CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkə başçısı ağdamlıları təbrik etdi

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib - Sputnik Azərbaycan
Abunə olmaq
"Əziz ağdamlılar, siz artıq qaçqın deyilsiniz. Siz doğma dədə-baba torpaqlarına qayıdacaqsınız", - dövlət başçısı qeyd edib.

BAKI, 20 noyabr — Sputnik. "Əziz həmvətənlər, mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm! Bütün ağdamlıları ürəkdən təbrik edirəm".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində deyib.

"Əziz ağdamlılar, siz artıq qaçqın deyilsiniz. Siz doğma dədə-baba torpaqlarına qayıdacaqsınız", - dövlət başçısı qeyd edib.

Qeyd edək ki, bu gün xalqa müraciətində Prezident İlham Əliyev Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyini bəyan edib.

Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdi.

 

Xəbər lenti
0