Manat, arxiv şəkli

"YAŞAT" Fondu ilk olaraq kimlərə yardım edəcək?

346
(Yenilənib 13:33 08.12.2020)
"Müraciətlər daha prioritet olan müraciətdən nisbətən təciliyə doğru sıralanacaq və bu yolla hər bir ailəyə dəstək göstəriləcək. Hər ehtiyac istiqaməti üzrə müraciətlər bal sıralaması ilə qeydə alınacaq. Növbəti ayın 10-dək hər bir ailəyə müvafiq yardımlar ediləcək".

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 8 dekabr — Sputnik. "Beynəlxalq Bank vasitəsi ilə artıq 4 valyuta üzrə hesablar açılıb. Hər kəs yardım edərək faydasını göstərmək üçün bu platformadan yararlana bilər. Bu, mərkəzləşmiş bir fonddur ki, burada bütün ailələrin ehtiyacları müəyyənləşəcək və ehtiyaclar qarşılanacaq". Sputnik Azərbaycan xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev bu gün jurnalistlər üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, "ASAN Könüllülər" də ev-ev gəzərək bu ailələrin ehtiyaclarını müəyyənləşdirərək ehtiyaclar haqda cəmiyyətə məlumat verəcəklər.

Ülvi Mehdiyev eyni zamanda müraciətlərin sıralanması məsələsinə aydınlıq gətirib: "Müraciətlər daha prioritet olan müraciətdən nisbətən təciliyə doğru sıralanacaq və bu yolla hər bir ailəyə dəstək göstəriləcək. Hər ehtiyac istiqaməti üzrə müraciətlər bal sıralaması ilə qeydə alınacaq. Növbəti ayın 10-dək hər bir ailəyə müvafiq yardımlar ediləcək. Ola bilər ki, müraciət bizə daxil olub və hansısa səbəbdən biz onu maliyyələşdirə bilmiriksə, bu zaman fondun saytında əlavə olaraq o ailə haqda məlumat yerləşdiriləcək, vətəndaşlar individual olaraq o ailəyə yardım edə biləcəklər".

Ü.Mehdiyev bildirib ki, platformanın proqram təqdimatı yazılmaq üzrədir və yaxın günlərdə bu haqda tam detallı məlumat veriləcək.

346
Teqlər:
yardım, hesab, şəhid ailələri, qazi, yaralılar, fond
Zaur Baxşəliyev

Tanınmış aparıcı verilişinin bağlanmasını Hüseynbala Mirələmovu lağa qoydu - VİDEO

2
(Yenilənib 13:49 22.04.2021)
Görüntülərdə o, "Zaur, bircə günlük də olsa dincələ bildinmi? Mən tanınmışları xoşlayıram, o, tanınmamışları" deyərək sabiq deputata və verilişinin bağlanmasına rişxənd edib.

BAKI, 22 aprel — Sputnik. Xəbər verdiyimiz kimi, ATV kanalında yayımlanan "Bizimləsən" verilişinin yayımı bir günlük dayandırılmışdı.

Sputnik Azərbaycan xəbər verir ki, aparıcı Zaur Baxşəliyev "Instagram" hesabında video paylaşıb. Videoda ötən gün sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun biabırçı görüntülərini və verilişinin bağlanmasını məsxərəyə qoyan aparıcı izləyicilərin gülüşünə səbəb olub. Görüntülərdə o, "Zaur, bircə günlük də olsa dincələ bildinmi? Mən tanınmışları xoşlayıram, o, tanınmamışları" deyərək sabiq deputata və verilişinin bağlanmasına rişxənd edib.

Barəsində danışdığımız video izləyicilərin gülüşünə səbəb olub.

Посмотреть эту публикацию в Instagram

Публикация от ZAUR GUNAY (@zaur_gunay)

Xatırladaq ki, Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Bizimləsən" verilişində Bərdə rayonunda bir neçə gün öncə 10 yaşlı uşağın cinsi orqanını kəsən 40 yaşlı Aidə Əzizovanın çıxış etməsi ictimaiyyətdə geniş rezonansa səbəb olub. Milli Televiziya və Radio Şurasının qərarı ilə verilişin yayımı bir günlük dayandırılaraq ATV telekanalı dörd min manat məbləğində cərimələnib.

2
Teqlər:
video, veriliş, teleaparıcı
Dənizdə dalğalar, arxiv şəkli

Dənizdə dalğanın hündürlüyü 2,6 metrə çatdı - Faktiki hava

2
(Yenilənib 14:05 22.04.2021)
Külək Bayıl yamacında 27, Bakıda 25, Qum adasında 23, Sumqayıt, Maştağada 20, Pirallahı, Binədə 19, Neft Daşlarında 17, Çilov adasında 16 m/s-dək güclənib.

BAKI, 22 aprel — Sputnik. Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, aprelin 22-si saat 12:00-a verdiyi məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin aprelin 21-i gündüzdən etibarən bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb.

Düşən yağıntının miqdarı Sarıbaş (Qax), Ağdərədə (Ordubad) 6, Balakən, Gədəbəydə 5, Tovuzda 4, Kişçay (Şəki), Qusar, Şəmkirdə 3, Astara, Zaqatala, Ceyrançöldə 2, Daşkəsən, Naxçıvan, Şahbuz, Naftalan, Gəncə, Ağstafa, Yevlax, Göyçay, Yardımlı, Lənkəran, Şahdağ, Xınalıqda 1 mm-dək olub.

Şimal-qərb küləyi əsib, arabir Naftalanda 26, Şəkidə 25, Daşkəsəndə 23, Zaqatalada 22, Balakən, Ağstafa, Gəncədə 20, Mingəçevirdə 19, Ələt, Biləsuvar, Yevlax, Göygöldə 18, Şabran, Tərtər, Tovuzda 16, Bayıl yamacında 27, Bakıda 25, Qum adasında 23, Sumqayıt, Maştağada 20, Pirallahı, Binədə 19, Neft Daşlarında 17, Çilov adasında 16 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,6 metrə çatıb.

2