CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Balaca məktəblinin böyük ürəyi

© Sputnik / Ilham MustafayevQazax rayon Kosalar kəndindən olan məktəbli Cavanşir Rüstəmli
Qazax rayon Kosalar kəndindən olan məktəbli  Cavanşir Rüstəmli  - Sputnik Azərbaycan
Abunə olmaq
Məktəblinin babası Cavanşir Rüstəmov bu hadisəyədək nəvəsinin pul yığmasından xəbərsiz olduğunu söyləyib.

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 11 noyabr — Sputnik. Qazax rayon Kosalar kəndindən olan məktəbli bir neçə aydır topladığı vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb. 3-cü sinif şagirdi olan Cavanşir Rüstəmli bununla cəbhədə tarix yazan əsgərlərimizə öz töhfəsini vermək qərarına gəlib. Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində C.Rüstəmli bu pulu saz almaq məqsədilə topladığını deyib:

“Atamgil əsgərlərimizə yollamaq üçün pul yığmışdılar. Mən də atama dedim ki, topladığım pulu ordumuza yollamaq istəyirəm. Kassamı açıb saydıq. 28 manat pulum var idi. Hamısını dedim köçürün, əsgərlərimiz korluq çəkməsinlər”, - deyə o bildirib.

© Sputnik / Ilham Mustafayev
Cavanşir Rüstəmli  - Sputnik Azərbaycan
1/4
© Sputnik / Ilham Mustafayev
Qazax rayon Kosalar kəndindən olan məktəbli  Cavanşir Rüstəmli  - Sputnik Azərbaycan
2/4
Qazax rayon Kosalar kəndindən olan məktəbli Cavanşir Rüstəmli
© Sputnik / Ilham Mustafayev
Qazax rayon Kosalar kəndindən olan məktəbli  Cavanşir Rüstəmli  - Sputnik Azərbaycan
3/4
Qazax rayon Kosalar kəndindən olan məktəbli Cavanşir Rüstəmli
© Sputnik / Ilham Mustafayev
 Cavanşir Rüstəmlinin Silahlı Qüvvələrin Yardım Fonduna etdiyi ödənişin qəbzi - Sputnik Azərbaycan
4/4
Cavanşir Rüstəmlinin Silahlı Qüvvələrin Yardım Fonduna etdiyi ödənişin qəbzi
1/4
2/4
Qazax rayon Kosalar kəndindən olan məktəbli Cavanşir Rüstəmli
3/4
Qazax rayon Kosalar kəndindən olan məktəbli Cavanşir Rüstəmli
4/4
Cavanşir Rüstəmlinin Silahlı Qüvvələrin Yardım Fonduna etdiyi ödənişin qəbzi

Məktəblinin babası Cavanşir Rüstəmov bu hadisəyədək nəvəsinin pul yığmasından xəbərsiz olduğunu söyləyib.

“Musiqi məktəbində saz təhsili alır. Orada uşaqlar deyib ki, sənin sazın balacadır. Buna görə heç bizə demədən özünə pul yığırmış ki, böyük saz alsın. Bu məsələ ortaya çıxanda dedi ki, mən də öz pulumu əsgərlərə göndərmək istəyirəm. Atası ilə birgə aparıb Qazaxda Fonda keçirdilər”, - deyə C.Rüstəmov məlumat verib.

C.Rüstəmov nəvəsinin pul ödəyərkən ASAN Xidmətdə çəkilən fotosu paylaşıldıqdan sonra nəvəsinə böyük saz hədiyyə edildiyini də bildirib. O, tezliklə torpaqlarımızın azad olunmasını və o sazı ilk dəfə Şuşada səsləndirmək niyyətində olduqlarını deyib.

Xəbər lenti
0