CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Atçılıq Federasiyasının katibi döyüşdə yaralanan idmançımıza baş çəkdi

© Sputnik / Murad OrujovГовсанский олимпийский спортивный комплекс, переоборудованный в клинику модульного типа
Говсанский олимпийский спортивный комплекс, переоборудованный в клинику модульного типа - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasının Atçılıq Federasiyası bütün atçılıq ailəsi adından Vətən uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralılara isə tezliklə öz sağlamlıqlarına qovuşmağı arzu edir.

BAKI, 10 noyabr — Sputnik. Azərbaycan Respublikasının Atçılıq Federasiyasının bir neçə idmançısı da hazırda cəbhənin müxtəlif istiqamətlərində xidmət aparır.

© Photo : Azərbaycan Respublikasının Atçılıq FederasiyasıGörüş zamanı
Atçılıq Federasiyasının katibi döyüşdə yaralanan idmançımıza baş çəkdi - Sputnik Azərbaycan
Görüş zamanı

Sputnik Azərbaycan Atçılıq Federasiyasının məlumatına istinadla xəbər verir ki, həmin şəxslərdən biri, jokey Hilal Nəzərov 28 sentyabrdan etibarən ön cəbhəyə yollanıb. O, düşmənə yaxın mövqedə, xüsusi əməliyyatlarda iştirak edərkən yaralanıb.

Dövlətimizin yüksək maddi-mənəvi dəstəyi ilə əhatə olunmuş Hilal Nəzərovun özünə və ailəsinə əlavə qayğı göstərmək məqsədilə Azərbaycan Respublikasının Atçılıq Federasiyasının Prezidentinin tapşırığı ilə Federasiyanın baş katibi Bəhruz Nəbiyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasında Hilalı ziyarət edib.

© Photo : Azərbaycan Respublikasının Atçılıq FederasiyasıGörüş zamanı
Atçılıq Federasiyasının katibi döyüşdə yaralanan idmançımıza baş çəkdi - Sputnik Azərbaycan
Görüş zamanı

O, əsgərimizə Federasiyanın prezidenti adından döyüşlərdə qəhrəmancasına iştirakına görə təşəkkür edib və hər bir məsələdə Atçılıq Federasiyası olaraq daim yanında olduqlarını bildirib.

Xəbər lenti
0