CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəribə hesabat: İşçilərin 11%-i ümumiyyətlə paltarsız işləyir

© AFP 2023 / GREG BAKERБлогерша за ноутбуком, фото из архива
Блогерша за ноутбуком, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Uzaqdan işləmək sayəsində insanlar daha çox film izləməyə və daha çox video oyun oynamağa başlayıb" - "Kaspersky"

BAKI, 14 dekabr — Sputnik. "Kaspersky" kiçik şirkətlərin məsafədən işləyən işçiləri arasında bir sorğu keçirib və "home-office" şəraitinin onlar üçün niyə rahat olduğunu müəyyən edib. Bu barədə şirkətdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Məsələn, respondentlər iş gününün başlamasından bir neçə dəqiqə əvvəl oyanmağı, təmiz havada işləməyi və hətta paltarsız işləməyi sevirlər.

Ответственный секретарь Общественного совета при министерстве образования Ильгар Оруджев - Sputnik Azərbaycan
Ekspert: “Valideynlər fərqində olmadan övladlarının sağlamlığını təhlükə altına atır”

Bildirilir ki, kiçik və orta şirkətlərdə də daxil olmaqla, qarşılıqlı əlaqənin məsafəli formatına keçid texniki çətinliklər və təhlükə mənzərəsindəki dəyişikliklərlə müşayiət olundu: kölgə İT-nin artımı, uzaqdan giriş protokolu (RDP) vasitəsilə hücumlar və s. Dünya İqtisadi Forumunun məlumatına görə, bir-birindən məsafədə olmaq nəticəsində insanlar bəzi psixoloji problemlərlə, o cümlədən iş və şəxsi həyat arasında yaranmış disbalansla qarşılaşıblar. Buna baxmayaraq, bir çoxları bu yeni təcrübədə gələcəkdə də qoruyub saxlamaq istədikləri müsbət məqamlar tapıblar.

"Kaspersky"nin məlumatına görə, evdən işləyən işçilərin 48%-i rahat paltar geyinməyə üstünlük verir və 11%-i ümumiyyətlə paltarsız işləyir. Üçdə birindən çoxu (36%) ofisə getmək qayğısı ilə vidalaşdıqlarına, iş gününün başlamasından bir neçə dəqiqə əvvəl oyana bildiklərinə və fasilələr zamanı uzanıb dincələ bildiklərinə görə sevinir. Respondentlərin 27%-i eyvanda və ya təmiz havada işləmək fürsətini qiymətləndirir, 16%-i isə yeməkxanadan kənarda nahar etməyi sevir. Bundan əlavə, işdən uzaqlaşmaq işçilərə daha çox istirahət və əyləncə imkanı tanıyıb: onlayn kinoteatrlarda daha çox film izləməyə (23%) və daha çox video oyun oynamağa başlayıblar (18%). Respondentlərin 8%-i isə uzaqdan işləməyin üstünlüyünü daha az duş almağa görə dəyərləndirir.

"Uzaqdan işləmək bacarığı özü ilə həm mənfi, həm də mənfi tərəflərini gətirib. İnsanlar uşaqları ilə daha çox ünsiyyət qurmağa və pul qazanmağa başlayıblar, lakin məhsuldarlığı itirməmək üçün iş proseslərini yenidən təşkil etməli olublar. Təəssüf ki, bu il işçilərin evdə nə qədər texniki səhvə yol verə biləcəyini gördük və bu səbəbdən həm fərdi, həm də korporativ məlumatlar risk altındadır. Cihazlarınızın təhlükəsizliyi və öz məxfiliyinizə diqqət yetirməyinizi və etibarlı təhlükəsizlik həllərindən istifadə etməyinizi tövsiyə edirik. Uzaqdan işləyərkən bütün bu tövsiyələr xüsusilə aktual olur", - deyə "Kaspersky"nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Məsafədən işləyən işçiləri qorumaq üçün, "Kaspersky" bu tövsiyələri verir:

Сотрудники в офисе, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Hərəkətsizlik, oturaq həyat tərzi: şəkər xəstələrinin sayı birə-on artacaq

• mobil cihazlar da daxil olmaqla, bütün iş cihazlarına Kaspersky Endpoint Security Cloud kimi etibarlı təhlükəsizlik proqramı quraşdırın;

• insanları rəqəmsal savadlılığını artırmaq üçün ilhamlandırın və yeni biliklər əldə etməyə sövq edin. Kaspersky Automated Security Awareness Platform bu işdə sizə kömək edə bilər;

• şəxsi məlumatların qorunmayan rabitə kanalları vasitəsilə ötürülməsinin və üçüncü şəxslər üçün hesablara açıq girişin verilməsinin qətiyyətlə tövsiyə olunmadığını işçilərə xatırladın;

• işçilərə evdəki Wi-Fi qorunmasını necə gücləndirə biləcəklərini söyləyin. Əksər ruterlərdə standart istifadəçi adı və şifrə olduğu üçün, təcavüzkarlar onları asanlıqla təxmin edə bilərlər. Yeni bir parol təyin etməyi və routerin proqram təminatını yeniləməyi məsləhət görürük.

"Pandemiya sonrası iş: bu necə təşkil ediləcək" adlı araşdırma "Censuswide" agentliyi tərəfindən xüsusi olaraq "Kaspersky" üçün aparılmışdır. Qlobal sorğuda, heyəti 250 nəfəri keçməyən şirkətlərin 8 min əməkdaşı iştirak etmişdir. Məlumatlar qlobaldır.

Xəbər lenti
0