CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sülhə su calayanlar: "təhlükəsizlik" üçün onlara Kəlbəcərlə Laçın vacibmiş

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidВид на город Лачин, Азербайджан, фото из архива
Вид на город Лачин, Азербайджан, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Düzünü desək, bu və bu kimi uydurma kitablar, heç bir əsası olmadan ermənilərin Azərbaycana qarşı məkrli siyasətlərini həyata keçirmək və dünyaya öz yalan tarixlərini çatdıra bilmək üçün yazılıb" - Fərzəli həsənov

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 29 noyabr — Sputnik. Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Fərzəli Həsənov erməni tarixçi David Babayanın "Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında su problemi" kitabında yer almış iddialara cavab verəcək rəy hazırlayıb.

Река Тертерчай, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mənbəyini Qarabağdan götürən çayların suyu hər gün yoxlanmalıdır - ekspertdən xəbərdarlıq

F.Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kitabın giriş hissəsində əsas su mənbəyi kimi Kəlbəcər və Laçın rayonları göstərilir, sonra isə Dağlıq Qarabağın su təhlükəsizliyinin təmin olunması üçün uydurma arqumentlərə əsaslananan cəfəng, bədxah fikirlər səsləndirilir.

Arpaçay və Bazarçayın Kəlbəcər rayonundan başladığını əsas gətirərək uydurduqları fikirlərin təsiri altına düşən müəlliflər Ermənistanın su təhlükəsizliyində hətta Kəlbəcər rayonunun mühüm rol oynadığını yazırlar. Dağlıq Qarabağın və Ermənistanın gələcəkdə qarşılaşacağı ekoloji barrikadaları dəf etmək üçün Kəlbəcər və Laçın rayonlarının həlledici əhəmiyyət daşıdığını qeyd etməklə uydurma fikirlər səsləndirirlər:

"Kitabda Kəlbəcər və Laçın rayonlarının ərazisinin verilmiş sxematik xəritəsinə baxmaqla özlərinin yazdığı kimi, başlanğıcda cəmi 10-15 kilometr məsafədə Kəlbəcər rayonu ərazisindən axan Arpaçayın, cəmi 15-20 kilometr məsafədə axan Bazarçayın Ermənistanın su təhlükəsizliyində həlledici rolundan yazılması təəssüfedicidir".

Ekspert qeyd edir ki, bu fikirlərin yazılması Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə mane olmaq və ya danışıqların müddətini uzatmaq üçün çox məkrli siyasətin bir parçası idi.

Kitabda Azərbaycan xalqı haqqında əsaslı olmayan fikirlər səsləndirilir. Qeyd edilir ki, 1930-cu ildən başlamaqla Azərbaycanda yaşayan Qafqaz albanlarının varisi ləzgilər, İran mədəniyyətinin daşıyıcısı olan talışlar, kürdlər, tatlar, dağlılar, bir sözlə, ərazidə yaşayan millətlərin hamısı azərbaycanlılar adlandırılmağa başlanıb. Bu fikirlər isə Azərbaycan xalqı haqqında əsası olmayan fikirlərdir. Guya bu prosesin reallaşmasına mane olan Dağlıq Qarabağ olub.

Kamran İsmayılov - Sputnik Azərbaycan
QARABAĞ
Tarixçi: "Azərbaycanlılar haqqında çox yanlış fikir formalaşdırılıb - Guya..."

Kitaba görə, Dağlıq Qarabağın müstəqilliyinin tanınması və geniş muxtariyyət verilməsi Azərbaycan üçün qeyri-mümkündür. Çünki bu halda ləzgilər və talışlar da müstəqillik və ya geniş muxtariyyət tələb edəcəklər ki, bu da Azərbaycanın müstəqil dövlət kimi qalmasına təhlükədir: "Müəlliflər eyforiyaya uyaraq yazırlar: "Azərbaycan əgər gələcəkdə Dağlıq Qarabağın müstəqilliyini tanısa belə, anti-erməni siyasətindən dönməyəcək". Etiraf etdikləri kimi, erməni diasporunun köməkliyi ilə 1988-ci ildən başlanan təcavüz nəticəsində yaranmış indiki vəziyyəti 1915-ci ildə Qərbi Ermənistanda baş verənlərdən fərqli olaraq qoruyub saxlamaq üçün əsas amil kimi Dağlıq Qarabağın su təhlükəsizliyinin təmin olunmasını önə çəkiblər".

F.Həsənov bildirib ki, bu kitab erməni siyasətçilərinin müxtəlif illərdə Dağlıq Qarabağla əlaqədar nəşr etdirdikləri məkrli fikirlərin toplumudur: "Düzünü desək, bu və bu kimi uydurma kitablar, heç bir əsası olmadan ermənilərin Azərbaycana qarşı məkrli siyasətlərini həyata keçirmək və dünyaya öz yalan tarixlərini çatdıra bilmək üçün yazılıb. Olmayan tarixləri öz təxəyyülləri əsasında qələmə alınır. Bilirsiniz, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi zamanı 1 milyon qaçqın və köçkünü olub. Azərbaycan bu barədə bütün dünyaya səslənib. Ancaq bu uydurma kitabda bu rəqəm 300 min kimi göstərilir. Bu da bir daha onu sübut edir ki, tarixi olmayan bir millət özünə tarix yarada bilmək üçün Azərbaycanın tarixinə ləkə yaxır. Bu kitab bir daha sübut edir ki, bu mənfur xalq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsini heç bir zaman istəməyib", - deyə dosent bildirib.

Xəbər lenti
0