CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayramdan sonra Bakının mərkəzinə başqa "xüsusi təyinatlılar" gəldilər

© The Executive Power of the Baku CityBakı küçələrində dezinfeksiya işləri
Bakı küçələrində dezinfeksiya işləri - Sputnik Azərbaycan
Abunə olmaq
Bildirilib ki, çoxsaylı insanların iştirakı ilə başa çatan tədbirlərdən dərhal sonra paytaxtın kommunal xidmətlərinin əməkdaşları ərazidə sanitar-təmizlik işləri aparıblar

BAKI, 11 dekabr — Sputnik. Dünən Vətən müharibəsində qazanılmış tarixi qələbə münasibətilə Bakı şəhərinin Azadlıq meydanında əzəmətli Zəfər paradı, axşam saatlarında isə Dənizkənarı Milli Parkda Bakı Şəhər İcra Hakimiyyətinın təşkilatçılığı ilə atəşfəşanlıq keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a qurumdan məlumat verilib.

Bildirilib ki, çoxsaylı insanların iştirakı ilə başa çatan tədbirlərdən dərhal sonra paytaxtın kommunal xidmətlərinin əməkdaşları ərazidə sanitar-təmizlik işləri aparıb, gecə saatlarında isə kommunal departamentin xüsusi təyinatlı nəqliyyat vasitələri tərəfindən mərkəz ərazilərdə bütün küçələr xüsusi kimyəvi vasitələrlə dezinfeksiya edilib.

Paytaxtda sanitar-təmizliyin yüksək səviyyədə təminatı ilə bağlı işlər gündəlik davam etdirilir.

Xəbər lenti
0