CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezidentdən uşaqlarla bağlı mühüm sərəncam

© Sputnik / Irade JELILBakı karantinin yumşaldılmasından sonra
Bakı karantinin yumşaldılmasından sonra - Sputnik Azərbaycan
Abunə olmaq
"Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı" təsdiqlənib.

BAKI, 27 noyabr — Sputnik. Prezident İlham Əliyev "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Sərəncamla "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı" təsdiqlənib.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tapşırılıb ki, sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin. Həmin Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Xəbər lenti
0