CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəzaçəkmə müəssisələrində koronavirusa yeni yoluxma qeydə alınıbmı?

© Photo : The State Customs Committee of ARТест на короновирус в Госпитале Таможенного Комитета, фото из архива
Тест на короновирус в Госпитале Таможенного Комитета, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Hal-hazırda mənim məlumatıma görə cəzaçəkmə müəssisələrində bu virusa yeni yoluxan yoxdur. Yəni,  yeni bir dalğa yoxdur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 14 noyabr — Sputnik. "Hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində koronavirusun yeni dalğası qeydə alınmayıb". Sputnik Azərbaycan-a açıqlamasında bu sözləri Ədliyyə Nazirliyi yanında cəzaçəkmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əlməmməd Nuriyev söyləyib. O bildirib ki, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində antikoronavirus tədbirləri həyata keçirilir:

"Artıq cəzaçəkmə müəssisələrində virusa yoluxan şəxslər sağaldı. Cəzaçəkmə müəssisələrində koronavirusa yoluxma ilə bağlı çox sərt bir nəzarət var. Bütün zəruri tədbirlər  həyata keçirilir. Səhhətində yaranan adi bir problemə görə məhkumlar müayinədən keçirilir. Hal-hazırda məndə olan məlumata görə, cəzaçəkmə müəssisələrində bu virusa yeni yoluxan yoxdur. Yəni,  yeni bir dalğa yoxdur. Cəzaçəkmə müəssisələrində bununla belə görüşlər də davam edir. Hətta yemək bağlamaları da verilir. Amma görüşlərin keçirilməsi üçün xüsusi qaydalar tətbiq edilib. Məhkumlar yaxınları ilə təmassız görüşürlər. Arada şəffaf şüşə olduğundan təmas olmur".

Xəbər lenti
0