BAKI, 9 dekabr — Sputnik. Paytaxt ərazisində restoranların birində toy etmək istəyən şəxslər saxlanılıblar. Sputnik Azərbaycan DİN Mətbuat Xidmətinin məlumatına istinadla xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsi (PB) əməkdaşları rayon ərazisində "Xonça" restoranında təşkil edilən toy mərasiminin keçirilməsinin qarşısını alıbдфк.
Mərasimin zalının icarədarı, paytaxt sakini Rahib Həsənli, toyun təşkilatçısı, Suraxanı rayon sakini Baba Babayev və toy zamanı orada olan 60-a yaxın şəxs saxlanılaraq 31-ci PB-yə gətiriliblər. Araşdırma zamanı B.Babayevin karantin qaydalarını pozaraq oğluna toy təşkil etmək istədiyi məlum olub
Hazırda karantini pozan həmin şəxslərin barəsində qanunauyğun olaraq tədbir görülür.
Araşdırmalar aparılır.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".
BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.
Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.