CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda beş şəhərə giriş-çıxış dayandırılır

© Sputnik / Rahim Muradov Lənkəranda karantin rejiminin vəziyyəti ilə bağlı reyd
 Lənkəranda karantin rejiminin vəziyyəti ilə bağlı reyd - Sputnik Azərbaycan
Abunə olmaq
2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək 5 şəhərə, 11 rayon mərkəzinə, Abşeron rayonuna isə tamamilə giriş-çıxış dayandırılır

BAKI, 8 dekabr - Sputnik. Bəzi şəhər və rayonlara giriş-çıxış dayandırılır.

Nazirlər Kabinetin yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvarİsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılır.

Xəbər lenti
0