Pulun sayması, arxiv şəkli

"YAŞAT" Fondunun vəsaitinin formalaşdırılması ondan istifadə qaydası müəyyənləşib

753
Fərmana əsasən, Fondun vəsaiti bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulmayan istiqamətlərdə istifadə edilə bilməz

BAKI, 8 dekabr — Sputnik. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT" Fondu) yaradılması haqqında" fərmana əsasən, Fondun vəsaitinin formalaşdırılması və ondan istifadə qaydası müəyyənləşib.

Sputnik Azərbaycan xəbər verir ki, Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:

2.1.1. fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr);

2.1.2. qanunla qadağan olunmayan digər mənbələr.

2.2. Fondun vəsaitinin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi məqsədilə bank hesabı açılır.

2.3. Fondun vəsaiti Azərbaycan manatı ilə və xarici valyutalarla formalaşdırılır.

2.4. Maliyyə vəsaiti şəklində verilən yardımların (ianələrin) Fond tərəfindən toplanılması aşağıdakı üsullarla həyata keçirilir:

2.4.1. onlayn qaydada – fiziki və hüquqi şəxslərin Fondun rəsmi internet səhifəsi və elektron ödəniş sistemləri üzərindən etdikləri ödənişlər;

2.4.2. SMS vasitəsilə – fiziki və hüquqi şəxslərin Fondun qısa nömrəsinə SMS göndərməklə etdikləri ödənişlər;

2.4.3. bank köçürməsi vasitəsilə – Fondun bank hesabına fiziki və hüquqi şəxslərin banklar və pulköçürmə sistemləri vasitəsilə etdikləri ödənişlər;

2.4.4. terminal vasitəsilə – fiziki və hüquqi şəxslərin xüsusi ödəmə terminalları vasitəsilə etdikləri ödənişlər;

2.4.5. qanunla qadağan olunmayan digər ödəniş vasitələrindən istifadə etməklə edilən ödənişlər.

2.5. Fondun vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunur:

2.5.1. şəhid ailəsi statusu alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması;

2.5.2. müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi;

2.5.3. təhsil almasına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialının inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi;

2.5.4. məişət şəraitinin yaxşılaşdırılması;

2.5.5. Himayəçilik Şurasının müəyyən etdiyi digər istiqamətlər.

2.6. Fondun vəsaiti bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulmayan istiqamətlərdə istifadə edilə bilməz.

753
Teqlər:
maliyyə, fərman, vəsait, fond, yardım, şəhid ailələri, hərbçilər, yaralılar
Ağac kəsimi, arxiv şəkli

İcra Hakimiyyətinin verdiyi əraziyə görə cərimə yazdılar

2
(Yenilənib 17:28 20.04.2021)
İki ağacın kəsildiyi, bir ağacın zədələndiyi və təbiətə 2280 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

BAKI, 20 aprel — Sputnik. Nəsimi rayonu Seyid Cəfər Pişəvari küçəsi 27A ünvanında ağacların kəsilərək tikinti işlərinin aparılması barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmətin rəsmisi Vaqif Cavadov Sputnik Azərbaycan-a bildirib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, sözügedən ünvanda tikinti məqsədilə qazıntı işlərinin aparıldığı, 2 ağacın kəsildiyi, 1 ağacın zədələndiyi və təbiətə 2280 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

O qeyd edib ki, araşdırma zamanı ərazinin yaşayış binasının tikintisi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "Memar İnşaat-2017" MMC-yə verildiyi məlum olub: "Faktla bağlı akt tərtib olunub, yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər aidiyyəti üzrə Prokurorluq orqanına göndəriləcək".

2
Teqlər:
cərimə, ağacların kəsilməsi, tikinti şirkəti, icra hakimiyyəti
Məktəb, arxiv şəkli

Tədrisi digər dillərdə olan uşaqların I sinfə qəbulu üçün müsahibələrin vaxtı açıqlanıb

2
(Yenilənib 17:11 20.04.2021)
Dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin onlayn həyata keçirilməsi nəzərdə tutulur.

BAKI, 20 aprel — Sputnik. Aprelin 29-dan Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi və dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə start veriləcək.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi iyunun 8-də başa çatacaq. Dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin 4 may - 14 iyun 2021-ci il tarixlərində onlayn həyata keçirilməsi nəzərdə tutulur.

2