Lənkəranda şəhid ailələri və müharibə əlillərinə mənzillər təqdim olunub

Şəhid ailələri müharibə əlillərinə mənzillər təqdim olundu - FOTO

29
(Yenilənib 17:02 27.11.2020)
“Cənab Prezidentin tapşırığına əsasən, rekord sayda - 1500 mənzil və fərdi evi vətəndaşlarımızın istifadəsinə verəcəyik”.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. Qələbə sevincini yaşadığımız günlərdə şəhid ailələrinin, müharibə əlillərinin mənzillə, fərdi evlərlə təminatı tədbirləri də davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran rayonunda 10 mənzil, Sabirabad və Salyanda 9 fərdi ev həmin kateqoriyalardan olan vətəndaşlara təqdim olunub. Lənkəran şəhərində mənzillərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak ediblər.

Nazir müavini Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi açıqlamasında bildirib ki, bu proqram hələ ötən əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyevin göstərişi ilə başlanılıb: "Sözügedən proqram cənab Prezident İlham Əliyevin qayğısı və diqqəti nəticəsində ildən-ilə genişləndirilir. Təsadüfü deyil ki, 2018-ci ildə planlaşdırılandan 3 dəfə artıq olmaqla, 2019-cu ildə isə bu kateqoriyadan olan vətəndaşlarımızın istifadəsinə 934 mənzil verilmişdir. Bu il isə pandemiya dövrü olmasına baxmayaraq bu proqram ixtisar olunmadı, daha da genişləndirildi və cənab Prezidentin tapşırığına əsasən, rekord sayda - 1500 mənzil və fərdi evi vətəndaşlarımızın istifadəsinə verəcəyik.

  • Lənkəranda şəhid ailələri və müharibə əlillərinə mənzillər təqdim olunub
    © Sputnik / Rahim Murad
  • Lənkəranda şəhid ailələri və müharibə əlillərinə mənzillər təqdim olunub
    © Sputnik / Rahim Murad
  • Lənkəranda şəhid ailələri və müharibə əlillərinə mənzillər təqdim olunub
    © Sputnik / Rahim Murad
  • Lənkəranda şəhid ailələri və müharibə əlillərinə mənzillər təqdim olunub
    © Sputnik / Rahim Murad
  • Lənkəranda şəhid ailələri və müharibə əlillərinə mənzillər təqdim olunub
    © Sputnik / Rahim Murad
  • Lənkəranda şəhid ailələri və müharibə əlillərinə mənzillər təqdim olunub
    © Sputnik / Rahim Murad
1 / 6
© Sputnik / Rahim Murad
Lənkəranda şəhid ailələri və müharibə əlillərinə mənzillər təqdim olunub

Artıq bu mənzillərin böyük hissəsi istifadəyə verilib. Ötən dövr ərzində isə 8500 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlarımızın istifadəsinə verilib. Digər vacib bir proqram da bilirsiniz ki, müharibə əlillərinin onlara bərabər tutulan şəxslərin avtomobil təminatı proqramıdır. Bu proqram da mənzil proqramı kimi ildən-ilə genişləndirilir və uğurla icra olunur. 2018-ci ildə 265 avtomobil təqdim etmişdiksə, 2019-cu ildə bu say 600-ə çatdırılıb. Cari ildə 400 avtomobilin də bu kateqoriyadan olan vətəndaşlarımıza verilməsi planlaşdırılır və bu avtomobillərin böyük hissəsi artıq təqdim olunub".

V.Nəsirli ötən dövr ərzində 7000-ə yaxın minik avtomobilinin müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə təqdim edildiyini bildirib: “Qeyd etdiyimiz kimi, sosial təşəbbüslü layihələr və proqramlar ixtisar olunmaq əvəzinə, ildən-ilə artır və bu proqramlar bundan sonra da uğurla davam etdiriləcək".

29
Teqlər:
Salyan, Sabirabad, Lənkəran, fərdi ev, mənzil, əlillər, müharibə, şəhid ailələri
Göranboyda hadisə yerində

Goranboyda gecə qəzası: "Opel" xarab olub yolda qalan maşına çırpılıb - FOTOLAR

16
(Yenilənib 00:04 22.01.2021)
Qəzaya düşmüş Tovuz, Tərtər, Kürdəmir rayonlarının sakinləri Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 yanvar - Sputnik. Gecə saatlarında Goranboyda yol qəzası baş verib. Hadisə Goran-Naftalan yolunun rayonun Bolusulu kəndindən keçən hissəsində qeydə alınıb.

Sputnik Azərbaycan xəbər verir ki, qəfildən nasazlıq yaranan tinglə yüklü “Vaz 21-011”-in sürücüsü maşını yol kənarında dayandırmalı olub. Sürücü və sərnişinlər minik maşınından düşərək nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman yolda hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq nasazlıq yaranan “Vaz”-a çırpılıb. Qəza zamanı 3 nəfər Elçin Qurbanov, Həmid Əsgərzadə və Yadigar Quliyev müxtəlif dərəcəli xəsarət alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Göranboyda hadisə yerində

Məlumata görə, “Vaz” markalı minik maşının sürücüsü və sərnişinləri Tərtər rayonundan satış üçün müxtəlif meyvə ağaclarının tinglərini daşıyırmış. Goranboy rayonunun Boluslu kəndi ərazisində avtomobil xarab olduğundan yol kənarında dayanmağa məcbur olub. Qəza da qəfildən, onlar maşını düzəldən zaman baş verib.

Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan meyvə ağacları da ətrafa dağılıb. Qeyd edək ki, xəsarət alan şəxslər Tovuz, Tərtər və Kürdəmir rayon sakinləridir. Faktla bağlı araşdırma aparılır.

16
Şəmkirdə vaksinasiya

Şəmkirlilər koronavirusa qarşı vaksinasiyaya "hə" dedilər

14
(Yenilənib 23:53 21.01.2021)
Şəmkirdə COVİD-19 pandemiyasına qarşı vaksinasiyaya başlayıb. Peyvəndləmədən keçən tibb işçiləri özlərini yaxşı hiss etdiklərini bildiriblər.

İlham Mustafayev, Sputnik Azərbaycan

21 yanvar - Sputnik. Şəmkir rayon sakinləri COVID-19-a qarşı peyvəndləməyə cəlb edilib. Rayon mərkəzi xəstəxanasında bunun üçün 4 vaksin otağı yaradılıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, “Sinovac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan sakinlərə könüllülük əsasında vurulacaq. Şəmkirdə təlimata uyğun olaraq tibbi müayinədən keçən sakinlər peyvənd edilib. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir. Peyvəndin əks təsirinin olmadığını bildirmək üçün tibb işçiləri  vaksinasiyada ön sıralarda olub.

Tibb işçisi Sevda Məmmədova peyvəndləməyə çox müsbət yanaşdığını söyləyib:

 “Mən də bir tibb işçisi olaraq bu günkü vaksinasiyada iştirak etdim və peyvəndi qəbul etdim. Özümü çox yaxşı hiss edirəm. Heç bir narahatçılığım yoxdu”, - deyə bildirib.
  • Şəmkirdə vaksinasiya
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə vaksinasiya
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə vaksinasiya
    © Sputnik / Ilham Mustafa
1 / 3
© Sputnik / Ilham Mustafa
Şəmkirdə vaksinasiya
.

Koronoviruslu xəstələrin müalicəsi üzrə çalışan həkim Coşqun Yusibov isə peyvəndləmədən sonra tezliklə normal həyata qayıtmağın mümkünlüyünü bildirib:

“Dövlətin yaratdığı imkanlardan ilk istifadə edənlərdən biri də mən oldum. Özümü çox rahat hiss edirəm. Çox yaxşıyam, heç bir kənar reaksiya yoxdur”, –  deyə həkim C. Yusibov əlavə edib.

Şəmkir rayonunda tibbi işçilərinin sayı 2000-dən çoxdur. İlkin mərhələdə rayona 1115 doza vaksin göndərilib. Günədlik olaraq Rayon mərkəzi Xəstəxanasında 150-200 nəfərin peyvənd olunması planlaşdırılır. Tibb işçiləri ilə yanaşı risk qrupuna daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları əks-epidemik tədbirlərə cəlb olunacaq.

14

Məşhur italyan mafiyasının 50 üzvü həbs edilib - sıralarında partiya sədri var

0
(Yenilənib 00:26 22.01.2021)
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.

İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

0
Teqlər:
mafiya, İtaliya