Bakı küçələri növbəti dəfə dezinfeksiya edilir

9
(Yenilənib 09:58 14.11.2020)
Şənbə və bazar günləri ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq.

BAKI, 14 noyabr - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı tədbirlərin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər davam etdirilir.

İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, son günlərdə koronavirusa (COVID-19) yoluxanlarının sayında böyük artımın olması nəzərə alınaraq noyabr ayının 14-ü və 15-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazisi üzrə lokal ərazilərdəki əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti, artıq 16-cı dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir. İş həcminin çoxluğu nəzərə alınaraq dezinfeksiya tədbirlərinin 2 gün ərzində keçirilməsi qərara alınıb.

Şənbə və bazar günləri ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaqdır. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Qış aylarında yağıntılar yağan zaman isə dezinfeksiya işləri lokal xarakter daşıyacaq.

9
Bakı şəhərinə mənzərə, arxiv şəkli

Azərbaycanın xoşbəxtlər arasında yeri açıqlanıb

7
(Yenilənib 18:34 26.11.2020)
Xoşbəxtlik indeksinə görə, Rusiya bu siyahıda 71, Türkiyə 91, Ermənistan 114, Gürcüstan 115, İran 116-cı yerdə qərarlaşıb.

BAKI, 26 noyabr — Sputnik. Dünya ölkələrinin xoşbəxtlik indeksi açıqlanıb.  

Sputnik Azərbaycan-ın theglobaleconomy.com-a istinadən xəbərinə görə, xoşbəxtlik indeksinə görə, Azərbaycan 5.16 indeksi ilə 150 ölkə sırasında 87-ci olub.

Rusiya bu siyahıda 71, Türkiyə 91, Ermənistan 114, Gürcüstan 115, İran 116-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, xoşbəxtlərin siyahısında ilk üçlükdə ardıcıl olaraq Finlandiya, Danimarka və İsveçrə qərarlaşıb.

7
Teqlər:
Gürcüstan, Ermənistan, Türkiyə, İsveçrə, Danimarka, Finlandiya, Azərbaycan, Rusiya
Nurlan İbrahimov, arxiv şəkli

"Qarabağ" klubu onun mətbuat katibinə qarşı UEFA-dan ağlasığmaz qərar

15
Dağlıq Qarabağ münaqişəsi zamanı Facebook sosial şəbəkəsində ermənilərlə bağlı paylaşımına görə, UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb.

BAKI, 26 noyabr — Sputnik. UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırmaq barədə qərar verib.

Sputnik Azərbaycan UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, İbrahimov Dağlıq Qarabağ münaqişəsi zamanı Facebook sosial şəbəkəsində ermənilərlə bağlı paylaşımına görə bu cəzaya məruz qalıb.

Bununla yanaşı, qurum Ağdam klubunu da 100 000 avro məbləğində cərimələyib.

UEFA daha əvvəl İbrahimova qarşı "İrqçi və digər ayrı-seçkilik davranışı" və "Əsas davranış qaydalarının pozulması" maddəsi ilə intizam işi açmışdı.

"Qarabağ" klubu da öz növbəsində Nurlan İbrahimovla bağlı UEFA-nın yekun qərarına etiraz edəcək.

Bu barədə "Report"a Ağdam təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib.

Çelikel bildirib ki, klub bu yöndə lazımi tədbirləri görəcək: "Xəbər hələ çox yenidir, cəmi 15 - 20 dəqiqə əvvəl almışıq. Nə cür addım atacağımıza rəhbərliklə müzakirələrdən sonra qərar verəcəyik".

Çelikəl qərardan apellyasiya veriləcəyini də söyləyib: "Klubun mövqeyindən və Nurlan tərəfdən baxanda cəza çox ağırdır. UEFA-nın tabeliyində olan klub kimi onların qərarlarına hörmət etmək borcumuzdur. Ancaq haqsızlıq olduğunu düşündüyümüz halda lazımi etirazları edəcəyik. Qərarla bağlı UEFA-ya mütləq müraciət olunacaq".

15
Teqlər:
ermənilər, Ermənistan, UEFA, "Qarabağ", Qarabağ FK
AZAL şirkətinin sərnişin təyyarəsi, arxiv şəkli

Azərbaycan bu nəqliyyat infrastrukturuna görə 10-cu yerdə qərarlaşıb

0
(Yenilənib 18:35 26.11.2020)
İlk yerdə isə 6.70 indekslə Sinqapur qərarlaşıb. 141 ölkənin yer aldığı siyahıda Türkiyə bu siyahıda 35-ci, Rusiya 51-ci, Ermənistan 66-cı, Gürcüstan 83-cü, İran 132-ci olub.

BAKI, 26 noyabr — Sputnik. Azərbaycan hava yolları nəqliyyat infrastrukturuna görə dünyaca 10-cu yerdə qərarlaşıb. Sputnik Azərbaycan-ın theglobaleconomy.com-a istinadən xəbərinə görə, Azərbaycan "Quality of air transport infrastructure" (Hava Nəqliyyatı İnfratrukturunun Keyfiyyəti) hesabatında 5.80 indekslə bu yerdə qərarlaşıb.

İlk yerdə isə 6.70 indekslə Sinqapur qərarlaşıb. 141 ölkənin yer aldığı siyahıda Türkiyə bu siyahıda 35-ci, Rusiya 51-ci, Ermənistan 66-cı, Gürcüstan 83-cü, İran 132-ci olub.

0
Teqlər:
Türkiyə, Azərbaycan, Rusiya, avtomobil