CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əzmkar rejissor: "Müəllimlərimə qulaq assaydım, indiki uğurlarım olmazdı"

© Photo : Courtesy of Maser HasanovMasər Həsənov
Masər Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Masər Həsənov: "Ətrafın da rolu böyükdür. Tutaq ki, mən özüm nikbinəm, mənim yanımdakı bədbindir. Bu istər-istəməz təsir edir. Yaxşı olar ki, övladlarında fiziki qüsur olan valideynlər öz nikbinliklərini qoruyub saxlaya bilsinlər"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 6 dekabr — Sputnik. Hər şeyə rəğmən mücadilə aparmaq üçün insandan böyük iradə, əzm tələb olunur. Qəhrəmanımızın həyat yoluna nəzər saldıqda əqli kamilliyin fiziki məhdudiyyəti daim üstələdiyinin bir daha şahidi oluruq. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kino və televiziya fakültəsinin bakalavr və magistrini bitirən Masər Həsənov özü və sənət fəaliyyəti ilə bağlı Sputnik Azərbaycan-a danışıb:

"Mən məktəbdə oxuyanda məktəbimizdə vaxtaşırı müsabiqələr keçirilirdi. Müsabiqə müxtəlif səpkidə olurdu. Mən də ilk dəfə 9-cu sinifdə oxuyanda ekologiya ilə bağlı müsabiqəyə qatıldım. Ekologiya ilə bağlı video hazırladım. Əvvəl Sahil qəsəbəsində yaşayırdım, harada ki çəkiliş edirdim, həmin yeri sonradan təmir edirdilər. Sonradan fikirləşdim ki, mən qısa bir roliklə yaşadığım qəsəbəni bir az da olsa təmizlədə bildimsə, gələcəkdə Azərbaycanı da dünyada tanıda bilərəm".

Amma bu ona heç də rahat başa gəlməyib: " 4 il davamlı olaraq ADMİU-a sənəd verdim. Nəhayət ki, 2014-cü ildə qəbul olundum. Xalq artisti Eldar Quliyevin qrupunda oxumuşam".

© Photo : Courtesy of Maser HasanovMasər Həsənov həyat yoldaşı Səbinə xanımla
Əzmkar rejissor: Müəllimlərimə qulaq assaydım, indiki uğurlarım olmazdı - Sputnik Azərbaycan
Masər Həsənov həyat yoldaşı Səbinə xanımla

Masər Həsənov ADMİU-da keçirilən "İlin tələbəsi" layihəsi çərçivəsində "İlin rejissoru" və "Ən yaxşı film" nominasiyaları üzrə mükafatlarla, müxtəlif diplom və sertifikatlarla təltif olunub. O, bundan başqa, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi Rasim Ocaqov adına təqaüdə də layiq görülüb. Gənc rejissor müasir dövr Azərbaycan kinematoqrafiyasının vəziyyətindən danışdı: "Son zamanlar hamı deyir ki, "Azərbaycanda düz-əməlli film çəkilmir". Bu fikirlə razılaşmıram. Bir tərəfdən də qınamıram. Çünki, onlar o filmləri görməyiblər. "Çölçü", "Nabat", "Üçüncü günün adamı" və s. filmlərimiz var ki, təəsüf ki, böyük kütlə bu filmlərdən xəbərsizdir".

Rejissorun qənaətinə görə, sovet dövrünə baxanda indi daha az film çəkilir. O, bunun səbəbini belə izah edib: "Filmə böyük maliyyə tələb olunur. Buna baxmayaraq, az bir məbləğlə də çəkilən yaxşı filmlərimiz var. Rüfət Həsənovun və Hilal Baydarovun filmləri artıq dünya arenasına çıxıb. "Venesiya" və "Sarayevo" kimi dünyaca məşhur film festivalına qatılıb. Bu, artıq bir işartıdır. İnanırıam ki, Azərbaycan milli kinosu nəinki ötən əsrlərdə lentə alınan filmlərlə eyni səviyyəyə qalxacaq, hətta o dövrün filmlərini üstələyə bilər".

© Photo : Courtesy of Maser HasanovMasər Həsənov həyat yoldaşı Səbinə xanımla
Əzmkar rejissor: Müəllimlərimə qulaq assaydım, indiki uğurlarım olmazdı - Sputnik Azərbaycan
Masər Həsənov həyat yoldaşı Səbinə xanımla

Müsahibimiz bu yola çıxanda onu bu fikirdən daşındırmağa çalışıblar: "Mən universitetə sənəd verəndə çox insanlar məni bu yoldan çəkindirməyə çalışırdılar. Deyirdilər "sənlik deyil rejissorluq", "özünə niyə əziyyət verirsən?", "həm müəllimlərinə, həm də özünə əziyyət verirsən" kimi sözlər deyirdi. Tarixi sevirdim, deyirdilər "get tarix müəllimi ol". Qohumlarımdan başqa, məni yolumdan çəkindirənlərin sırasında universitetimizin müəllimləri də var idi. Univeristetə qəbul olunandan sonra gördüm ki, heç də onların dedikləri kimi deyil. Onlara qulaq assaydım, indiki uğurlarım olmazdı. Ən əsası, prezidentimizlə o möhtəşəm görüşümüz baş tutmayacaqdı".

Həsənov Prezident İlham Əliyevlə olan görüşündən danışdı: "Mənə nazirlikdən zəng gəldi ki, siz Gənclər üçün Prezident Mükafatına layıq görülmüsünüz. Tədbir Bakı Konqres zalında baş tutacaq. Tədbirdə cənab prezident də iştirak edəcək. Həyəcandan həmin gecəni yatmadım. Tədbirin keçirildiyi zalda pilləkənlər var idi. Hamı mükafatları almaq üçün pilləkənlə qalxırlar yuxarıya. Məni həyəcan bürüdü ki, o pilləkənləri necə qalxacağam? Mən pilləkənləri qalxanda arxa-arxaya qalxıram. Fikirləşdim ki, kimdən soruşum, ora necə çıxım. Adım səsləndi? ayağa qalxdım, düşündüm ki, getməliyəm. Mən dəmiri qarşıma qoydum, qalxmaq istəyəndə cənab prezident özü mənə yaxınlaşdı. O an hansı hissləri keçirdiyimi sözlə ifadə edə bilmərəm".

© Photo : Courtesy of Maser Hasanov
Prezident İlham Əliyev Masər Həsənova mükafat təqdim edir - Sputnik Azərbaycan
1/3
Prezident İlham Əliyev Masər Həsənova mükafat təqdim edir
© Photo : Courtesy of Maser Hasanov
Masər Həsənovun diplomu - Sputnik Azərbaycan
2/3
Masər Həsənovun diplomu
© Photo : Courtesy of Maser Hasanov
Masər Həsənovun mükafatı - Sputnik Azərbaycan
3/3
Masər Həsənovun mükafatı
1/3
Prezident İlham Əliyev Masər Həsənova mükafat təqdim edir
2/3
Masər Həsənovun diplomu
3/3
Masər Həsənovun mükafatı

Öz sənətinə sidqi-ürəkdən bağlı olan rejissor deyir ki, çəkiliş prosesi minimum 5-6 saat çəkir. Həmin an heç nə hiss etmir: " Evə gələndə hiss edirəm ki, yorulmuşam. Çəkilişdə qrup yoldaşlarımızla birlikdə komanda şəklində çalışırıq. Eldar Quliyev deyirdi ki, Masəri əziyyətə salmayın. Dedim mən əziyyət çəkməyəcəmsə burada nə işim var? Ondansa deyin ki, alınmır, get buradan. Mən diplom xətrinə gəlməmişəm".

Qəhrəmanımızın həyatı da özünün təbiri ilə desək, başdan-ayağa filmdir: "Həyat yoldaşım Səbinənin anası, mən və anam birlikdə işləyirdik. Əksər analarda olduğu kimi mənim anam da deyirdi ki, filan qıza bax, filan qıza fikir ver. Bir gün Səbinə işə gəldi. Anam dedi "Səbinəyə fikir ver, anası da yaxşı qadındır". Məndə o fikir olmadığına görə, razılaşmırdım. Sonra elə oldu ki, qaynanamı işdən çıxarası oldular. Rayona qayıtmalı idilər. Anam təklif etdi ki, Səbinə bizdə qalsın. Anası razılaşdı və 2 il bizdə qaldı. O da tələbə idi, mən də. Həmin il hər ikimiz məzun olacaqdıq. Həmin 2 ildə artıq bu söhbət yığışdırılmışdı. Anam da əlini üzmüşdü. Açığını deyim, Səbinədən xoşum gəlmirdi. Deyirdim bu qızla necə yaşayacağam? O çox sakit təbiətli insandır. Mən nə danışacağam onunla? Ömür keçməz deyirdim".

Sən saydığını say, gör fələk nə sayır: "Sonradan nə oldusa qərara gəldim ki, mən elə onunla evlənəcəyəm. Anamla işdə nahar edəndə dedim "yadındadı mənə belə bir təklif etmişdin, mən razıyam. Anam əvvəlcə anlamadı, dedi nəyə razısan? Sonra ona yazdım, 10 gün keçdi cavab yazmadı. Başqa söhbətlər edirdik, amma bu məsələyə gəlmirdi. Sonra yazdım ki, '"susmaq razılıq əlamətidir". O da smaylik atdı. Anladım ki, qız artıq razıdır. Qaynanam bu məsələni biləndə gəldi qızını apardı. Səbinə də həmin vaxt Qubaya təcrübə üçün getməli idi. Səbinəyə yazdım ki, dünya da dağılsa da səni mənə verməyəcəklər. Odur ki, məsələni özümüz həll etməliyik. Təklif etdim ki, gəl qaçaq. Razılaşmırdı, amma 1-2 həftədən sonra razılaşdı və biz ASAN Xidmətə getdik".

© Photo : Courtesy of Maser HasanovMasər Həsənov həyat yoldaşı Səbinə xanımla
Əzmkar rejissor: Müəllimlərimə qulaq assaydım, indiki uğurlarım olmazdı - Sputnik Azərbaycan
Masər Həsənov həyat yoldaşı Səbinə xanımla

"Heç kəsin bundan xəbəri yox idi. Getdik evlilikdən əvvəl lazım olan bütün analizlərdən keçdik. Bizə 30 gün vaxt verdilər, 30 gündən sonra təsdiqlənmək üçün getməli idik. Nikaha daxil olacağımız gündən 1 gün qabaq axşam müdirimə zəng edib dedim ki, "sabah evlənirəm, amma heç kimin xəbəri yoxdur. Zəhmət olmasa, sabah mənim anamı taksi ilə ASAN Xidmətə göndərin, mən zəng edib desəm şübhələnəcək". O da razılaşdı. Eyni üsulla bacımı da çağırdım. Gəlib bizi gəlin-bəy masasında görüb şok oldular. Sevinclərinin həddi-hüdudu yox idi. Bu izdivaca təkcə qaynanam razı olmayıb. Ümid edirəm o da bir gün bununla barışacaq" - deyə əlavə edib.

Masər vurğulayır ki, insanı nikbin saxlayan ən böyük qüvvə onu əhatə edən insanlardır: "Ətrafın da rolu böyükdür. Tutaq ki, mən özüm nikbinəm, mənim yanımdakı bədbindir. Bu istər-istəməz təsir edir. Yaxşı olar ki, övladlarında fiziki qüsur olan valideynlər öz nikbinliklərini qoruyub saxlaya bilsinlər. Anam, bacım, dayım, əmim, sonra həyat yoldaşım mənə çox kömək ediblər. İlk dəfə dayım məni futbol izləmək üçün stadiona aparıb. Onlar bədbin olsaydılar mən uğur qazanmazdım".

Söhbəti Masərin anası Arzu xanımla davam etdiririk. Arzu xanımın digər övladı Əsmər də fiziki məhdudiyyətlidir. Arzu xanım deyir ki, övladlarının qazandığı uğurların fonunda onların fiziki məhdudiyyəti itib-batır: "Mən onlara həmişə demişəm ki, mən sizin arxanızdayam. Onlar balaca olanda mənə dedilər ki, bu, irsi xəstəlikdir. Körpə vaxtı normal uşaq idilər, yeriməyə başlayanda bu problem üzə çıxdı. Sonra əməliyyat etdirdim, müxtəlif masajlar etdirdik, amma heç bir təsiri olmadı. Anam deyirdi Masərin yaşıdları qız dalınca gedəndə sən pis olacaqsan. Anam da Masəri çox sevirdi. Amma inamımı heç vaxt itirmədim. Sonralar anam da gördü ki, Masər heç də dostlarından geri qalmadı".

"Hər iki övladım universitet oxuyublar. Bəzən fiziki məhdudiyyətli insan görürəm, görürəm bədbinləşir. Deyirəm niyə bədbin olursan? Öz övladlarımı nümunə çəkirəm. Masərin bir filmi var bununla bağlı - "Everest". İnsanlar deyirdilər Masərə çətin olacaq. Amma Masər bütün çətinliklərdən keçə bildi. Qar, yağış yağanda deyirdilər Masər gəlməsin. O, bunu bəhanə etmirdi heç vaxt. O qədər dəqiqdir ki, gecikmək məsələsi ola bilməz. Magistraturay qəbul olanda təəccüblənmişdim ki, sən nə vaxt hazırlaşdın. Nə vaxt getdin? Masər fiziki məhdudiyyətli olsa da hərbi səfərbərliyə də yazılmışdı".

Masərin bacısı Əsmər Həsənov İqtisad Universitetini bitirib. Əsmər fiziki cəhətdən sağlam, iradəcə zəif olan insanlara səslənir: "Belə bir söz var ki, intahar edən adamlar ən cəsarətli adamlardır, mən bununla razılaşmıram. İntihar ən zəif addımdır. İntihar problemi yarıda qoymaqdır. Ən asan yolunu seçənlərdir intihar edənlər. Halbuki sən o problemi bəlkə də 100-cü cəhddə həll edə bilərsən. Bunun üçün intihara gərək yoxdur. "100 dəfə cəhd elədim alınmadı, vəssalam gedirəm özümü asmağa" fikrindən uzaqlaşmaq lazımdır. Bəlkə də elə qismətin 101-dədir. Bəzən universitetə qəbul ola bilmir, gedir öldürür, ya da qız-oğlan sevir, qovuşa bilmirlər. Bütün hallarda qəbuledilməzdir".

© Photo : Courtesy of Maser HasanovMasər Həsənov ailəsi ilə
Əzmkar rejissor: Müəllimlərimə qulaq assaydım, indiki uğurlarım olmazdı - Sputnik Azərbaycan
Masər Həsənov ailəsi ilə

Məlumat üçün bildirək ki, aktiv yaradıcı fəaliyyəti ilə seçilən, bir çox sənədli və bədii filmlərin, sosial çarxların müəllifi olan Masər Həsənov "Bakı Oskar Festivalı-1"də "Ən yaxşı ssenari", "Bakı Oskar Festivalı-2" də isə "Ən yaxşı sənədli film" nominasiyaları üzrə qalib olub. "Deja vu" filmi Türkiyə, Rusiya və Rumıniyada keçirilən beynəlxalq festivallarda iştirak edib. Bu film, eyni zamanda Azərbaycanda keçirilən beynəlxalq "START" film festivalında "jürinin rəğbəti" nominasiyası üzrə mükafata layiq görülüb.Gənc rejissorun çəkdiyi "Sevgi naminə" qısametrajlı bədii filmi ilə "9th Independent International Internet Short Film Festival"da iştirak edib və birinci dərəcəli laureat seçilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kino və televiziya fakültəsinin magistri Masər Həsənov ABŞ-da keçirilən XI Beynəlxalq Müstəqil İnternet Qısa Film Festivalında (11th Independent International Internet Short Film Festival) mükafat qazanıb. Masər Həsənovun "Qığılcım" filmi "Tamaşaçı rəğbəti" nominasiyası üzrə 65 ölkə arasında III yerə layiq görülüb.

Bundan başqa, Maser Həsənovun Yada sal məni ("Məni xatırla") qısametrajlı bir filmi Beşinci beynəlxalq Rus film festivalında Shorts-da təqdim ediləcək. Sözügedən film ABŞın Florida ştatında keçirilən "Miracle" Film Festivalına seçilib. Son 2 ay 3 fərqli ölkədə 5 fərqli festivalda iştirak hüququ qazanıb. Film həm də İngiltərədə və Azərbaycanda keçiriləcək festivallarda da nümayiş olunacaq.

https://www.youtube.com/watch?v=Fg_2UpGlDK0&feature=emb_title

Xəbər lenti
0