İclas zalı, arxiv şəkli

"Prokurorların fövqəladə hallarda, xüsusilə pandemiya dövründə rolu" müzakirə edilib

3
(Yenilənib 11:37 20.11.2020)
Plenar iclasın sonunda İspaniyanın təmsilçisi Antonio Verşer Noquera Şuranın növbəti il üçün prezidenti, Niderlandın nümayəndəsi Han Moraal isə vitse-prezident vəzifəsinə seçilib.

BAKI, 20 noyabr — Sputnik. 18-19 noyabr tarixlərində Avropa Prokurorlarının Məşvərət Şurasının videorejim formatında 15-ci plenar iclası keçirilib.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, iclasda ekspert qrupu tərəfindən "Prokurorların fövqəladə hallarda, xüsusilə pandemiya dövründə rolu" adlı 15 saylı Rəy müzakirə edilərək qəbul edilib.

Rəydə fövqəladə vəziyyətlərdə insan hüquq və azadlıqlarının qorunması, pandemiya dövründə prokurorluğun normal fəaliyyətinin təşkili və rast gəlinən çətinliklərin aradan qaldırılması, bu sahədə beynəlxalq əməkdaşlıq və sair tövsiyələr nəzərdə tutulub.

İclasda ölkəmizi təmsil edən Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov çıxış edərək Ermənistanın Azərbaycana qarşı təcavüzü, otuz ilə yaxın dövr ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında azad edildiyi, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa etdiyi barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, ölkə rəhbəri cənab İlham Əliyevin siyasətinə uyğun olaraq Azərbaycan Respublikasının prokurorluq orqanlarında da genişmiqyaslı islahatlar aparılıb, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkarların formalaşdırılması məqsədilə Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən qurulub, yeni idarələr yaradılmaqla ümumilikdə idarə və şöbələrin sayı 18-ə çatdırılıb.

Həmçinin, koronavirus pandemiyası dövründə ölkəmizdə görülmüş sosial, hüquqi və preventiv tədbirlər haqqında, bu müddət ərzində prokurorluğun fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verilib.

Plenar iclasın sonunda İspaniyanın təmsilçisi Antonio Verşer Noquera Şuranın növbəti il üçün prezidenti, Niderlandın nümayəndəsi Han Moraal isə vitse-prezident vəzifəsinə seçilib.

Məlumat üçün qeyd edilməlidir ki, Avropa Prokurorlarının Məşvərət Şurası (CCPE) dövlətin cinayət ədliyyəsi sistemində və qanunun aliliyinin qorunmasında prokurorların müstəsna rolu və Avropa Şurasına üzv dövlətlərin prokurorları arasında əməkdaşlığın vacibliyi nəzərə alınaraq 2005-ci ilin iyul ayında Avropa Şurası Nazirlər Komitəsinin qərarı ilə təsis edilib.

3
Teqlər:
Azərbaycan, Ermənistan, Plenar iclas, prokurorluq
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 3469 nəfər COVID-19-a yoluxub

8
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 102 396 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 66 963 nəfər müalicə olunaraq sağalıb, 1 224 nəfər vəfat edib, aktiv xəstə sayı 34 209 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

8
Teqlər:
Azərbaycan, test, Koronavirus, COVID-19, yoluxma
Bakıda velosipedçilər, arxiv şəkli

Velosiped yolları ilə bağlı konsepsiya hazırlanıb

1
O, həmçinin əlavə edib ki, bununla yanaşı, tramvay yolları da artıq baş planda əksini tapıb və BNA tərəfindən bu istiqamətdə də işlər həyata keçirilməkdədir.

BAKI, 25 noyabr — Sputnik. Bakı şəhərində alternativ nəqliyyat növləri sayılan velosiped yollarının və tramvay xətlərinin inkişaf etdirilməsi nəzərdə tutulur.

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, velosiped yolları ilə bağlı böyük bir konsepsiya hazırlanıb ki, bu da avtobus zolaqları ilə yanaşı, Bakı şəhərinin baş planına inteqrasiya edilib.

"Yaxın zamanlarda Bakı şəhərinin mərkəzində biz velosiped zolaqları ilə bağlı konkret əməli işlərin şahidi ola biləcəyik", - deyə T.Səfərov qeyd edib.

O, həmçinin əlavə edib ki, bununla yanaşı, tramvay yolları da artıq baş planda əksini tapıb və BNA tərəfindən bu istiqamətdə də işlər həyata keçirilməkdədir.

1
Teqlər:
Bakı şəhəri, velosiped, BNA

Bayraqlarla küçələrdə: Bakıda Kəlbəcərin qaytarılmasını qeyd etdilər

0
Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən işğal edilmişdi.

Bakıda Kəlbəcər rayonunun erməni işğalından azad olunması münasibətilə avtoyürüş keçirilib. Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə bəzədilmiş maşınlar şəhərin mərkəzi küçələri ilə hərəkət ediblər.

Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən noyabrın 10-da  imzalanan razılaşmaya uyğun olaraq, Azərbaycan ordusunun bölmələri 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Bu hadisə ilə əlaqədar Bakıda avtomobil yürüşü təşkil edilib. Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə bəzədilmiş avtomobillər Heydər Əliyev Mərkəzindən başlayaraq Bakının mərkəzi küçələri ilə Şəhidlər Xiyabanına doğru hərəkət ediblər.

Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən işğal edilmişdi.

0
  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş