Yaralı hərbçilərimiz reabilitasiya xidməti, arxiv şəkli

Yaralı hərbçilərimiz reabilitasiya xidmətindən necə yararlanacaqlar?

114
"Vətən Müharibəsində yaralanmış hərbçilərimizin müalicə kursu başa çatdıqdan sonra Nazirliyin tabeliyindəki reabilitasiya müəssisələrində onların kompleks bərpa müalicəsi həyata keçiriləcək"

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 noyabr — Sputnik. Çox təəssüf ki, böyük zəfərlər qansız, şəhidsiz, əlilsiz əldə edilmir. Bütün müharibələrdə olduğu kimi, II Qarabağ müharibəsində də Azərbaycan Ordusunun xeyli sayda hərbçisi əlil oldu. Onlara dövlətimiz tərəfindən ən yüksək səviyyədə tibbi xidmət göstərilməkdədir. Amma müharibəyə bütün əzaları yerində gedən insanın əlsiz, ayaqsız geri dönməsi sözsüz ki, onun həyatda yaşamasını çətinləşdirir. Odur ki, bundan sonrakı mərhələ yaralı hərbçilərimizin reabilitasiyası istiqamətində ciddi tədbirlər həyata keçirilməlidir. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov dünən mətbuata açıqlamasında bildirib ki, noyabrın 13-dən bu istiqamətdə işlərə başlanılacaq. Ən müasir avadanlıqlarla təchiz olunmuş Reabilitasiya Mərkəzində reabilitasiya keçən hərbçilərimiz tez bir zamanda sağlamlıqlarına qovuşa biləcəklər.

Sputnik Azərbaycan Azərbaycanda reabilitasiya mərkəzlərinin vəziyyəti, bölgələrdə bu xidmətlərə əlçatanlığı araşdırıb.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Gülnar Əzizova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əlilliyi olan şəxslərin qismən və ya tam reabilitasiyası, eləcə də bu kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların sosial statuslarının bərpa edilməsi məqsədilə reabilitasiya tədbirləri olduqca vacibdir və bu istiqamətdə təkmilləşdirilmə işləri günü-gündən gücləndirilir.

Onun sözlərinə görə, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasını həyata keçirən 14 bərpa mərkəzi fəaliyyət göstərir: "Dövlət başçısının tapşırıqlarına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların bərpa imkanlarının genişləndirilməsi məqsədilə ölkə üzrə reabilitasiya infrastrukturu yenilənir, müasir standartlara cavab verən bərpa mərkəzlərinin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ölkə üzrə əlilliyi olan şəxslər üçün reabilitasiya infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması və yenidən qurulması istiqamətində işlər davam etdirilir. Dövlət Başçısının pandemiya ilə əlaqədar sosial layihələrin dayandırılmaması barədə verdiyi tapşırıqlara uyğun olaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən başladılan yenidənqurma işlərinin böyük qismi artıq yekunlaşdırılıb. Nəzərinizə çatdırım ki, avqust ayının 11-də Lənkəran Reabilitasiya Mərkəzi, avqustun 18-də Şəki Reabilitasiya Mərkəzi, avqustun 25-də Xaçmaz Reabilitasiya Mərkəzi, sentyabr ayının 15-i isə Şirvan Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildi. Növbəti aylarda Sumqayıt Reabilitasiya Mərkəzi və Şağan Müalicə Pansionatının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hazırda Qəbələ və Şəmkir rayonlarında tikintisi həyata keçirilən uşaq reabilitasiya mərkəzlərinin cari ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır. Həmin reabilitasiya müəssisələrində bərpa müalicəsi baxımından effektiv təsirə malik səmərəli fizioterapevtik üsulların tətbiqi və müasir avadanlıqlardan istifadə olunmaqla əlilliyi olan şəxslərə kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstərilir. Mərkəzlərdə tibbi-sosial reabilitasiya tədbirlərinin gücləndirilməsi məqsədi ilə əlilliyi olan şəxslərin sosial-psixoloji xidmətlə təmin edilməsi nəzərdə tutulur. Həmçinin əlilliyi olan şəxslərin müalicəvi bədən tərbiyəsi, ozonoterapiya, maqnitoterapiya, parafin, elektroterapiya, müalicəsi masaj, müalicəvi su hovuzu, buxar otağı və digər prosedurlarla təmin edilir. Qeyd edilən reabilitasiya müəssisəslərində ümumi xəstəlik səbəbi ilə əlilliyi olan şəxslərlə yanaşı, I Qarabağ müharibəsində əlillik qazanmış şəxslərin də bərpa müalicəsinə xüsusi üstünlük verilir. Nəzərinizə çatdıraq ki, Vətən Müharibəsində yaralanmış hərbçilərimizin müalicə kursu başa çatdıqdan sonra Nazirliyin tabeliyindəki reabilitasiya müəssisələrində onların kompleks bərpa müalicəsi həyata keçiriləcək".

Hərbçilərimizin reabilitasiyasının aparılacağı Mərkəzin Baş direktoru Mürsəl Mürsəlov isə bildirib ki, Reabilitasiya Mərkəzində eyni anda 200 hərbçiyə xidmət göstərilməsi nəzərdə tutulub: "Burada hərbçilərə reabilitasiya, fizioterapevtik və digər ixtisaslı həkim müalicəsi ilə təmin olunacaqlar. Bura ən müasir avadanlıqlarla təchiz olunub. Həmin avadanlıqlar ölkəmizdə bir çox müəssisələrdə mövcud deyil. Eyni zamanda, xəstələrə yüksəkixtisaslı həkimlər xidmət göstərəcəklər. Mərkəzdə əsasən dayaq-hərəkət sistemində problemi olan xəstələr müalicə alacaq və mütəxəssislər onların yaxın zamanlarda normal həyata qayıtmaları üçün əllərindən gələni edəcəklər. Burada əsas məqsəd hərəkət məhdudiyyəti olanların bərpası, müalicəsi və normal həyata qayıtmasına nail olmaqdır".

Baş direktorun sözlərinə görə, mərkəzdə ətrafların hərəkətini tam və ya yarımçıq itirənlərin, psixi durumunda problem olanların normal həyata qaytarılması nəzərdə tutulub: "Müharibədə aşağı və yuxarı ətraflarda ciddi xəsarət alan, onları itirənlərin ilk növbədə psixoloji durumu normallaşdırılmalıdır. Müharibə yeni bitib, protezlərlə təminat növbəti mərhələdə olacaq. Xəstələrin qəbulu Müdafiə Nazirliyinin göndərişləri əsasında həyata keçiriləcək. Reabilitasiya dövrü minimum iki həftə olacaq. Lakin ola bilər ki, həmin müddət uzadılsın".

I Qarabağ müharibəsi əlilləri də Qarabağ qaziləri üçün reabilitasiya xidmətlərinin çox vacib olduğunu bildirirlər.

Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, 1-ci qrup Qarabağ müharibəsi əlili Dadaş Quliyev Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, 1-ci Qarabağ müharibəsində Ağdərə istiqamətində döyüşlərdə minaya düşüb: "Həmin vaxt sağ ayağımı dizdən aşağı itirdim. Bizim vaxtımızda reabilitasiya xidməti çox çətin idi. Bunun üçün şəraitimiz yox idi. Bizə iki ildən sonra reabilitasiya xidməti göstərildi. Reabilitasiya ximdətinin göstərilməsi çox vacibdir. Bundan sonra ən azı səhhətimizdə pisləşmə olmadı. O dövrdə reabilitasiya mərkəzləri, bunun üçün müvafiq avadanlıqlar yox idi. Siz təsəvvür edin ki, mən müharibədə bir ayağımı itirdim və uzun müddət bir ayaqla gəzməli oldum. Reabilitasiya keçmədiyimdən bel sümüyümdə yırtıq əmələ gəldi. Buna görə belimdən də əməliyyat edildim. Bu fəsadların yaranmaması üçün qazilərimizi hospitaldan çıxan kimi reabilitasiya mərkəzlərinə yerləşdirmək lazımdır. Hər hərbiçimizə ixtisaslaşmış reabilitasiya xidməti göstərilməlidir".

D.Quliyev deyir ki, bundan əlavə müharibədə əlini, ayağını, gözünü itirən, əlillik qazanan qazilərimizin yaşayış şəraiti də yaxşılaşdırılmalıdır: "Xüsusilə kənd yerlərində yaşayan qazilərimiz üçün hamam və tualeti olan şəraitli evlər inşa edilməlidir ki, onlar üçün çətinlik yaranmasın".

114
Ziyarətçilər Mixail Nesterovun sərgisində, arxiv şəkli

Rus rəssamın çəkdiyi ikona Londonda ağlasığmaz qiymətə satılıb

13
Hərracın ən qiymətli, 75,25 min funt sterlinqə satılan əsəri Mixail Larionovun (1881-1964) "Balıq və gül natürmort"u olub.

BAKI, 28 noyabr — Sputnik. Rus rəssam Mixail Nesterovun (1862-1942) "Əllə hazırlanmayan xilaskar" ikonası "Bonhams" hərrac evi tərəfindən təşkil olunan rus incəsənəti nümunələri alqı-satqısında 56,5 min funt sterlinqə satılıb.

Sputnik Azərbaycan xəbər verir ki, rus rəssamının əsərinə verilən məbləğ satışı üçün təxmin olunan qiymətdən demək olar ki, iki dəfə az olub.

Hərrac kataloqunda deyildiyi kimi, ikona Nesterovun Moskvadakı Marfo-Mariinski Mərhəmət Monastırının qərb fasadını bəzədiyi mozaikanın daha kiçik bir versiyasıdır.

Hərracın ən qiymətli, 75,25 min funt sterlinqə satılan əsəri Mixail Larionovun (1881-1964) "Balıq və gül natürmort"u olub.

Eyni qiymətə "Karl Faberje" zərgərlik şirkətinin nefrit, qızıl və platindən düzəltdiyi saat satılıb. Aleksandr Moravovun (1878-1951) 1910-cu ildə çəkdiyi "Heyvanların su içdiyi yerdə" rəsminə isə alıcı 69 min funt sterliq pul ödəyib.

13
Teqlər:
rus, hərrac, London, rəssam
Evdə özünü müalicə ecən xəstə, arxiv şəkli

Baş infeksionist: Koronavirus xəstələri internetdəki reseptlərlə özlərini müalicə edirlər

24
(Yenilənib 23:21 28.11.2020)
"Bəzi insanlar görürlər ki, ətrafındakı insanlar evdə qalmaqla, internetdən reseptlər götürməklə özlərini müalicə edirlər və onların səhhətində heç bir mənfi hal baş vermir" - Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov.

BAKI, 28 noyabr — Sputnik. Bu gün COVID-19-a yoluxan bəzi insanlar virusu ciddi qəbul etməyərək özünümüalicə ilə məşğuldurlar.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, belə insanlar yalnız vəziyyətləri ağırlaşdığı - nəfəs darlığı yaranan zaman həkimə müraciət edirlər:

"Bəzi insanlar görürlər ki, ətrafındakı insanlar evdə qalmaqla, internetdən reseptlər götürməklə özlərini müalicə edirlər və onların səhhətində heç bir mənfi hal baş vermir. Lakin nəzərə alınmalıdır ki, virusa yoluxan insan risk qrupuna daxil ola, onda ağırlaşdırıcı halların baş verməsi mümkün ola bilər. Cavan-yaşlı olmasından asılı olmayaraq, orqanizmin xüsusiyyətlərinə uyğun olaraq, insanlar xəstəliyi ağır keçirə bilərlər".

T.Eyvazov qeyd edib ki, özünümüalicə nəticəsində vəziyyəti ağırlaşmış insanlar xəstəxanaya daxil olduqları zaman onlara qarşı görülən müalicə tədbirləri effektiv olmaya bilər:

"Ona görə də əhalidən xahiş edilir ki, yoluxduqları ilk gündən həkimə müraciət etsinlər. Müalicələrini evdə etsələr belə, bunu həkim nəzarəti altında etsinlər".

24
Teqlər:
internet, Koronavirus, epidemiya, COVID-19

Nümayişçilər Parisi dağıdır: 130 minlik aksiya iğtişaşlarla müşayiət olunur

0
(Yenilənib 00:36 29.11.2020)
Fransada "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz aksiyalarında 130 mindən çox adam iştirak edib. 

BAKI, 29 noyabr — Sputnik. Fransada informasiya azadlığına dəstək aksiyalarında 130 mindən çox adam iştirak edib. 

Sputnik Azərbaycan xəbər veiri ki, bu barədə BFMTV telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Ümumilikdə ölkədə "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz əlaməti olaraq Fransada 70 nümayiş keçirilib. Nümayişçilər sözügedən maddədə polis və jandarmların çəkilişlərinin aparılmasına qadağa qoyulmasına etiraz edirlər. Onlar bunu ölkədə informasiya azadlığının boğulması kimi qiymətləndirirlər.  

Parisdə dinc aksiyalar şəklində başlayan nümayişlər sonra kütləvi iğtişaşlarla əvəz olunub. Polis və jandarmeriya nümayişçilərə qarşı gözyaşardıcı qaz bombalarından və su şırnağından istifadə edirlər. 

Qeyd edək ki, çərşənbə axşamı, Fransa Milli Assambleyası "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsini ilk oxunuşda qəbul edib. Qanun layihəsinin 24-cü maddəsində "polis və jandarmın sifətinin və identifikasiyasının digər elementlərinin" onların "fiziki və psixi toxunulmazlığına açıq-aşkar zərər yetirmək məqsədilə" yayılmasına görə 1 il müddətinə həbs cəzası və ya 45 min avro cərimə nəzərdə tutulur.

Jurnalist həmkarlar ittifaqları və müxalifət bu normanın tətbiqindən sonra jurnalistlərin və vətəndaşların nümayişlər zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının işlərini sərbəst şəkildə qeyd ala bilməyəcəklərindən qorxaraq buna qarşı çıxırlar. Hökumət isə dəfələrlə əmin etməyə çalışıb ki, qanun layihəsi jurnalistlərə hüquq-mühafizə orqanlarının əməkdaşlarının çəkilişlərini qadağan etməyəcək.

0
Teqlər:
Fransa