İçərişəhərdə qala divarları, arxiv şəkli

İçərişəhərin bütün Qala divarları boyunca restavrasiya işləri həyata keçiriləcək

12
(Yenilənib 08:14 19.11.2020)
Plana əsasən, idarə qarşıdakı bir neçə il ərzində İçərişəhərin bütün Qala divarları boyunca restavrasiya prosesini həyata keçirməyi planlaşdırır.

BAKI, 19 noyabr — Sputnik. İçərişəhərin Qala divarlarının "Qubernator" Bağı istiqamətindəki hissəsində bir neçə divar daşlarının tökülməsi müşahidə edilib.

Sputnik Azərbaycan xəbər verir ki, divarın qeyd olunan hissəsində yaranan problemlərin səbəbi daşın uzun illərlə ölçülən yaşı, ötən əsrin ortalarında həyata keçirilən bərpa zamanı istifadə olunan materialların keyfiyyəti, habelə iqlim faktorları və uzun müddət restavrasiya edilmədən atmosfer yağıntılarına məruz qalmasıdır.

Qeyd edək ki, İçərişəhərin Qala divarının 900 metr uzunluqda olduğunu nəzərə alaraq uzun illər bərpa-restavrasiya edilməyən və illərcə atmosfer yağıntılarına və klimatik təsirə məruz qalan bu abidənin mərhələli şəkildə bərpa-restavrasiyasına başlanılıb. İdarə tərəfindən bu işlər müvafiq plan üzrə həyata keçiriləcək. Plana əsasən, idarə qarşıdakı bir neçə il ərzində İçərişəhərin bütün Qala divarları boyunca restavrasiya prosesini həyata keçirməyi planlaşdırır. Beləki, 2019-cu ildə Qoşa Qala Qapısının portalı və ona bitişik Qala divarının bir hissəsi uğurla restavrasiya edilib.

Hazırda Qala divarının bu gün yaranmış problemi üzrə bərpa işlərinə başlamaq üçün idarə tərəfindən xüsusi işçi qrup yaradılıb ki, həmin qrupa idarənin əməkdaşları ilə yanaşı, bu sahədə çalışan təcrübəli ekspertlər cəlb edilib.

İdarə qeyd edir ki, hər zaman olduğu kimi milli tariximizin və mədəniyyətimizin nadir incisi olan qədim İçərişəhərin qorunması və saxlanması üçün bütün lazımi tədbirlər görəcək.

12
Teqlər:
mədəniyyət, tarix, bərpa, "İçərişəhər"
Milli Məclisin iclası, arxiv şəkli

Milli Məclisin iclası keçiriləcək

4
(Yenilənib 10:31 24.11.2020)
“Ətraf mühitin mühafizəsi haqqında” qanuna, İnzibati Xətalar Məcəlləsinə və s. dəyişikliklər ediləcək.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 noyabr — Sputnik. Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, iclasın gündəliyinə 6 məsələ daxi edilib.

Həmin məsələlər aşağıdakılardır:

1.Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

2."Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

3."Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

4.Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

5."Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

6. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

4
Teqlər:
qanun layihəsi, Milli Məclis
Ancelina Coli, arxiv şəkli

Ancelina Coli fotoqrafın həyatından film çəkəcək

5
Filmdə fotoqraf Don Makklinin həyatından bəhs olunacaq. Ancelina Don Makklin kimi fotoqrafın həyatını lentə alacağı üçün xoşbəxt olduğunu bildirib.

 

BAKI, 23 noyabr — Sputnik. Hollivud ulduzu Ancelina Coli yeni layihəsi ilə gündəmə gəlib. Sputnik Azərbaycan xəbər verir ki, məşhur aktrisa rejissor fəaliyyətinə davam edəcək. Ancelina 4 il aradan sonra yenidən film çəkəcək. Aktrisanın budəfəki ekran işi "Unreasonable Behaviour" adlanır.

Filmdə fotoqraf Don Makklinin həyatından bəhs olunacaq. Ancelina Don Makklin kimi fotoqrafın həyatını lentə alacağı üçün xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, Coli ilk dəfə rejissor kimi özünü 2011-ci ildə sınayıb. "Unreasonable Behaviour" isə aktrisanın beşinci ekran işi olacaq.

5
Teqlər:
rejissor, film, Ancelina Coli
Co Bayden, arxiv şəkli

Pentaqon hakimiyyətin Baydenə ötürülməsi prosesində iştirakını təsdiqlədi

0
Bundan əvvəl ABŞ Federal Hökuməti Ümumi Xidmətlər İdarəsi faktiki olaraq Baydenin seçkidə qazandığı qələbəni tanıyıb və prezident səlahiyyətlərinin ötürülməsi prosesinə başlamağa hazır olduğunu bildirib.

BAKI, 24 noyabr — Sputnik. ABŞ Müdafiə Nazirliyi hakimiyyətin Co Baydenə verilməsi proseduruna başlanılması barədə məlumat aldığını açıqlayıb. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla verdiyi məlumata görə, Pentaqon bu barədə açıqlama yayıb.

Bundan əvvəl ABŞ Federal Hökuməti Ümumi Xidmətlər İdarəsi (GSA) faktiki olaraq Baydenin seçkidə qazandığı qələbəni tanıyıb və prezident səlahiyyətlərinin ötürülməsi prosesinə başlamağa hazır olduğunu bildirib.

Pentaqondan o da qeyd olunub ki, departament artıq GSA və Baydenin nümayəndələri ilə əlaqə yaradıb.

"Nazirlik, prezident səlahiyyətlərinin ötürülməsi ilə bağlı qanuna uyğun olaraq, Ümumi Xidmətlər İdarəsinin rəhbərinin Bayden və Harrisin keçici qərargahına müəyyən resurslar və xidmətlər təqdim etdiyinə dair məlumat alıb. Biz də dərhal dəstək planımızı həyata keçirməyə başlayacağıq (Bayden qərargahına –red.)", – deyə Pentaqonun açıqlamasında bildirilir.

Qeyd edək ki, ABŞ-da prezident seçkisi noyabrın 3-də baş tutsa da, hələlik rəsmi nəticə elan olunmayıb. ABŞ KİV-lərinin yaydığı məlumata görə, demokratların namizədi Bayden qələbə qazanmaq üçün kifayət qədər səs toplaya bilib. Bir sıra dünya liderləri artıq onu təbrik ediblər.

Seçkinin nəticəsi ilə razılaşmayan hazırkı prezident Donald Tramp isə rəqibini "səsləri oğurlamaqda" ittiham edib.

ABŞ-ın növbəti prezidentinin andiçmə mərasiminin 2021-ci ilin yanvar ayının 20-də baş tutması gözlənilir.

0
Teqlər:
prezident seçkiləri, Pentaqon, Donald Tramp, Co Bayden