CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdakı köhnə yaşayış evləri - Hər an partlaya bilən "mina"lar

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidТрещина в стене жилого дома, фото из архива
Трещина в стене жилого дома, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
O bildirib ki, vətəndaşlar çox zaman mənzilləri təmir edərkən otaqları artırır, layihə və dizaynı pozur, mənzillərdə beton divarları bəzən söküb çıxarırlar. Yəni, təmir zamanı binalara 10-15 faiz zərər dəyir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 9 noyabr — Sputnik. Bir neçə gün əvvəl İzmirdə zəlzələ zamanı 17 bina çökdü. Türkiyə mətbuatının məlumatlarına görə, binalar zəlzələyə qarşı müqavimətsiz olduğu üçün dağılıb. Yəni, həmin binalar fasaddan yaxşı görünsə də, qəzalı vəziyyətdə olub. Bu məsələ Bakı şəhərində qəzalı vəziyyətdə olan binaları da gündəmə gətirir. Bu gün Bakıda yüzlərlə qəzalı vəziyyətdə olan binalar var.

2016-cı ildə Nazirlər Kabinetinin 86 saylı qərarından sonra bu binaların əksəriyyəti müvafiq icra hakimiyyətləri tərəfindən sökülüb, yenisi ilə əvəz edilsə də, bu gün də Bakı şəhərində istismar müddətini uzun müddət əvvəl bitirmiş, "cançəkişən", çökmə təhlükəsi ilə üz-üzə olan binalar var.

Ключ в замке двери, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Yasamal və Xətaidə mənzillərə "kupça" veriləcək

Və həmin binalarda minlərlə vətəndaş yaşayır.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qəzalı binalar iki qrupa bölünür.

Onun sözlərinə görə, çoxmənzilli binaların istismar müddəti 50 il olur. Ancaq binalar qorunan zaman 200 il belə istismar edilə bilər. Standartlara görə isə, binalar hər 50 ildən bir yenisi ilə əvəz edilməlidir.

"Qəzalı bina deyəndə, bütün tikinti materiallarının keyfiyyətinin itirilməsi başa düşülməməlidir", - deyən ekspert vurğulayıb ki, qədim binalar arasında məsafə böyük olduğu üçün binanın birində hər hansı bir qəza baş verdiyi təqdirdə digər binalara təsir etmir.

E.Fərzəliyev qeyd edib ki, bu gün tikilən binalar arasında məsafə az saxlanılır. Yəni, bu binaların istismar müddəti bitdikdən sonra, onların sökülməsi prosesi zamanı böyük problemlər yaşanacaq. Bu binalarda zəlzələ və ya hər hansı bir fəlakət zamanı insanların evakuasiya edilməsi də problemli olacaq.

Ekspert mənzillərin təmiri zamanı yol verilən qüsurlardan da danışıb.

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov - Sputnik Azərbaycan
Ekspert: “Yeni təhsil ili kirayə mənzil bazarında aktivlik yaratmayıb”

O bildirib ki, vətəndaşlar çox zaman mənzilləri təmir edərkən otaqları artırır, layihə və dizaynı pozur, mənzillərdə beton divarları bəzən söküb çıxarırlar. Yəni, təmir zamanı binalara 10-15 faiz zərər dəyir.

Onun sözlərinə görə, bu gün binaların 80-90 faizi layihə dəyişikliyinə uğrayıb.

Xatırladaq ki, binaların qəzalı olması Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiqlənir. Qəzalı binalar, blokları bərbad vəziyyətdə olan, sanitar qovşaqları, şaxta divarları çat olmuş binalardır.

Belə binalarda yaşamaq həqiqətən təhlükəlidir.

E.Fərzəliyev bildirib ki, binaları ən çox qəzalı vəziyyətə gətirib çıxaran əlavə artırmalardır. Binalara artırmaların edilməsi binanın yükünü artırır, əyilməsinə səbəb olur.

"Qəzalı binaların çoxunun zirzəmiləri su ilə dolu olur. Zirməmilərdə qeyri-yaşayış obyektləri yaradılan zaman binalar zədələnir. Zəlzələ və ya hər hansı bir fəlakət olan zaman belə binaların dağılma təhlükəsi daha böyük olur.

Ekspert Elnur Azadovun sözlərinə görə, 2007-ci ilə qədər inşa olunan binaların ciddi nəzarət mexanizmi olmayıb: "2006-cı ildə "Mütəfəkkir MTK"-ya aid bir bina uçmuşdu. Çünki bina nəzarət olmadığı üçün keyfiyyətsiz materiallarla inşa edilmişdi. Həmin hadisədən sonra, Azərbaycanda tikinti sahəsinə nəzarət gücləndirildi".

Жилой дом. фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hərbçilərimiz evsiz qalmayacaqlar! Hövsan Yaşayış Kompleksindən 803 mənzil ayrıldı

Mütəxəssis bildirir ki, 2012-ci ildə isə tikintidə tətbiq olunan normativlər sərt olduğundan, yəni, nəzarət mexanizmi sərt olduğundan, inşa olunan binalar olduqca dayanıqlıdır və standarta tam cavab verir.

Azadovun fikrincə, Bakıda tədricən köhnələn yaşayış fondu var. Bu binaların çox hissəsi II Dünya müharibəsindən sonra tikilib. Hazırda 70-ci ilə qədər inşa edilən yaşayış fondu aşınıb.

"Ancaq bu binaların istismar müddəti bitsə də, dayanıqlığı pis deyil. 2000-ci il zəlzələsi güclü oldu. Lakin həmin binalar zəlzələni normal keçirdi. Qeyd edək ki, paytaxtda böyük həcmdə istismar müddəti bitmiş və getdikcə qəzalı vəziyyətə düşən, riskli sayılan əmlak fondu çoxalır", - deyən ekspet bildirib ki, tikinti şirkətlərinin sayı az olduğundan bunların sökülüb, yenidən tikilməsi böyük problemdir.

E.Azadovun fikrincə, indi olmasa da bir neçə il sonra vəziyyət daha da ağırlaşacaq və tikinti şirkətləri böyük həcmdə olan yaşayış fondunu yeniləyə bilməcəyəklər.

Xəbər lenti
0