CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşların tikinti şirkətlərindən narazılığının qarşısını almaq lazımdır

© Sputnik / Murad OrujovСтроительство госпиталя модульного типа в Баку
Строительство госпиталя модульного типа в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
E.Fərzəliyevin fikrincə, həyət evi olan əraziləri dövlət özü götürməli, sökməli və yeni binaların tikilməsinə qərar verməlidir. Bu zaman dövlət büdcəsi heç nə itirməyəcək. Əksinə, qazanacaq. Çünki hər bir vətəndaş tikinti şirkətindən çox dövlətə inanır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 12 noyabr — Sputnik. Bir müddət öncə millət vəkili Asim Mollazadə tikinti şirkərtləri bağlı problemlərə toxunaraq bildirib ki, bəzi ərazilərdə vətəndaşların köçürülməsi ilə bağlı problemlər yaşanır.

Millət vəkili qeyd edib ki, tikinti şirkətləri bəzən öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirlər.

Пустая парковка в центре Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tikinti ilə bağlı yeni qərar bizi park etmə problemindən qurtaracaq

Belə ki, layihə razılaşdırılır, sonradan isə layihə dəyişdirilir.

Onun sözlərinə görə, Nəsimi rayonu ərazisində 3 ildən artıqdır ki, tikinti dayanıb: "İnşa ərazilərindən kimlərisə köçürə bilmirlər. Məhkəmə prosesləri illərlə uzanır. Bu, vətəndaşların çox ciddi narazılığına səbəb olur. Bununla bağlı bir neçə dəfə Bakı şəhər rəhbərliyinə, rayon rəhbərliyinə müraciət etmişəm".

A.Mollazadə vurğulayıb ki, bu məsələ ilə bağlı qanunvericilikdə dəyişiklik olmalıdır.

Qanunvericiliyə dəyişiklik edilərək həm vətəndaşların mülkiyyət hüquqları müdafiə edilməli, həm də dövlətin həyata keçirdiyi layihələrin qarşısı alınmamalıdır.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu məsələ son günlərin ən aktual məsələlərindəndir.

Asim Mollazadə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Deputat Bakıda tikinti şirkətlərinin vətəndaşları incitməsindən narahatdır

"Bəzi ərazilər var ki, evlərin kvadratı az olsa da, insanlar buna öyrəşib. Məsələn "Sovetski", "Papanin" kimi ərazilərdə insanlar kiçik ərazilərdə 2-3 otaq düzəldib yaşayırlar. Bu gün hansısa tikinti şirkəti həmin ərazilərdə yaşayan insanlara yaşadıqları evin kvadratına 1000-1500 manat pul təklif edir. Ancaq bu pul insanları qane etmir. Çünki həmin şəxslər şəhərin mərkəzində yaşayır və öz yaşayışlarını həmin kiçik evlərə artıq sığışdırıblar. Onlara verilən 50-60 min pulla məcburdur ki, şəhərdən kənara Xırdalana, Binəqədiyə və s. çıxıb ev alsın. Ancaq bu insanların işi, övladlarının oxuduğu məktəb, qısacası həyatı şəhərə görə uyğunlaşdırılıb. Belə insanları nəzərə almaq lazımdır", - deyən ekspert vurğulayıb ki, söhbət bu insanların şəhərdə mənzillə təmin edilməsindən gedir.

Ekspert qeyd edib ki, bu günə qədər çox mənzillər olub ki, vətəndaşın razılığı olmadan sökülüb. Bununla bağlı məhkəmələrdə kifayət qədər iş var.

Bu isə problemin həlli deyil.

"Bəzən elə olur ki, binalar sökülür, yenisi tikilir və vətəndaşlar yeni tikilən binaya yerləşdirilir. Lakin vətəndaşlar yenə narazı qalır. Səbəb isə odur ki, layihələr yaxşı olmur. Məqsəd sadəcə vətəndaşı yerləşdirmək olduğu üçün binalar yaxşı tikilmir. Yəni belə tikinti problemləri saysızdır", - deyən E.Fərzəliyev bildirib ki, bununla bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir. Çünki şəhərin mərkəzində elə kiçik evlər var ki, sovet dövründən qalmasına baxmayaraq, onların çıxarışı yoxdur.

Belə ki, bəzi mülk sahiblərinin torpaq sahəsi olmasına baxmayaraq, tikinti şirkətləri ancaq evə görə pul verir. Halbuki, həmin ərazilərdə torpağın sotu çox baha olur. Bu kimi hallar vətəndaşların hüquqlarının pozulmasına səbəb olur.

Buna görə də dövlət birbaşa özü bu problemin həlli ilə məşğul olmalıdır. Tikinti şirkətlərinə icazələrin verilməsi şəhərin arxitekturasına da xələl gətirir.

Yaşayış binasının tikintisi, arxiv şəkli - Sputnik Azərbaycan
İlham Əliyev tikinti şirkətlərinə xəbərdarlıq etdi

"Təsəvvür edin ki, iki bina tikilir, arasında bir həyət evi qalır. Sakin razılaşmadığı üçün tikinti şirkəti ona əhəmiyyət vermədən öz işini görür", - deyən ekspert hesab edir ki, bu kimi hallarda dövlət özü dövriyyəyə keçməlidir.

E.Fərzəliyevin fikrincə, həyət evi olan əraziləri dövlət özü götürməli, sökməli və yeni binaların tikilməsinə qərar verməlidir. Bu zaman dövlət büdcəsi heç nə itirməyəcək. Əksinə, qazanacaq. Çünki hər bir vətəndaş tikinti şirkətindən çox dövlətə inanır.

Ekspert vurğulayıb ki, bu məsələ ilə bağlı qanun layihəsi hazırlanmalıdır.

"Tikinti şirkəti hər hansı bir tikinti ilə məşğul olan zaman özü üçün öhdəlik götürür ki, məsələn, 2 ilə binanı təhvil verəcək. Ancaq hansısa vətəndaşın razılaşmaması tikinti şirkətləri ilə vətəndaşları qarşı-qarşıya qoyur. Gələcəkdə bu kimi halların qarşının alınması üçün dövlət özü bu işlə məşğul olmalıdır", - o əlavə edib.

Xəbər lenti
0