Bakıda taksi duracağı, arxiv şəkli

Həftəsonu taksilərin fəaliyyəti ilə bağlı - Rəsmi açıqlama

147
(Yenilənib 11:39 20.11.2020)
Operativ Qərargahın müvafiq qərarına əsasən fəaliyyətinə icazə verilən sahələrin siyahısında adı olmadığı üçün taksi xidməti işləməyəcək

BAKI, 20 noyabr — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargah həftəsonu taksilərin işləməməsi ilə bağlı yekun qərar verib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Operativ Qərargahın müvafiq qərarına əsasən fəaliyyətinə icazə verilən sahələrin siyahısında adı olmadığı üçün taksi xidməti işləməyəcək.

147
Heroin, arxiv şəkli

Yemək qazanının qulplarından heroin çıxdı

6
(Yenilənib 15:56 28.11.2020)
Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

BAKI, 28 noyabr — Sputnik. Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Ağayev Rəşad Hüseyn oğluna tanışı Qaxiyev Rauf İsmayıl oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

6
Məktəbdə dərs, arxiv şəkli

İnklüziv təhsillə bağlı qanun təkmilləşdiriləcək

3
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

 

BAKI, 28 noyabr — Sputnik. 2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

3