Radiator, arxiv şəkli

Havalar soyuyub, iki dövlət qurumunun borc problemi isə vətəndaşların başında çatlayır

106
"Borcla bağlı məsələlərə "Azəristiliktəchizat" ASC toxunursa, qoy bütün məsələləri özü açıqlasın. Bizim qaz təchizatı ilə bağlı istər qazanxanalar olsun, istər digər sifarişçilər olsun, heç bir problemimiz yoxdur" - Ceyhun Səfərov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 18 noyabr — Sputnik. Artıq istilik mövsümü başlasa da, bir sıra ərazilərdə, paytaxtın və Sumqayıtın bəzi ərazilərində sakinlər istilik üzünə həsrət qalıblar. Paytaxtın Nərimanov rayonunda, Sumqayıt şəhərinin "Birləşmiş Məhəllə" adlanan ünvanında yaşayan sakinlər də bu problemdən əziyyət çəkirlər. Sakinlərin sözlərinə görə, problemlə əlaqədar olaraq aidiyyəti üzrə "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinə dəfələrlə müraciət ediblər. Lakin onlara problemin nədən qaynaqlandığı haqda heç bir söz deyilməyib.

Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-yə müraciət etdik. Qurumdan Sputnik Azərbaycan-a problemin qazla bağlı olduğu deyilsə də, digər suallarımız cavabsız qaldı. Bildirildi ki, məsələlərə aydınlıq gətirildikdən sonra daha ətraflı məlumat veriləcək.

Lakin istiliyin hansı səbəblə verilməməsi, qurumun borclu olub-olmaması, yaranan problemin texniki səbəblərdən qaynaqlanıb-qaynaqlanmaması, bundan başqa, əgər problem qazın verilişi ilə əlaqədardırsa, bununla bağlı olaraq "Azəriqaz" İstehsalat Birliyinə müraciət edilib-edilməməsi haqda isə heç bir məlumat verilmədi.

Sakinlərin sözlərinə görə, "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İstehsalat Birliyinə borcu olduğu üçün, qurumlararası çəkişmədən vətəndaşlar əziyyət çəkir. 

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov Sputnik Azərbayan-a açıqlamasında məsələyə bu cür aydınlıq gətirib:

"Bu məsələdə bizim mövqeyimiz konkretdir. Borcla bağlı məsələlərə "Azəristiliktəchizat" ASC toxunursa, qoy bütün məsələləri özü açıqlasın. Bizim qaz təchizatı ilə bağlı istər qazanxanalar olsun, istər digər sifarişçilər olsun, heç bir problemimiz yoxdur. Biz sifarişçinin qazla təchizatı ilə bağlı sifarişini müəyyən prosedurlar icra olunmaqla həyata keçirməyə hazırıq və bunun üçün kifayət qədər qaz ehtiyatımız da var. Sözsüz ki, sifarişçi də özü ödənişlə bağlı öhdəliklərini yerinə yetirəcək şərtləri qəbul etməlidir. Qazanxanalar, mərkəzləşdirilmiş istilik sistemi olan digər yerlər qaz ala bilmirsə, bunun səbəbini özləri açıqlasalar yaxşıdır. Onlar problemin nədən qaynaqlandığını açıqlasınlar".

Qurum rəsmisi nümunə olaraq bildirib ki, istilik ala bilməyən yaşayış ünvanlarında məişətdə qazın verilişində hər hansı problem yoxdur, sadəcə olaraq problem istilik aldıqları qazanxanalardan gəlir.

"Azərisitliktəchizat" ASC-dən Sputnik Azərbayca-a son olaraq bildirildi ki, artıq qazla bağlı bütün məsələlər həllini tapıb, işləməyən qazanxanaları işə salınnması davam etdirilir.

Bu optimist cavaba baxmayarq, sakinlərdən aldğımız məlumata görə, hələ də bir çox ünvanlarda istiliyin verilməsi bərpa olunmayıb.

106

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

12
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

12
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

6
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

6