Narkotik, arxiv şəkli

Komendant postundan narkotik keçirmək istəyən şəxs saxlanıldı

16
Çantadan 1 kq 200 qram yüksəktəsiredici xassəyə malik narkotik vasitə heroin və 35 qrama yaxın psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

 

BAKI, 19 noyabr — Sputnik. Ölkə ərazisində bəzi şəhər və rayonlarda tətbiq edilən komendant saatı dövründə polis əməkdaşları və hərbi qulluqçuların ayıq-sayıq xidmət apardığını sübut edən hadisələrdən biri də Abşeron rayonu ərazisində qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, axşam saatlarında Xırdalan şəhərində qurulan komendant postlarından birində Bakı şəhər sakini Ramin Babayev Abşeron Rayon İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı onun üzərində elektron tərəzinin olması polis əməkdaşlarında ciddi şübhələr yaradıb. Bu səbəbdən Ramin Babayevin sərnişin kimi əyləşdiyi avtomobildə olan çantasına baxış keçirilib. Həmin çantadan 1 kq 200 qram yüksəktəsiredici xassəyə malik narkotik vasitə heroin və 35 qrama yaxın psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

Ramin Babayev ifadəsində şəxsiyyəti məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə tanış olduğunu və onun ölkəmizə göndərdiyi narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, adı çəkilən şəxs tutularaq istintaqa təqdim olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

16
Teqlər:
Cinayət Məcəlləsi, Daxili İşlər Nazirliyi, Xırdalan şəhəri, narkotik
Rusiyada həkim

Şimal qonşumuzda bir gündə 300-dən çox adam koronavirusdan öldü

3
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 62,7 milyonu keçib, 1,45 milyondan çox adam isə virus səbəbilə ölüb

BAKI, 30 noyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 26 338 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 368 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2 milyon 295 654 nəfərə çatıb. Rusiyada pandemiya yayılandan 39895 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1778704-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 62,7 milyonu keçib, 1,45 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

3
Teqlər:
Rusiya, Koronavirus, COVID-19
Hadisə yerində

İranlı nüvə alimin ölümündə yeni detallar

8
Terrorun törədildiyi ərazidən toplanan silahın fraqmentlərində İsrailin hərbi sənayesinin texniki xüsusiyyətləri və loqosu var.

BAKI, 30 noyabr — Sputnik. İranın nüvə alimi Möhsün Fəxrizadənin qətlində istifadə olunan silah İsraildə istehsal olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İranın "Press TV" telekanalı mənbəyə istinadən xəbər verir.

"Terrorun törədildiyi ərazidən toplanan silahın fraqmentlərində İsrailin hərbi sənayesinin texniki xüsusiyyətləri və loqosu var".

Xatırladaq ki, noyabrın 27-də Tehranın şimal şərqində yerləşən Absərd şəhərində M.Fəxrizadəyə sui-qəsd edilib. Əvvəlcə partlayış törədilib, daha sonra odlu silahdan atəş açılıb. Ağır yaralanan M.Fəxrizadə xəstəxanada dünyasını dəyişib.

İran alimin ölümündə İsraili günahlandırır. Belə bir bəyanatla həm İranın Prezidenti Həsən Ruhani, həm də xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

İran Prezidenti, həmçinin qeyd edib ki, bu cinayət İranın atom sahəsindəki inkişafına təsir etməyəcək.

8
Teqlər:
İsrail, İran, Məhəmməd Cavad Zərif, Həsən Ruhani, Tehran, iranlı, alim, qətl