BAKI, 7 dekabr — Sputnik. Yeni tip koronavirus (COVİD-19) diaqnozu qoyulmuş xəstələrlə yaxın təmasda olan şəxslərin 14 günlük karantin müddəti 10 günə qədər azaldılıb. Sputnik Azərbaycan-ın Anadolu Agentliyinə istinadla yaydığı məlumata görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən yazılı açıqlama verilib. Nazirlikdən bu qərarın Avropa Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzi (ECDC) tərəfindən aparılan elmi araşdırmaların nəticəsi əsasında verildiyi bildirilib.
"Türkiyə ECDC-nin fəaliyyətini yaxından izləyir və koronavirus xəstəliyi ilə bağlı tətbiq olunan bütün qaydaları qurumun qəbul etdiyi qərarlar əsasında yeniləyir. Bu çərçivədə "COVID-19 bələdçisi – yaxın təmasların təqibi, yoluxmaların idarə olunması və evdə müalicə olunan xəstələrin monitorinq qaydaları"nda bəzi dəyişikliklər edilib", - deyə məlumatda bildirilir.
Həmin qaydalara əsasən, bundan sonra koronavirus xəstələri ilə yaxın təmasda olan şəxslər 14 gün deyil, 10 gün karantində qalacaq. Hər hansı bir simptom müşahidə olunmasa, 10-cu günün sonunda karantin müddəti bitmiş hesab olunur.
Xəstələrlə yaxın təmasda olan, testi neqativ çıxmış və müşahidə boyunca heç bir simptom göstərməyən insanlar isə 7-ci günün sonunda belə karantindən çıxarıla bilər. Həmin şəxslərin karantinə alındıqları tarixdən sonrakı 8-ci gün işə çıxmalarına icazə verilir.
BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur.
Посмотреть эту публикацию в Instagram
Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir.
Посмотреть эту публикацию в Instagram
"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.
Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın.
Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq.
BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:
"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".
Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.