Xəstəxana, arxiv şəkli

TƏBİB yaralı əsgərlərlə bağlı məsələyə aydınlıq gətirdi

50
Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yaralı, huşsuz vəziyyətdə əsgər və hərbçilərin gətirildiyinə dair yayılan məlumatlar həqiqəti əks etdirmir.

BAKI, 19 noyabr — Sputnik. Sosial şəbəkələrdə və bəzi KİV-də Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yaralı, huşsuz vəziyyətdə əsgər və hərbçilərin gətirildiyinə dair yayılan məlumatlar həqiqəti əks etdirmir.

Sputnik Azərbaycan-a TƏBİB-in departament müdiri Aygün Əliyeva bildirib ki, hazırda Şirvan Şəhər Mərkəzi Xəstəxanasında qələbəmizlə yekunlaşan Vətən müharibəsində yaralanan hərbçilərimiz var və onlar müvafiq olaraq müayinə və müalicə olunurlar. Lakin həmin hərbçilərimizin yaddaşları ilə bağlı hər hansı bir problem yoxdur:

"COVID-19 pandemiyası ilə əlaqədar yaxınları ilə görüşmək imkanları məhdudlaşdırılsa da, mütəmadi olaraq telefon vasitəsilə əlaqə saxlayırlar. Bir daha belə əsassız informasiyalar yayan KİV-ləri "Kütləvi İnformasiya Vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına riayət etməyə, sosial şəbəkə istifadəçilərini isə vətəndaş məsuliyyəti nümayiş etdirməyə çağırırıq. Bu həssas dövrdə həqiqəti əks etdirməyən, dəqiqləşdirilməmiş məlumatları yaymaqla hərbçilərin ailələrinə qarşı mənəvi haqsızlıq etməməyi xahiş edirik. Onu da qeyd edək ki, hazırda məsələ ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır".

50
Teqlər:
əsgər, ölənlər və yaralılar, yaralılar, yaralı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, TƏBİB
Ziyarətçilər Mixail Nesterovun sərgisində, arxiv şəkli

Rus rəssamın çəkdiyi ikona Londonda ağlasığmaz qiymətə satılıb

12
Hərracın ən qiymətli, 75,25 min funt sterlinqə satılan əsəri Mixail Larionovun (1881-1964) "Balıq və gül natürmort"u olub.

BAKI, 28 noyabr — Sputnik. Rus rəssam Mixail Nesterovun (1862-1942) "Əllə hazırlanmayan xilaskar" ikonası "Bonhams" hərrac evi tərəfindən təşkil olunan rus incəsənəti nümunələri alqı-satqısında 56,5 min funt sterlinqə satılıb.

Sputnik Azərbaycan xəbər verir ki, rus rəssamının əsərinə verilən məbləğ satışı üçün təxmin olunan qiymətdən demək olar ki, iki dəfə az olub.

Hərrac kataloqunda deyildiyi kimi, ikona Nesterovun Moskvadakı Marfo-Mariinski Mərhəmət Monastırının qərb fasadını bəzədiyi mozaikanın daha kiçik bir versiyasıdır.

Hərracın ən qiymətli, 75,25 min funt sterlinqə satılan əsəri Mixail Larionovun (1881-1964) "Balıq və gül natürmort"u olub.

Eyni qiymətə "Karl Faberje" zərgərlik şirkətinin nefrit, qızıl və platindən düzəltdiyi saat satılıb. Aleksandr Moravovun (1878-1951) 1910-cu ildə çəkdiyi "Heyvanların su içdiyi yerdə" rəsminə isə alıcı 69 min funt sterliq pul ödəyib.

12
Teqlər:
rus, hərrac, London, rəssam
Evdə özünü müalicə ecən xəstə, arxiv şəkli

Baş infeksionist: Koronavirus xəstələri internetdəki reseptlərlə özlərini müalicə edirlər

24
(Yenilənib 23:21 28.11.2020)
"Bəzi insanlar görürlər ki, ətrafındakı insanlar evdə qalmaqla, internetdən reseptlər götürməklə özlərini müalicə edirlər və onların səhhətində heç bir mənfi hal baş vermir" - Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov.

BAKI, 28 noyabr — Sputnik. Bu gün COVID-19-a yoluxan bəzi insanlar virusu ciddi qəbul etməyərək özünümüalicə ilə məşğuldurlar.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, belə insanlar yalnız vəziyyətləri ağırlaşdığı - nəfəs darlığı yaranan zaman həkimə müraciət edirlər:

"Bəzi insanlar görürlər ki, ətrafındakı insanlar evdə qalmaqla, internetdən reseptlər götürməklə özlərini müalicə edirlər və onların səhhətində heç bir mənfi hal baş vermir. Lakin nəzərə alınmalıdır ki, virusa yoluxan insan risk qrupuna daxil ola, onda ağırlaşdırıcı halların baş verməsi mümkün ola bilər. Cavan-yaşlı olmasından asılı olmayaraq, orqanizmin xüsusiyyətlərinə uyğun olaraq, insanlar xəstəliyi ağır keçirə bilərlər".

T.Eyvazov qeyd edib ki, özünümüalicə nəticəsində vəziyyəti ağırlaşmış insanlar xəstəxanaya daxil olduqları zaman onlara qarşı görülən müalicə tədbirləri effektiv olmaya bilər:

"Ona görə də əhalidən xahiş edilir ki, yoluxduqları ilk gündən həkimə müraciət etsinlər. Müalicələrini evdə etsələr belə, bunu həkim nəzarəti altında etsinlər".

24
Teqlər:
internet, Koronavirus, epidemiya, COVID-19

Nümayişçilər Parisi dağıdır: 130 minlik aksiya iğtişaşlarla müşayiət olunur

0
(Yenilənib 00:36 29.11.2020)
Fransada "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz aksiyalarında 130 mindən çox adam iştirak edib. 

BAKI, 29 noyabr — Sputnik. Fransada informasiya azadlığına dəstək aksiyalarında 130 mindən çox adam iştirak edib. 

Sputnik Azərbaycan xəbər veiri ki, bu barədə BFMTV telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Ümumilikdə ölkədə "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz əlaməti olaraq Fransada 70 nümayiş keçirilib. Nümayişçilər sözügedən maddədə polis və jandarmların çəkilişlərinin aparılmasına qadağa qoyulmasına etiraz edirlər. Onlar bunu ölkədə informasiya azadlığının boğulması kimi qiymətləndirirlər.  

Parisdə dinc aksiyalar şəklində başlayan nümayişlər sonra kütləvi iğtişaşlarla əvəz olunub. Polis və jandarmeriya nümayişçilərə qarşı gözyaşardıcı qaz bombalarından və su şırnağından istifadə edirlər. 

Qeyd edək ki, çərşənbə axşamı, Fransa Milli Assambleyası "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsini ilk oxunuşda qəbul edib. Qanun layihəsinin 24-cü maddəsində "polis və jandarmın sifətinin və identifikasiyasının digər elementlərinin" onların "fiziki və psixi toxunulmazlığına açıq-aşkar zərər yetirmək məqsədilə" yayılmasına görə 1 il müddətinə həbs cəzası və ya 45 min avro cərimə nəzərdə tutulur.

Jurnalist həmkarlar ittifaqları və müxalifət bu normanın tətbiqindən sonra jurnalistlərin və vətəndaşların nümayişlər zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının işlərini sərbəst şəkildə qeyd ala bilməyəcəklərindən qorxaraq buna qarşı çıxırlar. Hökumət isə dəfələrlə əmin etməyə çalışıb ki, qanun layihəsi jurnalistlərə hüquq-mühafizə orqanlarının əməkdaşlarının çəkilişlərini qadağan etməyəcək.

0
Teqlər:
Fransa