Astara sakinləri Şahlar Hüseynov, Sevdar Sovqatov və Ramin Aslanov

Astaralı üç dost əhdləri üçün 320 km yol qət edəcək - FOTO

46
(Yenilənib 18:25 11.11.2020)
"Dünən gecə saatlarında Ali Baş Komandan Qələbə xəbərini verəndən sonra da bu gün biz missiyamıza başlayırıq. İnşallah, sağ-salamat missiyamızı başa vurarıq!"

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 11 noyabr — Sputnik. Astaranın ucqar dağ kəndlərinin üç nəfər sakini Qələbəni qeyd etmək üçün Astaradan Bakıya piyada gedir. Ojakəran kənd sakini Şahlar Yaqubulla oğlu Hüseynov, Tüləgüvan kənd sakini Sevdar Fikrət oğlu Sovqatov və Burzubənd kənd sakini Ramin Cəmaləddin oğlu Aslanov bu gün günorta saatlarında Astaranın mərkəzindən yola düşdülər.

  • Astara sakinləri Şahlar Hüseynov, Sevdar Sovqatov və Ramin Aslanov
    © Sputnik / Rahim Murad
  • Astara sakinləri Şahlar Hüseynov, Sevdar Sovqatov və Ramin Aslanov
    © Sputnik / Rahim Murad
  • Astara sakinləri Şahlar Hüseynov, Sevdar Sovqatov və Ramin Aslanov
    © Sputnik / Rahim Murad
  • Astara sakinləri Şahlar Hüseynov, Sevdar Sovqatov və Ramin Aslanov
    © Sputnik / Rahim Murad
  • Astara sakinləri Şahlar Hüseynov, Sevdar Sovqatov və Ramin Aslanov
    © Sputnik / Rahim Murad
  • Astara sakinləri Şahlar Hüseynov, Sevdar Sovqatov və Ramin Aslanov
    © Sputnik / Rahim Murad
1 / 6
© Sputnik / Rahim Murad
Astara sakinləri Şahlar Hüseynov, Sevdar Sovqatov və Ramin Aslanov

Şahlar Hüseynovun Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata əsasən, onların hər 3-ü müharibə zamanı cəbhəyə sovqat göndərdikləri zaman əhd ediblər: “Vətən Müharibəsi başladığı gündən yaxın qardaşların, dostların və kənd camaatının dəstəyi ilə arxa cəbhədə hər bazar günləri cəbhəyə maddi pay aparırdıq. Həmin ərəfədə əhd etdik ki, inşallah, Ali Baş Komandanımız bizə Qələbə xəbərini verəndən sonra Astaranın mərkəzindən Bakıda Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etməyə piyada gedək. Dünən gecə saatlarında Ali Baş Komandan Qələbə xəbərini verəndən sonra da bu gün biz missiyamıza başlayırıq. İnşallah, sağ-salamat missiyamızı başa vurarıq!”                                     

“Astaradan Bakıya təxminən 320 km olan yolu 6-7 günə qət etmək niyyətindəyik. Yolda bizə lazım olan bütün əşyaları götürmüşük. İnşallah, ziyarətimizi edib qayıdacağıq”, - deyə digər təşəbbüskar Sevdar Sovqatov Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirdi.

46
Teqlər:
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan, piyada, Astara, Bakı, Qələbə

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

16
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

16
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

8
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

8