Taksi

Həftəsonu taksilərin fəaliyyətinə aydınlıq gətirildi

37
(Yenilənib 19:05 20.11.2020)
Bakı şəhərinin inzibati ərazisində qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq fərqlənmə nişanı alan avtomobillərlə taksi fəaliyyətinin göstərilməsində hər hansı bir məhdudiyyət olmayacaq.

BAKI, 20 noyabr — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 21 noyabr saat 00:00-dan 23 noyabr səhər saat 06:00-dək Bakı şəhərində bütün müntəzəm və ekspress xətlər üzrə sərnişindaşımaları dayandırılacaq.

Bu barədə Sputnik Azərbaycan-a məlumat verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, qeyd olunan tarixlərdə Bakı şəhərinin inzibati ərazisində qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq fərqlənmə nişanı alan avtomobillərlə taksi fəaliyyətinin göstərilməsində hər hansı bir məhdudiyyət olmayacaq.

"Bir daha vətəndaşlarımızı sosial anlayış nümayiş etdirərək şəxsi və milli sağlamlığımız naminə karantin tələblərinə ciddi riayət etməyə çağırırıq", - Operativ Qərargah bildirib.

37
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 3469 nəfər COVID-19-a yoluxub

4
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 102 396 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 66 963 nəfər müalicə olunaraq sağalıb, 1 224 nəfər vəfat edib, aktiv xəstə sayı 34 209 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

4
Teqlər:
Azərbaycan, test, Koronavirus, COVID-19, yoluxma
Bakıda velosipedçilər, arxiv şəkli

Velosiped yolları ilə bağlı konsepsiya hazırlanıb

1
O, həmçinin əlavə edib ki, bununla yanaşı, tramvay yolları da artıq baş planda əksini tapıb və BNA tərəfindən bu istiqamətdə də işlər həyata keçirilməkdədir.

BAKI, 25 noyabr — Sputnik. Bakı şəhərində alternativ nəqliyyat növləri sayılan velosiped yollarının və tramvay xətlərinin inkişaf etdirilməsi nəzərdə tutulur.

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, velosiped yolları ilə bağlı böyük bir konsepsiya hazırlanıb ki, bu da avtobus zolaqları ilə yanaşı, Bakı şəhərinin baş planına inteqrasiya edilib.

"Yaxın zamanlarda Bakı şəhərinin mərkəzində biz velosiped zolaqları ilə bağlı konkret əməli işlərin şahidi ola biləcəyik", - deyə T.Səfərov qeyd edib.

O, həmçinin əlavə edib ki, bununla yanaşı, tramvay yolları da artıq baş planda əksini tapıb və BNA tərəfindən bu istiqamətdə də işlər həyata keçirilməkdədir.

1
Teqlər:
Bakı şəhəri, velosiped, BNA