BAKI, 25 noyabr — Sputnik. Növbəti il üçün Bakı şəhərində üst piyada keçidlərin işıqlandırılması məsələsi tədbirlər planına daxil edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.
Onun sözlərinə görə, yeraltı və yerüstü piyada keçidlərinə gəldikdə, BNA ümumiyyətlə şəhər daxilində bu tip keçidlərin təşkilinin əleyhinədir: "Bu, bizim yanaşmamızdır. Biz daha çox nizamlanan piyada keçidlərini təşkil etməyə çalışırıq".
BAKI, 9 mart — Sputnik. 2020-ci ilin 31 dekabr tarixinə ölkədə ümumilikdə 218. 7 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edlib, onlardan 184.4 min nəfər müalicə olnaraq sağalıb, 2641 nəfər vəfat edib, aktiv xəstələrin sayı 31.6 min, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar icra olunan testlərin sayı isə 2195.5 min olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında əksini tapıb.
Hesabat ilinin sonuna Azərbaycandakı koronavirusa ümumi yoluxanların 84.3 faizi sağalıb, 14.5 faiz aktiv xəstə olub, ümumi yoluxanların 1.2 faizi dünyasını dəyişib.
Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 9 mart — Sputnik. Azərbaycanda uşaqların qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa götürülməsi proseduru asanlaşdırılır.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Ailə Məcəllə"sinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliklə uşağı övladlığa götürmə istəyən qohumlara aşağıdakı prosedurlar tətbiq olunmayacaq:
- övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;
- övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;
- övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;
- övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.
Qohumlara münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən çox olmayan müddətdə övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması proseduru isə qüvvədə qalır.
Dəyişiklik səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.