Bakıda küçə, arxiv şəkli

Həftə sonları fəaliyyətinə icazə verilən sahələr açıqlandı

40
(Yenilənib 15:56 19.11.2020)
Fasiləsiz fəaliyyət göstərən müəssisələr, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələri həftə sonları işləyəcək.

BAKI, 19 noyabr — Sputnik. Azərbaycanda xüsusi karantin rejimi dövründə 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək həftə sonlarında da fəaliyyətinə icazə verilən sahələr məlum olub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə" qərarında əksini tapıb.

Qərara əsasən, 2020-ci il 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək, 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək, 5 dekabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək, 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək, 19 dekabr saat 00:00-dan 21 dekabr saat 06:00-dək, 26 dekabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək aşağıdakı sahələrin fəaliyyətinə icazə verilir:

- hüquq mühafizə, məhkəmə orqanları, hərbi xidmət nəzərdə tutulmuş orqanlar və vəkillər;

- fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanları (qurumları);

- səhiyyə və sosial xidmət müəssisələri, dezinfeksiya xidmətləri;

- kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı xidmətləri;

- fasiləsiz fəaliyyət göstərən müəssisələr, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələri;

- apteklər, ərzaq mağazaları (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələri;

- kütləvi informasiya vasitələri;

- mühafizə xidmətləri.

40
PPX avtomobili, arxiv şəkli

Bakı sakini küçədə qətlə yetirilib

19
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 27 noyabr — Sputnik. Noyabrın 25-də saat 21 radələrində Xətai rayonu ərazisində İntizam İsmayılovun aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

19
Teqlər:
cinayət, istintaq, Bakı, qətl, Xətai rayonu, Xətai

Azərbaycanda koronavirusa yoluxan icra başçısı vəfat edib

69
(Yenilənib 00:04 27.11.2020)
Vahid Tağıyev bir müddət öncə yeni növ koronavirus infeksiyasına yoluxmuşdu və bununla bağlı müalicə alırdı.

BAKI, 26 noyabr - Sputnik. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev bu gün dünyasını dəyişib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, Vahid Tağıyev bir müddət öncə yeni növ koronavirus infeksiyasına yoluxmuşdu və bununla bağlı müalicə alırdı.

Qeyd edək ki, Vahid Tağıyev ötən il Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

69
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, icra başçısı, Ağsu rayonu, Ağsu