CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəzaların böyük əksəriyyəti gündüz saatlarına təsadüf edir

© AFP 2023 / JOEL SAGETАвтомобильная авария, фото из архива
Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yol-nəqliyyat hadisələrinin 89,3 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində ötən ilin müvafiq dövrünə nisbətən həlak olanların sayı 1,5 faiz azalaraq 393 nəfər, yaralananların sayı 16,2 faiz azalaraq 951 nəfər olub

BAKI, 19 noyabr — Sputnik. 2020-ci ilin yanvar-sentyabr aylarında avtomobil yollarında baş verən qəzaların statistikası açıqlanıb.

Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, 2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1145 və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,0 faiz azalaraq 1527 nəfər olub. Onlardan 504-ü həlak olub, 1023-ü isə yaralanıb. Hadisələrin 41,7 faizi gündüz, 38,3 faizi gecə, 20,0 faizi isə toran vaxtı baş verib, 29,8 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 89,3 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində ötən ilin müvafiq dövrünə nisbətən həlak olanların sayı 1,5 faiz azalaraq 393 nəfər, yaralananların sayı 16,2 faiz azalaraq 951 nəfər olub.

Xəbər lenti
0