the Republic of Azerbaijan
  • Kərimov Bayram
    © Photo : State Security Service of the Republic of Azerbaijan
  • Musayev Amin
    © Photo : State Security Service of the Republic of Azerbaijan
  • Baxşəliyev Emin
    © Photo : State Security Service of the Republic of Azerbaijan
1 / 14
© Photo : State Security Service of the Republic of Azerbaijan
Yolçuyev Nurəddin

1. Abdinov Yəhya Vüqar oğlu, 30.12.1999, hərbi qulluqçu

2. Baxşəliyev Emin Zahir oğlu, 22.01.1988, hərbi qulluqçu

3. Əhmədzadə Mobil İlqar oğlu, 22.04.1999, hərbi qulluqçu

4. Ələkbərov Ömər Teymur oğlu, 11.01.1985, hərbi qulluqçu

5. Əliyev Şərif Elsevər oğlu, 20.12.1995, hərbi qulluqçu

6. Əliyev Anar Hidayət oğlu, 28.06.1992, hərbi qulluqçu

7. Əlizadə Nurlan Mehman oğlu, 02.01.1992, hərbi qulluqçu

8. Həmidov Nahid Yaşar oğlu, 05.01.1991, hərbi qulluqçu

9. Kərimov Bayram Yaşar oğlu, 03.02.1992, hərbi qulluqçu

10. Musayev Amin Alim oğlu, 04.07.1994, hərbi qulluqçu

11. Vəliyev Vəliəhəd Şakir oğlu, 05.03.1998, hərbi qulluqçu

12. Yolçuyev Nurəddin Bəxtiyar oğlu, 14.10.1998, hərbi qulluqçu

13. Quliyev Şahbaz Cəlal oğlu, 09.05.1968, mülki şəxs

14. Əsgərov Dilqəm Qardaşxan oğlu, 30.09.1960, mülki şəxs

Hazırda adları qeyd edilən hərbi qulluqçularımız və mülki vətəndaşlarımız müayinə və müalicə olunurlar.

90
Teqlər:
müayinə, müalicə, Bakı, mülki əhali, hərbçilər, əsir
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

21
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

21
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

10
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

10