Знамя Победы на здании Рейхстага в Берлине.

İkinci Dünya müharibəsi barədə üç əsas mif

16
(Yenilənib 11:34 22.11.2020)
Niyə Hitler üzərində qələbəni daha tez-tez ABŞ-ın adına çıxırlar, hərbi mövzuda ilk feyklər nə vaxt ortaya çıxıb və onlarla necə mübarizə aparmaq olar? Bu sualların cavabları Sputnik-in materialında.

BAKI, 21 noyabr - Sputnik, Danara Kurmanova. Moskvada “Rossiya seqodnya” BİA tərəfindən təşkil olunmuş “Nürnberq dərsləri” beynəlxalq elmi-praktiki forum keçirilir. Əsas müzakirə olunan mövzu: niyə müasir cəmiyyətdə İkinci Dünya müharibəsi barədə belə çox feyk ortaya çıxıb və onların öhdəsindən gəlmək realdırmı? Çünki tarixi təhrif edən və sovet əsgərlərinin faşizm üzərində qələbəyə verdikləri töhfəni azaldan məqalələr əsasən sosial şəbəkələrdə olur və onlara nəzarət etmək çox çətindir.

Buna baxmayaraq, bununla mübarizə aparmaq mümkündür. Media sahəsindəki ekspertlər bu fikirdədirlər. Lakin bundan ötrü müharibə mövzusunda üç əsas mifi aydınlaşdırmaq lazımdır.

Müharibədə qələbənin ABŞ-ın xidməti olması barədə mif

“Saxtalaşdırma cəhdləri, Amerikanın müharibədə qalib olması barədə söhbətlər əvvəllər də var idi, lakin o zaman həyasızlığın səviyyəsi aşağı idi, - alman yazıçısı, “Antispiegel” saytının rəhbəri Tomas Ryoper bu fikirdədir. – Əvvəllər heç olmasa deyirdilər ki, SSRİ və ABŞ müttəfiq olublar, ən çox itki məhz Şərq cəbhəsində olub. İndisə sovet əsgərlərini daha çox işğalçı adlandırırlar, merikalılar isə, sən demə Almaniyaya şokoladla gəliblər”.

Ryoperin fikrincə, tarixin yenidən yazılmasına əsasən Avropa, o cümlədən, Almaniya KİV-ləri rəvac verirlər. O xatırladır ki, Almaniyanın “Der Spiegel” jurnalı sosial şəbəkələrdə Osvensimdəki həbs düşərgəsini amerikalıların azad etdiyini barədə paylaşım dərc edib. Sonradan güclü tənqid atəşinin ardınca jurnal bəyan edib ki, “səhv” edib və paylaşımda düzəliş olunub: indi yazılır ki, “Auşvits” həbs dşərgəsini Qızıl ordu azad eləyib.

Mütəxəssislər tarixin istənilən təhrifini qınamağı təklif edirlər. Belə ki, ictimaiyyətin “Der Spiegel”in paylaşımına diqqətini almandilli istifadəçilərin qəzəbli şərhləri cəlb etdi. Onlar hesab edirdilər ki, sadəcə faktı deyil, Auşvitsdə həlak olmuş xatirəsinə ehtiramı müdafiə edirlər.

Yeni nəslin o müharibəyə laqeyd olması barədə mif

Belə bir fikir mövcuddur ki, gənclər İkinci Dünya müharibəsi mövzusu ilə getdikcə daha az maraqlanırlar. Russia Today-ın jurnalisti Mariya Butina hesab edir ki, bu belə deyil və “Ölməz alay” yürüşünü nümunə kimi göstərir: Əgər əvvəllər Rusiyadan kənarda bu aksiyada cəmi 39 ölkə iştirak edirdisə, cəmi bir neçə ilə onların sayı 115-ə çatıb.

Forumun spikerləri hesab edirlər ki, müharibə haqqında həqiqəti qorumaq istəyən adamların sayı yaxın xarici ölkələrdə də artır. Bunun sübutu rusiyalı Sergey Miroşniçenkonun könüllü işidir. O, asudə vaxtlarında Nürnberq prosesinin stenoqramlarını və İkinci Dünya müharibəsi ilə bağlı digər sənədləri tərcümə edir. Bu yaxınlarda internetdə Nürnberq tribunalından bəhs edən yeni “Nuremberg Media” portalı da yaradılıb. Layihənin müəllifləri “Rossiya seqodnya” mediaqrupu və Sputnik agentliyidir.

“Nürnberq dərsləri” forumunun iştirakçıları əmindirlər ki, müharibədən danışarkən faktlara istinad etmək lazımdır. Kommunizmlə faşizmin eyni olduğunu bəyan edənlər kütləvi sterilizasiya ideyası ilə tanış olduqda bütün arqumentlərini itirirlər. Bu layihəni alman həkim Adolf Pokornıy təklif edib. O, 1941-ci ilin oktyabrında yazdığı məktubda iddia edib ki, “düşmən nəinki məğlub edilməli, həm də yer üzündən silinməlidir”. Bunun üçün Pokornıy “3 milyon əsir bolşeviki sterilizə və çoxalmaq imkanından məhrum etməyi” təklif edib. Onun fikrincə, bu halda əsirlərdən ömürlərinin sonunadək ucuz işçi qüvvəsi kimi istifadə etmək olarə və əgər eksperiment uğurlu olsa, Hitlerin qələbəsi halında SSRİ-nin qalan əhalisi ilə eyni cür rəftar etmək planlaşdırılırmış.

Feyklər internetin sayəsində ortaya çıxıblar?

Əslində yalançı xəbərlər həmişə olub. Jurnalist və “Rəqəmsal tarix” YouTube-kanalının müəllifi Yeqor Yakovlev bu fikirdədir. İnternetin sayəsində feyklərin informasiya məkanında sürətlə yayılmasına baxmayaraq, onların səviyyəsi ciddi şəkildə düşüb. Misal üçün, XIX əsrdə tarixi təhriflər daha yaradıcı şəkildə hazırlanırmış.

1817-ci ildə çex şairi Vatslav Qanka bildirib ki, Krale Dvur şəhərciyinin köhnə məbədində qədim salnamənin əlyazmasını tapdığını bildirib. Salnamədə 1242-ci ildə çexlərin... monqol-tatarları darmadağın etməsindən bəhs edilirmiş. Bir çox çexlər bu əfsanəyə inanıblar. Şair yalnız 70 il sonra məhkəmə vasitəsi ilə ifşa olunub.

Daha bir məşhur feyki 1939-cu ildə Fransanın “Havas” informasiya agentliyi dərc edib. Məlumatda qeyd olunurdu ki, İosif Stalin Polşanı ələ keçirmək istəyir və hətta generallissimusun guya İkinci Dünya müharibəsi ərəfəsində Siyasi Büroda Almaniyanı dəstəkləyən çıxışının mətnini də yayıb.

Britaniyalı və alman alimlər “Havas” agentliyinin dərc etdiyi çıxışın saxta olduğunu artıq müharibədən sonra sübut edə bildilər.

16
Teqlər:
faşizm üzərində qələbə, qələbə, ABŞ, SSRİ, təhrif, müharibə
Həblər, arxiv şəkli

Hər birimizin köməyinə çatan dərmanlarla bağlı qorxunc xəbərdarlıq - öldürə bilər

6
(Yenilənib 16:21 26.11.2020)
"Hər xəstəliyə antibiotik istifadə edilə bilməz. Bəzən insanlar özləri özlərini antibiotiklərlə müalicə edirlər. Ona görə də antibiotiklər reseptsiz buraxılmamalıdır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Azərbaycanda antimikrob dərmanların apteklərdə əhaliyə sərbəst satışı qadağan olunmalıdır. Bununla bağlı dövlət qurumları lazımi dəstək verməlidir. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, bu preparatlara əlçatanlığını azaltmaq lazımdır. "İnsanların antibiotiklərə qarşı davamlılığı ölçülməlidir. Bunun üçün Azərbaycanın lazımi laboratoriyaları var. Həmçinin, maarifləndirmə də olmalıdır. Bu gün apteklərdə hər kəs istənilən antibiotiki ala bilər. Bu cür dərmanlar açıq satışda var və buna heç bir nəzarət yoxdur. Bu, bizim problemimiz idi".

Qeyd edək ki, antibiotiklər yüngün soyuqlama zamanı hər birimizin köməyinə çatır. Ona görə də antibiotiklərin reseptlə satılması əhali tərəfindən birmənalı qarşılanmır. Sputnik Azərbaycan antibiotiklərin reseptsiz satışının fəsadlarını araşdırıb.

Professor Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında antibiotiklərin reseptsiz satışının məhdudlaşdırılması ilə bağlı təklifləri dəstəklədiyini bildirib. A.Qeybulla deyir ki, apteklərdə antibiotiklərin reseptsiz satışı qanunda olan boşluqdan irəli gəlir. Onun sözlərinə görə, xarici ölkələrdə antibiotiklər reseptlə satılır:

"Antibiotiklərin həkim təyini olmadan istifadəsi çox risklidir. Bu, hətta ölümə belə gətirib çıxardır. Koronavirusun müalicəsində antibiotiklərdən istifadə məsləhət görülmür. Çox təəssüf ki, insanlar evdə müalicə zamanı kortəbii antibiotiklərdən istifadə edirlər. Bu isə anafilaktik şok, allergik təsirlər göstərə bilər. Antibiotiklərdən həkim təyinatı olmadan istifadə qulağı kar edə, böyrək problemlərinə səbəb ola bilər. Sovet dövründə antibiotiklərdən istifadə geniş yayılmışdı. İndi də bəzi insanlar həkim təyinatı olmadan antibiotikləri alaraq istifadə edirlər. Təbii ki, buna son qoyulmalıdır".

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında bildirib ki, hazırda antibiotiklər reseptlə buraxılan dərmanlar sırasındadır: "Bu gün apteklərdə hər kəs istənilən antibiotiki ala bilər. Bu cür dərmanlar açıq satışda var və buna heç bir nəzarət yoxdur. Bu, bizim problemimiz idi. Bu məsələ qanunvericilikdə tənzimlənir, təəssüf ki, bu tənzimlənmə kağız üzərində qalır. COVID-19 dövründə problem daha da artdı. Bu qanunvericiliyin yerlərdə işləməsi istiqamətində işlər gücləndirilməli, ona nəzarət artırılmalıdır. Dövlət səviyyəsində bu məsələyə sərt nəzarət olmalıdır".

Koronavirusdan ölüm artır - Səbəblər virusun özü qədər qorxuludur>>

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, antibiotiklərin satışı "Əhalinin sağlamlığının qorunması haqqında" qanunla müvafiq qaydada tənzimlənir:

"Bu, qanunvericilikdə olan hər hansı boşluq yox, qanunun icrası ilə bağlı problemdir. Qanunların icra müxanizmi NK-nın müvafiq qərarları ilə tənzimlənir. Ola bilər ki, bu məsələ də icra mexanizmində yaranan anlaşılmazlıqla bağlı ola bilər. Qanun antibiotiklərin satışını kifayət qədər tənzimləyir. İşçi qaydada təlimatlarla bu məsələyə baxılmalıdır", - deyə deputat bildirib.

M.Məmmədli bildirir ki, antibiotiklərin kortəbii təyini mənfi təsirə səbəb ola bilər. Koronavirusla mübarizədə isə bu, daha təhlükəlidir: "Çünki koronavirusa yüngül yoluxmada müalicə əsasən orqanizmin gücləndirilməsi, immun sisteminin möhkəmləndirilməsi ilə bağlı aparılır. Antibiotiklərdən istifadə isə orqanizmi, immun sistemini zəiflədir. Bu, o demək deyil ki, xəstələrə antibiotik ümumiyyətlə təyin olunmamalıdır. Sadəcə olaraq bunun üçün tibbi göstəriş olmalıdır. Hər xəstəliyə antibiotik istifadə edilə bilməz. Bəzən insanlar özləri özlərini antibiotiklərlə müalicə edirlər. Ona görə də antibiotiklər reseptsiz buraxılmamalıdır. Bu, beynəlxalq təcrübəyə əsaslanır. Antibiotiklər həkimlərin təyinatı ilə resept əsasında satılmalıdır".

6
Teqlər:
Müşfiq Məmmədli, Nəzifə Mürsəlova, Adil Qeybulla, antibiotik, Koronavirus, epidemiya, COVID-19
Koronavirus testi, arxiv şəkli

TƏBİB Azərbaycanda koronavirus testlərinin bitməsi barədə məlumatlara aydınlıq gətirdi

8
(Yenilənib 19:41 26.11.2020)
Bu problemin aradan qaldırılması məqsədilə, simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) ilə əlaqədar aparılan testlərin bitməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən məlumat verilib. 

"Bildiririk ki, ölkəmizdə koronavirusun diaqnozu üçün kifayət qədər test ehtiyatı mövcuddur. Sadəcə olaraq, gün ərzində götürülən testlərin sayı çox olduğundan bu, laboratoriyaların iş gücünə təsir göstərir. Nəticədə, təbii olaraq testin nəticələri bir qədər gecikmiş olur", - TƏBİB bildirib.

Məlumatda o da qeyd olunub ki, bu problemin aradan qaldırılması məqsədilə, simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

"Hazırda ölkədə 37 laboratoriya mövcuddur. Bu laborotoriyalarda gündəlik 10 000 testin aparılması nəzərdə tutulurdu, artıq müraciətlərin sayı çox olduğundan gün ərzində laboratoriyalara daxil olan test nümunələri nəzərdə tutulduğundan 2 dəfə (19178 test) artıb", - deyə məlumatda bildirilir. 

8
Teqlər:
test, korona virusu, Koronavirus, epidemiya, COVID-19, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, TƏBİB
Ermənistan parlamenti

Ermənistan parlamentində dava düşdü, qadın kişi deputatlar bir-birinə qarışdı - VİDEO

0
(Yenilənib 20:04 26.11.2020)
"Çiçəklənən Ermənistan" Partiyasının deputatı Naira Zohrabyan: "Paşinyan Azərbaycanda cizgi filmlərinin qəhrəmanına çevrilib".

BAKI, 26 noyabr - Sputnik. Ermənistan parlamentinin bugünkü iclasında dava düşüb.

Sputnik Ermənistan-ın məlumatına görə, hadisə “Mənim addımım” fraksiyasının deputatı Amazasp Danielyanın çıxışı zamanı olub.

Danielyan “Çiçəklənən Ermənistan” Partiyasının deputatı Mikael Melkumyanın “nəvələrimizə müharibədə məğlub olduğumuzu necə başa salaq?” sualına kobud cavab verib.

Son nöqtə "Çiçəklənən Ermənistan"ın deputatı Naira Zohrabyana ünvanlanan irad olub. Zohrabyan Paşinyanın Azərbaycanda cizgi filmlərinin qəhrəmanı olduğunu söylədikdə, Danielyan ona irad tutub: "Siz də Azərbaycanda superulduzsunuz."

Bundan sonra zalda gərginlik yaranıb, deputatlar bir-birinin üstünə gedib. Zala mühafizəçilərin çağırılması ilə gərginlik aradan qalxıb.

 

0
Teqlər:
Azərbaycan, Ermənistanın baş naziri Nikol Paşinyan, baş nazir Nikol Paşinyan, Nikol Paşinyan, Ermənistan