Bakı sakinləri Şuşanın azad olunmasını qeyd edirlər

DİN hərəkət iştirakçılarına müraciət etdi

24
(Yenilənib 14:34 10.11.2020)
Qələbə sevincimizin daha təhlükəsizlik şəraitində keçməsi, bu zaman hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün nəqliyyat sahibləri yol hərəkəti qaydalarına riayət etməli, piyadalar isə onlar üçün müəyyən edilmiş yol keçidlərindən istifadə etməlidirlər

BAKI, 10 noyabr — Sputnik. Daxili İşlər Nazirliyi yol hərəkəti iştirakçılarına müraciət edib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, müraciətdə deyilir:

"Əziz həmvətənlər!

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin torpaqlarımızın işğaldan tam azad olunması və qazanılan qələbə ilə bağlı xalqa müraciəti hər birimizin böyük sevincinə səbəb oldu. Gecə saatlarından başlayaraq vətəndaşlarımız küçələrə axışaraq bu möhtəşəm qələbəni coşqu və fərəh hissi ilə qeyd edirlər.

Lakin müşahidələr göstərir ki, bəzi sürücülərin belə şəraitdən sui-isifadə edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozmaları, piyadaların isə onlar üçün müəyyən edilmiş keçidlərdən istifadə etməmələri digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır. Sözsüz ki, belə hallar vətəndaşlarımızın narahatlığına və haqlı narazılığına səbəb olur.

Odur ki, bütün yol hərəkəti iştirakçılarından qaydalara ciddi əməl etmələrini, ictimai asayişin və ictimai təhlükəsizliyin pozulmasına səbəb ola biləcək hərəkətlərdən çəkinmələrini xahiş edirik.

Qələbə sevincimizin daha təhlükəsizlik şəraitində keçməsi, bu zaman hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün nəqliyyat sahibləri yol hərəkəti qaydalarına riayət etməli, piyadalar isə onlar üçün müəyyən edilmiş yol keçidlərindən istifadə etməlidirlər".

24
Teqlər:
müraciət, DİN, yol hərəkəti, vətəndaşlar, sevinc, qələbə
Qubada Faithful friend - Sadiq dost adlanan heyvan sığınacağı

Daha qorxulu deyil: Quba şəhərində aktual problemi belə həll etdilər - FOTO

2
(Yenilənib 20:20 23.04.2021)
"Rayonda sahibsiz itlər çoxalmışdı, küçələrdə gəzmək insanlar üçün təhlükəli idi" - Ziyəddin Əliyev.

Leyla Abdullayeva,  Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. Respublikamızda sahibsiz itlər məsələsi hər zaman gündəmdə olub və böyük problemlərdən sayılır. Paytaxtda və bölgələrdə addımbaşı sahibsiz itlərə rast gəlmək mümkündür. Şimal bölgəsində ilk dəfə olaraq rayon rəhbərliyi tərəfindən bu cür heyvanlar üçün sığnacaq yaradılıb. 

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, bu gün Qubada "Faithful friend"- "Sadiq dost" adlanan heyvan sığınacağı istifadəyə verilib. Quba İH başçısı Ziyəddin Əliyev, İsrail dövlətinin missiya rəhbərinin müavini, müvəqqəti işlər vəkili Doron Peer, Azərbaycan Heyvanların Mühafizəsi İctimai Birliyinin sədr müavini Fərid Mansurov, mətbuat nümayəndələri tədbirdə iştirak ediblər.

  • Qubada "Faithful friend" - "Sadiq dost" adlanan heyvan sığınacağı
    © Sputnik / Leyla Abdullayeva
  • Qubada "Faithful friend" - "Sadiq dost" adlanan heyvan sığınacağı
    © Sputnik / Leyla Abdullayeva
  • Qubada "Faithful friend" - "Sadiq dost" adlanan heyvan sığınacağı
    © Sputnik / Leyla Abdullayeva
  • Qubada "Faithful friend" - "Sadiq dost" adlanan heyvan sığınacağı
    © Sputnik / Leyla Abdullayeva
1 / 4
© Sputnik / Leyla Abdullayeva
Qubada "Faithful friend" - "Sadiq dost" adlanan heyvan sığınacağı

İsrailli qonaq Doron Peer çıxışında Azərbaycanın bölgəsində belə bir heyvan yuvasının açılmasını çox təqdirəlayiq hal hesab edib, hətta təəccübləndiyini də gizlətməyib.

"Rayonda sahibsiz itlər çoxalmışdı, küçələrdə gəzmək insanlar üçün təhlükəli idi. Quba şəhər bələdiyyəsinin sədri Humay Məmmədova bu təklifi verəndə dərhal razılaşdım. Tezliklə işə başlanıldı, hazırda iyirmi sahibsiz it bu sığınacaqda yerləşdirilib", - Z.Əliyev bildirib.

© Sputnik / Leyla Abdullayeva
Qubada "Faithful friend" - "Sadiq dost" adlanan heyvan sığınacağı

Fərid Mansurov da Qubada sahibsiz heyvanların sığınacağının açılmasını yüksək dəyərləndirib və Qubanın bu təcrübəsinin bütün rayonlarda yayılaraq həyata keçirilməsini məqsədəuyğun sayıb.

Ümidvarıq ki, bu gündən Qubada küçələrdə sahibsiz itlərə rast gəlinməyəcək və insanlar qorxusuz hərəkət edə biləcəklər. Həm itlərin həyati təhlükəsi aradan qalxacaq, həm də insanların.

2
Teqlər:
sığınacaq, sahibsiz it, Quba
Noutbuk arxasında bloger, arxiv şəkli

SputnikPro KİV-lərə öz ekspertlərini yetişdirməyin yolunu göstərdi

2
(Yenilənib 20:12 23.04.2021)
Öz ekspertini yetişdirmək – istənilən kütləvi informasiya vasitəsi üçün ən düzgün addımdır. SputnikPro maarifləndirmə layihəsi çərçivəsində keçirilən növbəti vebinarda bu barədə danışılıb.

Aprelin 23-ü cümə günü keçirilən növbəti onlayn sessiyada "YouTube – öz ekspertlərinin və törəmə layihələrinin yaradılması üçün platforma kimi" mövzusuna həsr olunub. Vebinarın spikeri "Ukraina.ru" internet nəşrinin sosial şəbəkələr bölməsinin baş redaktoru Aleksandr Fomin idi.

Fomin "Rossiya seqodnya" media qrupunun ştatdankənar müəllif kimi Ukraynada (2017-ci ildə) fəaliyyətə başlayıb. Əvvəllər "Zvezda" televiziya kanalında ("Ukrayna Online: Şərq / Qərb" layihəsi) və Ukrayna mediasında çalışıb. Rusiyanın Xalqlar Dostluğu Universitetinin Beynəlxalq jurnalistika fakültəsini bitirib. Elə həmin universitetin aspirantıdır. Rusiya Federasiya Şurası yanında Blogerlər və Jurnalistlər Şurasının, həmçinin Rusiya Jurnalistlər Birliyinin üzvüdür.

O, vebinarda siyasi ekspertlərin tipologiyasına toxunaraq müsahibə vaxtı onlarla necə işləməyin yollarından bəhs edib, eləcə də tanınmamış şəxsdən ekspert yetişdirməyin vacibliyindən danışıb.

Spiker bildirib ki, öz ekspertini yetişdirməyin bir necə müsbət cəhəti var. Birincisi bu, əlverişlidir, çünki media orqanı vaxtında lazım olan şərhi əldə edə bilir. İkincisi, bu, mütəxəssislər qrupunu genişləndirməyə imkan verir. Üçüncüsü, öz ekspertinizin olması eksklüzivlikdir, çünki o yalnız sizin platformanızda çıxış edir.

Ekspertlərin tipologiyasından da danışan Aleksandr Fomin şərti olaraq onları qırmızı, sarı və yaşıl kateqoriyalara ayıraraq bir neçə məqama toxunub.

Fominin sözlərinə görə, qırmızı kateqoriyanın nümayəndələrinin öz üzərində işləməsinə ehtiyac var. Onlar mövzuya tam hakim olmur və fikirlərini dəqiq ifadə edə bilmirlər.

Sarı kateqoriyaya aid ekspertlər hər hansı bir mövzuda yaxşı yazsalar da, şifahi nitqdə fikirlərini kifayət qədər uğurla çatdıra bilmirlər.

Eləcə də, bu kateqoriyaya mövzunu yaxşı bilən, lakin ictimaiyyət tərəfindən az tanınan mütəxəssislər, yaxud da tələb olunan format və auditoriya üçün uyğun olmayan ekspertlər daxildir.

Fomin "yaşıl" kateqoriyaya öz sahəsində yaxşı tanınan və kanalın baxış sayını artıran müəyyən auditoriyaya sahib mütəxəssisləri aid edib. İşin mənfi tərəfi isə izləyicilərin uzun müddət öz ekspertini görməyəndə abunəlikdən çıxması ilə bağlıdır. Bundan əlavə, belə mütəxəssislə daimi əməkdaşlıq barədə razılığa gəlmək çətindir.

Spiker, həmçinin ekspertlərlə işi daim davam etdirməyi, onları efirə hazırlamağı, tələb olunan atmosferi yaratmağı məsləhət görüb və bildirib ki, belə olarsa, nəticə özünü çox gözlətməyəcək.

SputnikPro – Sputnik Beynəlxalq Xəbər Agentliyi və radiosunun jurnalistlər, universitetlərin müvafiq ixtisas üzrə təhsil alan tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media mütəxəssisləri üçün xarici həmkarlarla təcrübə mübadiləsinə imkan verən, media kommunikasiyaları və peşəkar əlaqələrin inkişafına yönəlmiş layihəsidir.

Müxtəlif formatlarda fəaliyyət göstərən layihədə indiyə kimi 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə və Estoniyada üz-üzə formatda ustad dərsləri keçirilib.

SputnikPro layihəsi ilə bağlı, spikerlərin vebinar və ustad dərslərində nə barədə danışdıqları haqda daha geniş məlumatı aşağıdakı linkə daxil olmaqla əldə etmək mümkündür:

https://www.facebook.com/SputnikProject/

2