Azəriqaz İB-nin binası, arxiv şəkli

"Azəriqaz" İB "Azəristiliktəchizat" ASC-nin istiliklə bağlı açıqlaması barədə

150
(Yenilənib 21:32 16.11.2020)
Ceyhun Səfərov: "İstilik təchizatçısı "Azərisitliktəchizat" ASC olduğundan abonentlər problemlərini onlardan soruşmalıdırlar. Yəni, biz sadəcə olaraq qazanxanalara qazı veririk"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 16 noyabr — Sputnik. Xəbər verdiyimiz kimi, ötən gündən etibarən Azərbaycanda istilik mövsümünə start verilib. Lakin buna baxmayaraq hələ də, istilik ala bilməyən binalar var. Bakı və Sumqayıtın bəzi ərazilərində də bənzər problemlər yaşanır.

"Azəristiliktəchizat" ASC-nin "Sumqayıtistiliktəchizat" İdarəsinin  Abonent və Müştəri Xidmətinin rəisi Binəli Əliyev Xeberle.com-a açıqlamasında məsələyə belə münasibət bildirib: "Noyabrın 15-dən etibarən payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkədə yaşayış binalarına və sosial obyektlərə istilik verilməli idi. Lakin "Azəristiliktəchizat"la "Azəriqaz" İstehsalat Birliyi arasında yaranan problem istilik təchizatının gecikməsinə səbəb olub".

"Bütün qazanxanalar işlək vəziyyətdədir. Sadəcə, "Azəriqaz”la "Azəristiliktəchizat" arasında hər zaman qazın verilişi ilə əlaqəli problemlər yaranır. "Azəriqaz” İB-nin hər zaman kimi mövsümün başlanğıcında yenidən problemləri gündəmə gətirib. İdarələrarası borc məsələsinə gəldikdə isə, bu, idarələr arası hər zaman olan problemlərdəndir".

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov Sputnik Azərbayan-a bu açıqlamaya münasibət bildirib və problemin nədən qaynaqlandığını açıqlayıb: "İstilik təchizatçısı "Azərisitliktəchizat" ASC olduğundan abonentlər problemlərini onlardan soruşmalıdırlar. Yəni, biz sadəcə olaraq qazanxanalara qazı veririk. Həm qazanxanalar, həm ayrı-ayrı mərkəzləşdiirlmiş istilik sistemi təchizatçısı olan struktur vahidləri özləri problemlərini qabartmalı, gündəmə gətirməlidirlər. Biz istənilən qaz təchziatçısının sifarişini yerinə yetirməyə hazırıq. Qaz təchizatında hər hansı qıtlıq, ehtiyyatla bağlı problem yoxdur".

"Həmin  binalar istiliyi qazanxanadan alır, məişətdə istifadə olunan qazı isə ayrıca alırlar. Həmin binalarda məişətdə qazın verilişində hər hansı problem yoxdur. Sadəcə olaraq problem istilik aldıqları qazanxanalardan gəlir. Bu problemi də həmin struktur özü açıqlamalıdır", - deyə C.Səfərov əlavə edib.

150
Teqlər:
"Azəriqaz" İB, mərkəzləşdirilmiş istilik sistemi, "Azəristiliktəchizat" ASC, istilik
Füzuli rayonunda yeraltında yatan gizli şəhər

Yer altında yatan möcüzə: Füzuli rayonunda gizli şəhər mövcuddur - FOTO

6
(Yenilənib 21:51 27.02.2021)
Azərbaycanda, Füzuli rayonunda yeraltı şəhər mövcuddur. Daha doğrusu, şəhərin böyük bir hissəsi qalın torpaq qatı altındadır.

Emin Babayev, Sputnik Azərbaycan

BAKI, 28 fevral — Sputnik. Dünyanın bir çox ölkələri var ki, orada yeraltı şəhərlər mövcuddur və bu, onların qədim tarixinin bir parçası kimi turistlərin görməli və gəzməli yerinə çevrilib. Uzağa getmirik. Qardaş ölkə olan Türkiyənin Dərinquyu bölgəsində çoxqatlı yeraltı şəhər var. Altmış metrə yaxın dərinliyə malik olan bu məkan eyni anda 20000 insanı yatacaq və su ilə təmin edə biləcək bir sığınacaqdır. Dost ölkədə bir neçə belə yeraltı şəhər var, Dərinquyu isə bunlardan ən böyüyüdür. O, turistlərin ölkəyə cəlb edilməsində mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanda isə Füzuli rayonunda yeraltı şəhər mövcuddur. Daha doğrusu, şəhərin böyük bir hissəsi qalın torpaq qatı altındadır. O, Füzuli rayonunun Horadiz qəsəbəsinə yaxın ərazidə, Babı kəndində yerləşir. Abidə kəndin qədim qəbristanlığında, hündür ərazidə aşkarlanıb.

Sərdabə kompleksi

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya-Etnoqrafiya İnstitutunun aparıcı elmi işçsi və tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədovla görüşdük. Müsahibimiz Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, adıçəkilən ərazidə, doğrudan da torpaq altında böyük bir şəhərin qalıqları var. Üzdə qalanlardan isə orta əsrlər dövrünə aid olan, xüsusən XIII-XIV əsrlərə məxsus böyük bir xanəgah olub. Həmin xanəgah əsasən məsciddən, türbədən, hücrələrdən, eyni zamanda yardımçı binalardan ibarətdir.

© Sputnik / Emin Babayev
Füzuli rayonunun Babı kəndində Şeyx Babı türbəsi

İlkin olaraq belə anlaşılır ki, burada olan məscidlərdə yalnız ibadət edilməyib, həm də məscid-mədrəsə kimi istifadə olunub. Məscidin ayrı-ayrı otaqları var. Türbələrin məscid binasına yaxın ərazidə yerləşməsi və onların bir neçə nəfər üçün nəzərdə tutulması, yüklərin boşaldılması üçün yaxınlıqda yerlərin olmaması onu göstərir ki, kənardan gələn şagirdlər burada qalırlarmış. Divarlardakı kaşılar XIII-XIV əsrə aid edilir.

On hektarlıq ərazi

Füzuli rayonunun Babı kəndi ərazisində təriqəti, həm də İslam dinini yaymaq məqsədilə qədimlərdə təbliğat işləri aparılıb (ancaq mənbələr "babı" sözünü tək təriqətlə əlaqələndirmirlər, onun bir mənası da "sadə" deməkdir - red.). Oradan keçən ticarət yolunun da Ərdəbilə doğru istiqamətlənməsi həmin xanəgahın məhz göstərilən ərazidə tikilməsini şərtləndirib. Müsahibimiz deyir ki, xanəgahlar ticarət yollarının üzərində yerləşir, hörmətli adamların qəbirləri üzərində tikilir və gələcəkdə də bu xanəgahların böyüməsi nəticəsində şəhərlər əmələ gəlirdi. "Xanəgahın yerləşdiyi əraziyə ümumi baxış keçirən zaman hiss olunur ki, şəhərcik təxminən 10 hektardan artıq bir sahəni əhatə edir və böyük bir şəhər kompleksidir. Bu da divarlarla əhatə olunub".

© Sputnik / Emin Babayev
Xəqani Alməmmədov

Adsız şəhər

Şəhərin adının necə olduğu barədə heç bir fikir söyləmək mümkün deyil. Amma Xəqani Alməmmədov bildirir ki, çox güman ki, şəhərin adı bab sözündən götürülüb. "Ancaq bir şey məlumdur ki, ümumiyyətlə, orta əsr müəllifləri Qarabağda orta əsrlər dövrünə aid bir neçə iri şəhərin adlarını çəkiblər. Lakin bu adlar indiyə kimi hələ də heç kəsə məlum deyil. Ola bilsin ki, tapılan bu abidə orada gedən arxeoloji qazıntılar bitdikdə, həm də elmi faktların araşdırılması nəticəsində belə bir şəhərin olduğunu tam təsdiqləməyə imkan verəcək. Həmin şəhərin adının müəyyənləşdirilməsində də bizə yardımçı olacaq".

© Sputnik / Emin Babayev
Füzuli rayonunun Babı kəndində qədim şəhərin qalıqları

Hərbi əməliyyatlar meydanı

Ərazidə arxeoloji qazıntıların aparılmasının vacib olduğunu söyləyən müsahibimiz buranın hərbi əməliyyatlar meydanı olduğunu da önə çəkdi: "Abidənin bir tərəfi dağıntılara məruz qalıb. Eyni zamanda, bu ərazi Azərbaycanın bir vaxtlar işğal altında olan torpaqlarının yaxınlığında yerləşir və digər tərəfdən İranla həmsərhəddir. Həm Şimali Azərbaycan, həm də Cənubi Azərbaycanla mədəni əlaqələri, vahid mədəni irsin öyrənilməsi, həm də Qarabağda olan orta əsrlər dövrünə aid ən yaxşı abidə kompleksi kimi bu abidənin öyrənilməsini olduqca vacib sayıram. Bu gün orada qazıntı işlərinin getməsi gələcəkdə Qarabağ ərazisində ən böyük turizm mərkəzinin yaradılması ilə nəticələnə bilər. Bu da bizim XII-XIII əsrdə nə qədər böyük abidələrimizin, şəhərlərimizin, mədəniyyətimizin mövcud olduğunu dünyaya yaymaq üçün vacib amil sayılmalıdır".

© Sputnik / Emin Babayev
Füzuli rayonunun Babı kəndində yarıuçuq məscid minarəsi

Vəsaitə ehtiyac var

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya-Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi onu da əlavə edir ki, dedikləri ilkin mülahizələrdir, ancaq qazıntı işləri aparıldıqdan sonra daha zəngin fikirlər söyləmək olar: "Ola bilsin ki, qazıntılar zamanı aşağı mədəni qatlardan daha qədim dövrlərə, erkən orta əsrlər dövrünə, antik dövrə aid olan hansısa təbəqələr aşkarlana bilər. Bundan əlavə, abidənin yanında XIV əsrə aid olan qoç heykəlləri var ki, onların da XIV-XV əsrlərdə Azərbaycanda mövcud olan Qaraqoyunlu və Ağqoyunlu hakimiyyəti dövrünə təsadüf etdiyini söyləmək olar. Ərazidə həmçinin çoxlu sayda qəbir abidəsi var və hazırda onların da tədqiqinə ehtiyac duyulur".

© Sputnik / Emin Babayev
Füzuli rayonunun Babı kəndində qədim şəhərin qalıqları

Torpaq altındakı sərvət

Şəhərin tamamilə torpaq altında qalması ilə bağlı da müəyyən fikirlər söylənilir. Kürdəmir Regional Mədəniyyət İdarəsinin Füzuli Tarix Diyarşünaslıq Muzeyinin direktoru Elçin Əsədov da şəhərin tam dəqiqləşməsi üçün mütləq arxeoloji qazıntıların aparılmasını vacib sayır: "Abidə Qarabağın tarixinin öyrənilməsi üçün də olduqca əhəmiyyətlidir. Ümid edirik ki, aidiyyəti qurumlar, imkanlı təşkilatların köməkliyi ilə bu qazıntı aparılacaq".

6
Teqlər:
minarə, türbə, abidə, tarix, arxeologiya, qədim şəhər, Füzuli, Qarabağ, "Qarabağ, Azərbaycan
Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri
 COVİD-19-da ölən şəxs, arxiv şəkli

Koronavirus mövsümi infeksiyaya çevrilir

6
(Yenilənib 00:50 28.02.2021)
"Rospotrebnadzor"dan bildirilib ki, 2020-ci ilin payız aylarında koronavirusa yoluxma hallarının kəskin artması bunu bir daha təsdiqləyir

BAKI, 28 fevral — Sputnik. Bir-iki ildən sonra yeni tip koronavirus mövsümi infeksiyaların siyahısına düşə bilər. Sputnik Azərbaycan-ın rusiya mətbuatına istinadla yaydığı xəbərə görə, bu açıqlama ilə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Nəzarət Xidmətinin ("Rospotrebnadzor") Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun Klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya çıxış edib.

"Bəlkə də, bu, yaxın 1-2 ildə baş verdi. Artıq indidən COVID-19-da mövsümi infeksiya xüsusiyyətləri müşahidə olunmağa başlayıb. 2020-ci ilin payız aylarında koronavirusa yoluxma hallarının kəskin artması bunu bir daha təsdiqləyir", - deyə o bildirib.

Qeyd edək ki, Rusiya dünyada COVID-19 peyvəndini ilk qeyd alan ölkədir. Preparat Qamaleya adına mərkəz tərəfindən Rusiya Birbaşa İnvestisiyalar Fondu ilə birlikdə hazırlanıb və "Sputnik V" adını alıb. Ötən ilin oktyabr ayının 15-də Rusiya Prezidenti Vladimir Putin "EpiVacCorona" adlı COVID-19-a qarşı ikinci peyvəndin qeydiyyatdan keçirilməsi ilə bağlı məlumat verdi. Yeni preparat Novosibirskdəki "Vektor" Mərkəzi tərəfindən işlənib-hazırlanıb. Üçüncü Rusiya peyvəndi olan "CoviVac" isə Çumakov adına mərkəz tərəfindən işlənib hazırlanaraq bu ilin fevral ayının 20-də qeydiyyatdan keçirilib.

6
Teqlər:
mövsüm, infeksiya, COVID-19, epidemiya, Koronavirus
Mövzu:
Yeni tip koronavirus pandemiyası