CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

BDU-nun bayrağımıza hörmətsizlik edən tələbəsi universitetə bərpa olunub? - Rəsmi açıqlama

Abunə olmaq
Pərviz Əlipənah oğlu Məhəmmədov Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə ərizə ilə müraciət edərək bu əmrə yenidən baxılmasını xahiş etmişdir.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Müxtəlif mətbu orqanlarda, sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin I kurs tələbəsi Pərviz Məhəmmədov universitetə bərpa olunması barədə məlumat yayılıb. Məlumatlara görə, ona sonuncu xəbərdarlıq edilib və şiddətli töhmət verilib.

Sputnik Azərbaycan yayılan məlumatı dəqiqləşdirmək üçün BDU ilə əlaqə saxlayıb. BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva Sputnik Azərbaycan-a açıqlamasında hələ ki bu barədə qərar verilmədiyini söyləyib: "Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs əyani tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu Bakı Dövlət Universiteti tərəfindən verilmiş müvafiq əmrlə 23 noyabr 2020-ci il tarixindən Universitet tələbələri sırasından xaric edilmişdir. Pərviz Əlipənah oğlu Məhəmmədov Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə ərizə ilə müraciət edərək bu əmrə yenidən baxılmasını xahiş etmişdir. Bununla əlaqədar BDU rektorunun müvafiq əmri ilə komissiya yaradılmışdır. Komissiyanın qərarına 30 noyabr 2020-ci il tarixdə keçiriləcək BDU Elmi Şurasında baxılaraq müvafiq qərar qəbul ediləcəkdir".

Xatırladaq ki, P.Məhəmmədov onlayn dərs zamanı bayrağımıza qarşı hörmətsizlik etmə iddiası ilə universitetdən xaric edilmişdi. BDU rəhbərliyinin bu qərarı sosial şəbəkələrdə ciddi etirazla qarşılanmışdı. Dünən isə P.Məhəmmədov videomüraciət yayaraq, hərəkətinə görə peşman olduğunu bildirmiş və hər kəsdən üzr istəmişdi.

Xəbər lenti
0