Kompüter arxasında qadın, arxiv şəkli

İşaxtaranlara göndərişlər elektron qaydada göndərişlər göndərilir

22
(Yenilənib 18:40 19.11.2020)
Xatırladaq ki, işəgötürənlər yeni iş yeri və boşalan iş yeri barədə məlumatları "Məşğulluq haqqında" Qanuna əsasən ən geci 5 iş günü müddətində "Məşğulluq" altsistemindəki vakansiya bankına daxil etməlidirlər.

BAKI, 19 noyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Məşğulluq" altsisteminə işəgötürənlər tərəfindən daxil edilmiş vakansiyalar üzrə işsiz və işaxtaranlara elektron qaydada göndərişlərin verilməsi davam edir. Nazirlikdən Sputnik Azərbaycan-a bildirilib ki, bu il altsistem üzərindən 92 min şəxsə iş yerlərinə e-qaydada göndərişlər verilib. Hazırda "Məşğulluq" altsistemində 31 minə yaxın vakansiya mövcuddur.

Xatırladaq ki, işəgötürənlər yeni iş yeri və boşalan iş yeri barədə məlumatları "Məşğulluq haqqında" Qanuna əsasən ən geci 5 iş günü müddətində "Məşğulluq" altsistemindəki vakansiya bankına daxil etməlidirlər. Bununla onlar işçi qüvvəsinə olan tələbatlarının çevik şəkildə ödənilməsinə nail olurlar. İşsiz və işaxtaranlar isə altsistemə daxil olaraq, peşə və ixtisaslarına uyğun vakansiyalar üzrə operativ şəkildə e-qaydada göndəriş əldə edir, hansısa quruma müraciət etmədən qısa vaxtda və şəffaf şəkildə işlə təmin olunmaq imkanı qazanırlar.

22
Teqlər:
iş yerləri, məşğulluq, Əmək və əhalinin Sosial Müdafiə Nazirliyi
Milli Məclisin iclası, arxiv şəkli

Milli Məclisin iclası keçiriləcək

3
(Yenilənib 10:31 24.11.2020)
“Ətraf mühitin mühafizəsi haqqında” qanuna, İnzibati Xətalar Məcəlləsinə və s. dəyişikliklər ediləcək.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 noyabr — Sputnik. Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, iclasın gündəliyinə 6 məsələ daxi edilib.

Həmin məsələlər aşağıdakılardır:

1.Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

2."Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

3."Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

4.Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

5."Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

6. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

3
Teqlər:
qanun layihəsi, Milli Məclis
Ancelina Coli, arxiv şəkli

Ancelina Coli fotoqrafın həyatından film çəkəcək

5
Filmdə fotoqraf Don Makklinin həyatından bəhs olunacaq. Ancelina Don Makklin kimi fotoqrafın həyatını lentə alacağı üçün xoşbəxt olduğunu bildirib.

 

BAKI, 23 noyabr — Sputnik. Hollivud ulduzu Ancelina Coli yeni layihəsi ilə gündəmə gəlib. Sputnik Azərbaycan xəbər verir ki, məşhur aktrisa rejissor fəaliyyətinə davam edəcək. Ancelina 4 il aradan sonra yenidən film çəkəcək. Aktrisanın budəfəki ekran işi "Unreasonable Behaviour" adlanır.

Filmdə fotoqraf Don Makklinin həyatından bəhs olunacaq. Ancelina Don Makklin kimi fotoqrafın həyatını lentə alacağı üçün xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, Coli ilk dəfə rejissor kimi özünü 2011-ci ildə sınayıb. "Unreasonable Behaviour" isə aktrisanın beşinci ekran işi olacaq.

5
Teqlər:
rejissor, film, Ancelina Coli
Co Bayden, arxiv şəkli

Pentaqon hakimiyyətin Baydenə ötürülməsi prosesində iştirakını təsdiqlədi

0
Bundan əvvəl ABŞ Federal Hökuməti Ümumi Xidmətlər İdarəsi faktiki olaraq Baydenin seçkidə qazandığı qələbəni tanıyıb və prezident səlahiyyətlərinin ötürülməsi prosesinə başlamağa hazır olduğunu bildirib.

BAKI, 24 noyabr — Sputnik. ABŞ Müdafiə Nazirliyi hakimiyyətin Co Baydenə verilməsi proseduruna başlanılması barədə məlumat aldığını açıqlayıb. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla verdiyi məlumata görə, Pentaqon bu barədə açıqlama yayıb.

Bundan əvvəl ABŞ Federal Hökuməti Ümumi Xidmətlər İdarəsi (GSA) faktiki olaraq Baydenin seçkidə qazandığı qələbəni tanıyıb və prezident səlahiyyətlərinin ötürülməsi prosesinə başlamağa hazır olduğunu bildirib.

Pentaqondan o da qeyd olunub ki, departament artıq GSA və Baydenin nümayəndələri ilə əlaqə yaradıb.

"Nazirlik, prezident səlahiyyətlərinin ötürülməsi ilə bağlı qanuna uyğun olaraq, Ümumi Xidmətlər İdarəsinin rəhbərinin Bayden və Harrisin keçici qərargahına müəyyən resurslar və xidmətlər təqdim etdiyinə dair məlumat alıb. Biz də dərhal dəstək planımızı həyata keçirməyə başlayacağıq (Bayden qərargahına –red.)", – deyə Pentaqonun açıqlamasında bildirilir.

Qeyd edək ki, ABŞ-da prezident seçkisi noyabrın 3-də baş tutsa da, hələlik rəsmi nəticə elan olunmayıb. ABŞ KİV-lərinin yaydığı məlumata görə, demokratların namizədi Bayden qələbə qazanmaq üçün kifayət qədər səs toplaya bilib. Bir sıra dünya liderləri artıq onu təbrik ediblər.

Seçkinin nəticəsi ilə razılaşmayan hazırkı prezident Donald Tramp isə rəqibini "səsləri oğurlamaqda" ittiham edib.

ABŞ-ın növbəti prezidentinin andiçmə mərasiminin 2021-ci ilin yanvar ayının 20-də baş tutması gözlənilir.

0
Teqlər:
prezident seçkiləri, Pentaqon, Donald Tramp, Co Bayden