Məktəblərin birində, arxiv şəkli

Tədris əyani formaya keçir

65
(Yenilənib 17:29 13.11.2020)
Təhsil Nazirliyinin müvafiq şöbələri digər aidiyyəti qurumlarla birlikdə ölkədəki sanitar-epidemioloji vəziyyəti izləyir

 

BAKI, 13 noyabr — Sputnik. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarından da görünür ki, növbəti həftələrdə və aylarda sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla tədrisdə müəyyən hibrid və əyani formaya keçid gözlənilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

Onun sözlərinə görə, bununla əlaqədar Təhsil Nazirliyinin müvafiq şöbələri digər aidiyyəti qurumlarla birlikdə ölkədəki sanitar-epidemioloji vəziyyəti izləyir:

"Əgər həqiqətən də ölkədə sanitar-epidemioloji vəziyyət təhlükəli həddə olmasa, bu dəyişikliklər nəzərə alınacaq və bu barədə məlumat ictimaiyyətin nəzərinə çatdırılacaq. Amma məlumdur ki, bu virusun necə yayılacağını heç kim bilmir. Məsələn, tədris başlayana qədər ölkədə sanitar-epidemiolji durumun ən yaxşı olduğu bölgələrdən biri Quba idi, amma ilk bağlanan məktəb də Qubanın ucqar kənd məktəbi oldu".

65
 Barak Obama, arxiv şəkli

Obamanı canlandıracaq şəxs məlum oldu

0
(Yenilənib 15:29 30.11.2020)
B.Obama deyib: "Dreyk istedadlı insandır. Hər istədiyini edə biləcək adam təəssüratını bağışlayır. O, nə zaman istəsə bu filmdə mənim obrazımı canlandıra bilər"

BAKI, 30 noyabr — Sputnik. ABŞ-ın 44-cü prezidenti olan Barak Obamanın həyatını əks etdirən bioqrafik film ekranlaşdırılacaq.

Sputnik Azərbaycan xəbər verir ki, keçmiş prezident onun həyat yolundan bəhs ediləcək filmdə, baş qəhrəmanı-yəni özünün obrazını yaradacaq sənətçinin adını açıqlayıb.

Barak Obamanın sözlərinə görə, onun obrazını kanadalı rep ifaçısı Dreyk (Obri Dreyk Qrem) ifa edəcək.

B.Obama deyib: "Dreyk istedadlı insandır. Hər istədiyini edə biləcək adam təəssüratını bağışlayır. O, nə zaman istəsə bu filmdə mənim obrazımı canlandıra bilər".

Keçmiş prezidentin bəyəndiyi repçi Dreyk isə 2010-cu ildən Barak Obamanın surətini ekranda yaratmaq istədiyini açıqlayıb: "Çox istəyirəm ki, tezliklə belə bir film çəkilsin və mən Obama rolunu ifa edim. Onu nə zaman ekranda görsəm, kanalı dəyişmirəm, diqqətlə Obamanı dinləyir, səs tonuna fikir verirəm".

Qeyd edək ki, Dreyk 2001-ci ildə "Degrassi: The Next Generation" serialında 7 sezon boyunca "Jimmy Brooks" obrazını ifa edib.

0
Rusiyada həkim

Şimal qonşumuzda bir gündə 300-dən çox adam koronavirusdan öldü

9
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 62,7 milyonu keçib, 1,45 milyondan çox adam isə virus səbəbilə ölüb

BAKI, 30 noyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 26 338 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 368 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2 milyon 295 654 nəfərə çatıb. Rusiyada pandemiya yayılandan 39895 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1778704-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 62,7 milyonu keçib, 1,45 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

9
Teqlər:
Rusiya, Koronavirus, COVID-19